Ana ölümləri niyə daha çox yanvar ayında olur? - AÇIQLAMA

Ana ölümləri niyə daha çox yanvar ayında olur? - AÇIQLAMAAzərbaycanda növbəti ana ölümü baş verib.
Qadınsaytı.az azvision.az-a istinadən xəbər verir ki, Goranboy rayon sakini Elşanə Əhmədova Gəncədə yerləşən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib.

Doğuşayardım komissiyasının sədri, Perinatal mərkəzin sədri Sevinc Məmmədova azvision.az-a bildirib ki, qadında uşaqlıqdan kənar hamiləlik qeydə alınıb.

"Bu diaqnozla ana xəstəxanaya müraciət edib, əməliyyat edilib. Görülən reanimasyon tədbirlərə baxmayaraq, ananın vəziyyəti ağır olduğundan dünyasını dəyişib. Ananın təkrar hamiləliyi olub".

Bir ayda 6 ana ölümünün baş verməsinə aydınlıq gətirən komissiya sədri bildirib ki, yanvar ayı ağır aydır və 2014, 2015-ci illərdə də yanvar, mart aylarında ana ölümlərinin sayı çox olub.

"Qadınlar bayramdan çıxırlar, həkimlərə müraciət etməyə ləngiyirlər, havalar soyuq keçir deyə kənddən həkimə gəlməyə yubanırlar. Ona görə də xəstələr xəstəxanaya ağır vəziyyətdə daxil olurlar. Mərdəkanda ölən ana bir sutka evdə qanaxma olduqdan sonra huşsuz, qansız vəziyyətdə xəstəxanaya gətirilib. Evdə o qədər qan itirib ki, ürəyi dayanmışdı. Buna həkim nə etsin? Ana ölümlərinin bu aylarda çoxalmasını bayram ərəfəsində xəstələrin gec, ağır vəziyyətdə müraciət etməsi ilə əlaqələndirmək olar".

Xatırladaq ki, yanvarın 4-də Tovuz rayon sakini Səkinə Əsgərova Regional Perinatal Mərkəzində, həmin gün Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində 29 yaşlı Gülşən Aslanova abort zamanı ölüb. Yanvarın 11-də Biləsuvar rayonu Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Füzuli qızı Arzumanlı, yanvarın 14-də Xəzər rayonunda Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı Birləşmiş Şəhər Xəstəxanasında, yanvarın 18-də Ağcabədi rayon Rəncbərlər kənd sakini, 32 yaşlı Təzəgül Qaraşova Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində ölüb.

Xəbərlər     Baxılıb: 1829   Tarix: 23 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

kosmetoloq makiyaj instagram yemek reseptleri otaq dizaynları intim seks haxışta sözləri nar bilerziyi salati kosmetika oğlaq seksual ağır itki pomidor oyunlar