Xolestrini azaldan meyvə - Kilosu 1 manat 50 qəpikdir
Alma yemək xolesterinin səviyyəsini 5-8% qədər azalda bilər.
Milli.Az xəbər verir ki, bunu həkim-kardioloq, tibb elmləri namizədi Elena Reznik deyib. Onun sözlərinə görə bu xüsusilə orta səviyyəli xolesterin və ya profilaktik məqsəd üçün faydalıdır.
"Lakin xolesterin göstəriciləri çox yüksəkdirsə, məsələn 6,9, 7 və ya 8 mmol/l səviyyəsində, 0,5-0,7 mmol/l azalma terapevtik effekt üçün kifayət etmir. Belə hallarda kardiyoloji baxımdan ciddi dislipidemiya üçün əlavə müalicə tələb olunur. Yüksək xolesterin zamanı həkimə müraciət etmək tövsiyə olunur", - Reznik izah edib.
Həkim bildirib ki, gündə 1-3 alma yemək ürək-damar xəstəliklərinin qarşısının alınmasında önəmli ola bilər. Almalar pektinlə zəngindir ki, bu da öd turşularının xaric edilməsinə kömək edir və dolayı yolla xolesterinin azalmasına təsir göstərir. Bundan əlavə, alma liflə zəngindir, bu isə həzm sistemini normallaşdırır, bağırsaq mikroflorasını dəstəkləyir və toxluq hissi yaradır. Almada olan kalium və maqnezium isə ürək ritminin pozulmasının qarşısını alır.
Reznik vurğulayıb ki, alma əsasən sağlam insanların profilaktik tədbiri kimi effektivdir. Artıq ürək-damar xəstəlikləri və aritmiyası olan şəxslər özbaşına alma ilə müalicəyə başlamamalıdır. Bu halda mütləq həkimə müraciət etmək və təsdiqlənmiş dərman müalicəsi almaq lazımdır.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO