Ana və körpələrin doğum evlərində haqları

Ana və körpələrin doğum evlərində haqlarıHamilə olarkən əksər xanımlar xəstəxanaya nə götürməli olacaqlarını, doğuşun necə keçəyi, körpənin sağlamlığı ilə bağlı problemlərin mövcudluğu haqda narahatlıqlar keçirirlər.
Əlbəttə ki, bunlar kifayət qədər önəmlidir. Lakin gələcək analar hamiləlik və doğuş haqqında maarifləndirildikləri kimi həmçinin xəstəxanalarda özlərinin və körpələrinin haqları, həmçinin tibbi personalının vəzifələrini haqqında maariflənmələri də yerinə düşər.
Çünki, bu sahədə dövlətimiz tərəfindən qəbul edilmiş çox faydalı qanun qaydalara rəğmən onların tətbiqində kifayət qədər nöqsanlar və boşluqlar mövcuddur. Xəstəxanalarda tibbi personalın məsuliyyətsizliyini aradan qaldırmaq üçün analar öncədən haqlarını öyrənib tələb etməlidirlər.
İstər özəl, istərsə də dövlət xəstəxanalarında müşahidə edilən əsas qanun pozuntular aşağıdakılardır:
Körpəni anadan ayırmaq
Körpənin doğulduğu andan sonra gün ərzində ana ilə qalmasının və ilk saatlarda ana südü ilə əmizdirilməsinin təmin edilməsi tibb müəssisələrinin vəzifəsidir.
Mənbə: "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanunu, maddə 11: "...11.2. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrinin vəzifələri aşağıdakılardır... 11.2.2. körpənin doğulduğu andan bir gün ərzində ana ilə birgə qalmasını və ilk saat ərzində döşlə əmizdirilməsini təmin etmək;..."
Maarifləndirmək və dəstək olmaq əvəzinə ananın icazəsi və əksər hallarda hətta xəbəri olmadan körpələrə süni qida vermək
Uşaqların qidalandırılması ilə bağlı maarifləndirmə işini həyata keçirmək, ana südünün körpə üçün olan önəmini izah etmək, ana südünün süni qida ilə müqaisədə nə qədər üstün olduğunu bildirmək doğum evlərinin işçilərinin vəzifəsidir.
Mənbə: "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanunu, maddə 4:
"4.0. Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara;
4.0.1. döşlə əmizdirilmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü barədə;
4.0.2. ana südü ilə qidalanmanın uşaqların harmonik inkişafına müsbət təsiri barədə;
4.0.3. ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığı üçün bioloji və emosional əsaslar yaratmış barədə;
4.0.4. ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qorunması və ilkin tibbi-sanitariya yardımının mühüm amili olması barədə hökmən məlumat verilməlidir."
Analara xəstəxanadan evə buraxıldıqdan sonra süni qida distribütorlarından zənglərin olması
Heç bir halda sizin və ya körpənizin adı və ünvanı süni qida məhsullarının istesalçıları və distribütorlarına açıqlanmamalıdır!!!
Mənbə: "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanunu, maddə 11:
"...11.2. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrinin vəzifələri aşağıdakılardır...
11.2.4. hamilə və uşaq əmizdirən qadınların, eləcə də körpələrin adlarını və ünvanlarını süni qida məhsullarının istehsalçısı və distribütorlarına verməmək;)
Əmizdirmə prosesində cüzi çətinliklərlə üzləşərkən dərhal körpələrə süni qida vermək və ya tövsiyyə etmək
Süni qida qəbulu körpəniz üçün mütləq bir göstəriş olduğu halda (buna körpədə və ya anada ciddi sağlamlıq problemlərinin mövcudluğu səbəb ola bilər) həkim konkret süni qida markası deyil, ümumən uyğun olan süni qida növü (soya əsaslı, laktozasız, hipoallergen və s.) təyin edə bilər. Körpəyə tövsiyyə edilən növ süni qidanın markası isə valideynlər tərəfindən seçilməlidir. Əgər tibbi personal sizin körpəyə konkret bir marka süni qida məsləhət görürsə bu artıq valideynlərin istehlakçı hüququnun pozulmasıdır.
Mənbə: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Rspublikasının Qanunu, maddə 3: "Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;...")
Yuxarıda qeyd olunan hüquqlarınız pozulduğu halda müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz çox böyük önəm daşıyır. Analar Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vuraraq problem barədə məlumat verə bilərlər.
Qaynar Xətt: 9103
Bu halların baş verməsinin qarşısını almaq üçün hər ana öz körpəsinin hüquqlarını bilməli və onları müdafiə etməlidir!
Müəllif: Nərmin Babayeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1393   Tarix: 04 dekabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

sac duzumleri yay geyimləri 2026 reseptler seksin növləri yay paltarlari 2026 oxu zalı hicablı geyimlər kosmetika tanisliq haxisda oğlaq ana haqqinda bayati səməd vurğun