"Ana səndən üç aydan sonra bir şey istəyəcəm..." - dönüşünə 4 ay qalan Şəhidimiz + FOTOLAR

Orduya könüllü yollandı Zakir... Hərbi xidmətə getməyi gecikdiyi üçün, özü könüllü ərizə yazaraq həqiqi hərbi xidməyə yola düşdü. Elə düşmənə cavab vermək üçün də, könüllü yollanmışdı ön cəbhəyə...

Fevralın 24-dən 25- keçən gecə düşmənin hücuma keçdiyi xəbərini alanda 50 əsgər arasından sinəsini qabağa verərək irəli çıxdı. Komandirinin döyüş tapşırığını yerinə yetirmək üçün Zakiri aparmaq fikri yox imiş... Amma Zakir düşmənlə üz-üzə gəlmək üçün çox israr edib. Komandiri Zakirin düşməndən qorxmadığını, döyüşmək əzmini görəndə ona yox cavabı verə bilməyib... Beləcə o gecə ölümün gözünə dik baxaraq ən ali zirvəyə, şəhidlik məqamına yetişdi Zakir Cəfərov. Ağdama yetişmək arzusu yarımçıq qalsa da, özündən sonrakı nəsil üçün o torpaqların azad olunacağına böyük ümid qoyub getdi qəhrəman şəhidimiz...

Şəhid dəfnində böyük izdiham yaşandı...

Bu gün hər kəs onun qəhrəmanlığından, vətənpərvərliyindən danışırdı... Dəfnində elə qələbəlik vardı ki, adını eşidən yad da gəlmişdi, tanış da onu son mənzilə yola salmağa... Bu gün böyük izdiham yaşanırdı şəhid Zakir Cəfərovun dəfn mərasimində. Bəlkə də Keşlə qəbiristanlığı son illərin ən böyük izdihamına şahidlik edirdi. Hər kəsin gözündə yaş, ürəyində böyük qürur hissi vardı. Hər kəs şəhidin qəbrinə bir ovuc torpaq tökmək üçün növbəyə düzülmüşdü. Zakirin qəbrinə zillənən gözlərdə kədərdən çox qürur duyulurdu. Hiss olunurdu ki, bu qürur onları Zakirin, onun kimi digər şəhidlərimizin qisasını almağa səsləyir... Zakiri bu torpağa bəxş edən, onu vətənpərvər oğul kimi yetişdirən atası Nazim bəylə Kəmalə xanım da qamətini şux tutmağa çalışırdı. Canlarından bir can əbədi ayrılsa belə...

Gəlişinə dörd ay qalmışdı...

Balasını əlləri ilə torpağa tapşıran, onu son mənzilə yola salan valideynlərlə söhbətə haradan, nədən başlayacağımı bilmirdim. Axı ilk övladları ilə yenicə sağollaşmışdılar Nazim bəylə Kəmalə xanım... Amma arada bircə təsəlli verəcək məqam vardı. O da onların övladlarının bu torpağın bütövlüyü uğrunda şəhid olması idi. Biz də Zakirin valideynlərini elə bu təsəlli ilə ovundurmağa çalışıb söhbətə başlayırıq. Zakirin atası Nazim Cəfərovla söhbət zamanı öyrənirik ki, əslən işğal altında olan Ağdam rayonundandır. Deyir ki, Zakir Bakıda anadan olsa da, o torpağa qəlbən bağlı idi: "Elə hey deyirdi ki, Ağdamı, atamın doğulduğu torpağı görmək istəyirəm. Böyüyəndən sonra soruşanda ki, haralısan, deyirdi ağdamlıyam".
Şəhid atası Zakirin elə uşaqlıqdan heç nədən şikayət etmədiyini, sözəbaxan uşaq olduğunu söyləyir: "Balaca vaxt bir az nadinc idi. Amma böyüdükcə çox ağıllı oğlan oldu. Övladımın əsgərdən gəlməsinə dörd ay qalmışdı. Nə yalan deyim, arzum idi ki, əsgərdən gələn kimi evləndirim, toyunu görüm. Başı ailəsinə qarışsın. Amma deyirlər sən saydığını say, gör fələk nə sayır. Övlad kimi heç vaxt heç nədən şikayət etmirdi. Həmişə deyirdi hər şey qaydasındadır. Orduda xidmət edəndə də belə idi. Yanvarın 24-də telefon əlaqəsi yaratmışdım Zakirlə. Onda soruşdum ki, sənə nə göndərim? Razılıq elədi ki, heç nəyə ehtiyacı yoxdur. Dayısı ilə danışanda deyib ki, çavuş rütbəsi alıb. Çox sevindim bu xəbərə..."
Valideynləri deyir ki, Zakirlə son görüşləri bu yay olub. Atası deyir ki, onda da heç nədən narazılıq etməyib.

