Anasının böyrəyi ilə yaşayan Vüsalə: "Heç olmasa, qızımın toyunu görüm"
"Hərdən həkimim deyir ki, özünü az yor. Ola bilər ki, sən işləməyəsən?".
Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə "Zarafat-zarafat" verilişində deyib.
Aparıcı həkimin ona işləməklə bağlı qoyduğu qadağadan danışıb:
"Deyirəm, ay yazıq, 24 saatın 32 saatını işləyirəm. İşləməməyim mümkün deyil. Ailəm, övladım var. Gəncəm, qızıma gələcək, özümə karyera qurmalıyam. Qızıma baxıram deyirəm ki, mən artıq bir can deyiləm. Biz anaların zəif olmağa haqqımız yoxdur. Bunun üçün də çalışıram işimdə məsuliyyətli olum. İstəyirəm illər tez geçsin və qızım Dilək böyüsün. Heç olmasa, onun toyunu görüm".
Qeyd edək ki, Vüsalə uzun illər əvvəl böyrəyindən əməliyyat olub. O, hazırda anasının böyrəyi ilə yaşayır.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin