Anesteziya necə yaranıb?

Anesteziya necə yaranıb?Tarixən təbabətin ən mürəkkəb və çətin məsələlərindən biri cərrahi əməliyyatlar zamanı ağrıya qarşı mübarizə olub. Keçmişdə aparılan cərrahi əməliyyatlar zamanı bir çox hallarda ya əməliyyat lazımi səviyyədə icra edilmirdi, ya da xəstələr əməliyyat zamanı əməliyyat stolunda ağrı şokundan dünyalarını dəyişirdilər. Belə olan halda əməliyyatların ağrısız icrası üçün bir çox primitiv yollara, bəzi hallarda isə tətbiqi dəhşətli yaxud gülünc görünən vasitələrə əl atmalı olurdular. Bu üsullar bu günə kimi müxtəlif tarixi vəsaitlərdə qorunub saxlanılır.
O zamanlarda aparılan uzun illərin axtarışlarından sonra 1846-cı ilin oktyabr ayının 16-da diş həkimi Uilyam Tomas Morton Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərinin mərkəzi xəstəxanasında tibb tarixində ilk dəfə olaraq boyun şişinin cərrahi əməliyyatının ağrısız icrası üçün efir narkozunu tətbiq edərək, anesteziologiyanın əsasını qoyur.
Məhz həmin gün Ümumdünya anesteziya günü (World Anaesthesia Day) kimi qeyd edilir. 16 oktyabr günü bütün dünyada cərrahiyyənin inkişaf tarixinin başlanğıcı günü kimi qeyd olunur.
Bundan sonra anesteziyanın aparılması üçün müxtəlif dərman preparatları - anestetiklər, neyrotrop, psixotrop, trankvilizatorlar, narkotiklər, relaksantlar və sair dərmanlar kəşf edilməyə , müxtəlif aparat və cihazlar, digər texniki avadanlıqlar və vasitələr yaradılmağa başlayır.
Bu gün insan orqanizminin bütün nahiyyələrində, orqanın bütün hissəsində istənilən kiçik və iri həcmli hətda ən incə orqanda belə əməliyyatları təhlükəsiz həyata keçirmək mümkündür.
Hazırda Azərbaycanda ən mürəkkəb əməliyyatların həyata keçirilməsi məqsədi ilə anesteziya dünya standartları səviyyəsində təşkil olunur.
İnsanların böyük əksəriyyəti ağrıya qarşı həssasdır. Lakin təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur.
Keyitmə vasitələri qədim zamanlardan məlum idi. Məsələn, bir çox hindu tayfaları həssaslığın azaldılması üçün müxtəlif bitkilərin şirəsindən istifadə ediblər. Eramızdan əvvəl I əsrdə yunan filosofu və həkimi Dioskorid imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparıb.
Anesteziya-sinirlərin həssaslığının itməsidir. Cərrahi əməliyyatların ağrısızlaşdırılması, dişlərin, zədələrin müalicəsi və tibbin digər sahələrində süni anesteziyadan istifadə edilir.
Cəmiyyət inkişaf etdikcə bu sahə də təkmilləşərək tibbin ayrılmaz hissəsinə çevrilib. Ondan yalnız cərrahi əməliyyatlar zamanı deyil, həm də psixiatriya, narkologiya və digər sahələrdə istifadə olunmağa başlayıb. Müasir tibdə ümumi, yerli və bel anesteziyasından istifadə edilir və bu sahə daim təkmilləşir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1729   Tarix: 25 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az