"Deyirdi ki, ata sənin torpağını işğaldan azad edəcəm,özü də vuruşaraq"...

Şəhid atasının sözlərinə görə, Zakirin arzusu yol polisi olmaq olub: "Elə ona görə də, o sahəyə yaxın ixtisas seçmişdi. Oxudu, amma işləmək nəsib olmadı..." .
Nazim kişinin sözlərinə görə, Zakir ona həmişə Ağdamı işğaldan azad edəcəyi vədini verirmiş: "Deyirdi ki, ata sənin torpağını işğaldan azad edəcəm,özü də vuruşaraq. Hədiyyə etmək istəyirdi sanki mənə...".

Döyüş meydanında yaralı kömək gözlədi Zakir...
Hadisə yerində öyrənirik ki, Zakir düşmən gülləsinə tuş gəlsə də, uzun müddət yaralı qalıb. Düşmənin neytral zonada döyüşərək yaralanan şəhidlərimizin nəşini götürməyə yaratdığı maneə zamanı Zakir qanaxmadan həyatını itirib. Anası Kəmalə xanımın sözlərinə görə, Zakir dizindən güllə yarası alıb: "Balam yaralansa da sağ qalıb. Amma düşmən onu, digər yaralıları döyüş bölgəsindən çıxartmağa imkan verməyib. Yəqin ki, kömək gözləyib. Amma düşmən buna imkan verməyib. Buna görə balam həyatını itirib. Komandiri bizə dedi ki, Zakirin sağ qalacağına ümid böyük olub. Amma düşmən onun kimi digər yaralıların da döyüş meydanından çıxarılmasına imkan verməyib. Beləcə balam döyüş meydanında qəhrəmancasına şəhid olub. Bala itgisi anaüçün nə deməkdir, yəqin bilirsiniz. Bunu sözlə ifadə etmək mümkün deyil. Bircə təsəllim odur ki, Zakir şəhid olub. O könüllü hərbi xidməyə yola düşdü. Könüllü cəbhə bölgəsini seçdi. Düşmənlə üz-üzə döyüşməyi də özü istəyib, israr edib ki, onu da aparsınlar. Onun bu mərdliyi ilə qürur duyuram.
Son mesaj cavabsız qaldı...

Şəhid anasının sözlərinə görə, oğlu ilə cəbhədə təxribat baş verməzdən bir neçə gün öncə danışıb: "Soruşdum ki, nə edirsən? Dedi ana yemək yemişəm. Mənim ora getməyimə qəti razı olmurdu. Dedim nəyə ehtiyacın var gətirək. Mənə sözü o oldu ki, səndən üç aydan sonra bir şey istəyəcəm. Dedi ana üç aydan sonra mənim mülki paltarımı göndərərsiniz. Mülki paltarı geymək nəsib olmadı. Əsgər paltarını çıxardıb üçrəngli bayrağa büründü balam. Hansı ki, o bayraq üçün həmişə canından keçməyə hazır olduğunu deyirdi....".

Kəmalə xanımla söhbət zamanı öyrənirik ki, oğluna sonuncu mesajını cəbhədə döyüş xəbərini alanda yazıb: "Zəng etdim, zəng çatmadı. Mesaj yazdım ki, özündən muğayat ol. Hamı, qohum əqraba mənə zəng edəndə nəsə içimi qəribə narahatçılıq bürüdü. Bildim ki, balama nəsə olub. Əvvəlcə mənə də, atasına da yaralı olduğunu dedilər. Dünən nəşini gətirəndə bildim ki, Zakir Vətən yolunda canını fəda edib".

Qeyd edək ki, şəhid Zakir Cəfərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu olub. Zakir Cəfərob fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. Allah rəhmət eləsin!movqe.az
"Ana səndən üç aydan sonra bir şey istəyəcəm..." - dönüşünə 4 ay qalan Şəhidimiz + FOTOLAR"Ana səndən üç aydan sonra bir şey istəyəcəm..." - dönüşünə 4 ay qalan Şəhidimiz + FOTOLAR"Ana səndən üç aydan sonra bir şey istəyəcəm..." - dönüşünə 4 ay qalan Şəhidimiz + FOTOLAR

Xəbərlər     Baxılıb: 8846   Tarix: 01 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

geyim və ayaqqabılar geyim şəkilləri qadin sayti yalan danismaq haqqinda atalar sözləri boy uzadan sizanaqlara qarsi uz maskalari qadın alt paltarları kosmetika qaynana hakista üzeyir hacıbəyli hakisdalar sevda səməd vurğun