Ana südünü artıran vasitə – Zeytun yağı

Ana südünü artıran vasitə – Zeytun yağı"(Sizin üçün həmçinin mənşə etibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər. "– Əl-Muminun surəsi, ayə 20.

"Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur.
Allah dilədiyiniz öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!" – Nur surəsi, ayə 35.
Peyğəmbərimiz (Allahın ona salamı və salatı olsun) demişdir: "Yağ yeyin və özünüzə çəkin (yağlanın) – həqiqətən də o müqəddəs ağacdan alınmışdır." (Səhih əl Cami, 4489).
1996-cı ilin fevralında Barselona universitetlərindən birində keçirilən təcrübədə 40 əmizdirən qadından götürülmüş süd nümunələri üzərində aparılan tədqiqatların nəticələri açıqlanmışdır. Məlum olmuşdu ki, ana südündə olan yağ, tərkibinə görə zeytun yağının tərkibi ilə oxşardır ("Əl-İcaz" jurnalı, №8, şəvval, 1412 h.q. (yanvar 2001-ci il)).
Bundan əlavə zeytun yağının əmizdirən qadınlar üçün açıq-aşkar xeyirləri vardır ki, bu yağdan səmərəli istifadə üçün aşağıdakı reseptləri nəzərinizə çatdırmaq niyyətindəyik.
Resept 1. Əmizdirmədən öncə, döşün üzərinə qızdırılmış zeytun yağı ilə kompress (sarğı) edilsə, o zaman süd yolları açılır və südün gəlişi güclənir.
Resept 2. Bir desert qaşığı zeytun yağı qəbul edib, üstündən limon və bal qarışdırılmış isti su içmək kifayət qədər üstünlüklərə malikdir.
Şəfa tək olan Allaha məxsusdur. Bunlar isə sadəcə vasitədir.
Müəllif: Məmmədxanova Fərəh – Həkim terapevt, idman və bioloji təbabət mütəxəssisi
Tərcümə: Xəyalə Yusifsəfər
Mənbə: Vib.Az

Ailə və Uşaq     Baxılıb: 3387   Tarix: 19 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

turlar.az

makiyaj instagram yaz geyimleri 2026 yay geyimləri 2026 tursu qovurma aybasi qani ile cadu yay donları cinsi mövzular kosmetika zəhmət hakışdalar eqreb dostluq qiz burcu