ANS - in məşhur aparıcısının bu sözləri ÜRƏK DAĞLADI - "Qızımın dərs ləvazimatını almaq üçün dilənəcəm" - FOTO

ANS - in məşhur aparıcısının bu sözləri ÜRƏK DAĞLADI - "Qızımın dərs ləvazimatını almaq üçün dilənəcəm" - FOTOİllər öncə ANS televiziyasında çalışmış tanınmış idman şərhçisi, teleaparıcı Asif Bağırov sosial şəbəkədəki profilində "Əhd" adlı yazısını paylaşıb. Yazı aparıcının şəxsi həyatı, iki qızı və onlarla bağlı arzuları haqqındadır.

Milli.Az lent.az-a istinadən həmin yazını təqdim edir:

ƏHD

İndi qələmə alacağım olaydan az qala 30 il keçir. Amma o vaxtkı uşaq xatirələrimdən, hələ də, silinməmiş hadisənin təəssüratındayam.

1988-ci ilin mayı idi. Aydın dayımın oğlu Bayramı əsgərliyə yola salmağa hazırlaşırdıq. "Kişilik məktəbi"nə gedəcək dayıoğlunun şərəfinə İsmayıllıda qəşəng süfrə açmışdı. Həmin yolasalma mərasimində yaddaqalan şeylərdən ən yaddaqalanı dayıoğlunun tay-tuşlarının doyunca yeyib-içməsi, 15 yaşı təzəcə olmuş mənim kimisinin də onlara qoşulub başı xamırlı araqdan dadması (bu, mənim həyatımda ilk və yeganə alkoqolum oldu), bir də "Vesna" maqnitofonunda Baloğlan Əşrəfovun "Çevrilib dumana, çənə qayıtma!", Açılma sabahım, açılma!" xitablı mahnıları idi.

O yeni ilimiz qara gəldi. Hər il yolkaları bəzəmək üçün dekabrın 30-u səbirsizliklə gözlədiyimiz halda rayonda yaşayan ana nənəm məhz o gün rəhmətə getdi. "Dərd gələndə batmanla gələr" deyiblər. Nənəmin 40-ı günü Bayram da əsgərlikdən gəldi. Uşaq təfəkkürü ilə düşünürdüm ki, əla xidmətə görə onu məzuniyyətə buraxıblar. Sonradan vəziyyətin tam fərqli olduğunu öyrəndim. Bildik ki, gecə yuxuda ikən onu əməllicə çırpmış və səhhətinə ciddi xəsarət yetirmişdilər. Bir sözlə, Bayramın gələcək hərbi xidmətə yararlı olmadığı üzə çıxmış və müalicə üçün Bakıya göndərilmişdi.

Müalicəyə aylar, pullar və əsəblər getdi. İlk dəfə onda anamın ƏHD etdiyini bildim. ƏHD etmişdi ki, Bayram sağalan kimi 7 qapıdan yağ dilənərək halva çalıb, yetim-yesirə paylayacaq. Allah onun ƏHDini qəbul elədi. Anam da kişi qızı kimi qapılara düşüb-qaşıq yağ diləndi və ƏHDinə sadiq qalaraq o halvanı çaldı...

... 2015-ci ilin yazı idi. Artıq yay tətili yaxınlaşır və dərslərini əla oxumuş iki qız(ıl)ım bunun mükafatı kimi Antalyaya dincəlməyə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Kiçik qızım Leylanın qəfil xəstələnməsi bütün işləri korladı. Səfərin təxirə salındığını bu uşaqlara izah edənə kimi nələr çəkdiyimi, bəlkə də onlar qarşısında alçaldım demək məncə yersizdir. Gözləri dolmuş nəzərlərlə uşaqlara baxdıqda əgər böyük qızım Ləman başını təəssüflə aşağı saldısa, Leyla boynuma sarılıb "Eybi yox, onsuz da sən dünyanın ən yaxşı atasısan" dedi. Və mən çox sonradan başa düşdüm ki, bu, sadəcə sözlər yox, həm də mənim gələcək atalıq addımlarım üçün övladlarım tərəfimdən mənə verilmiş beh, divident idi.

2 il ərzində aparılmış uzun-uzadı müalicələr bəhrəsini vermədi. Bu illərdə Leyla məktəbdən kənarda qaldı, təhsilini distant üsulu ilə evdə davam etdirdi. Ötən ilin yayında həkim komissiyasının rəhbərinin dizinə düşərək ağlaması, məktəbə getmək üçün ondan icazə istəyərək saatlarla yalvarması hələ də gözümün qabağındadır. Yenə də komissiya qızıma "veto" qoydu və daha bir il təhsilini evdə davam etdirməyi məqsədəuyğun saydı. 2 il ardıcıl sentyabrın 15-də göz yaşımız dayanmadı. Qızım evdə, mənsə maşında ağladıq. Hamıdan xəbərsiz. Və onda ilk dəfə mən də ƏHD elədim. ƏHD elədim ki, qızımın məktəbə getməsi üçün tibbi komissiyanın qərarı müsbət olarsa, Leylanın dərs ləvazimatı və geyimi üçün lazım olan vəsaiti...

Uzun vaxtdır dostlarımdan ayrı düşmüşəm. Əslində ailə qurulması dostlar arasında münasibətləri çox vaxt yumşaldır və unutqanlığa gətirib çıxarır. Ara-sıra görüşərkən "SƏN KİŞİ DEYİLSƏN" kimi zarafatyana, lap elə ciddiyə varan eyhamlar da eşitmək olur. Əmin olun ki, bu, mənim vecimə deyil.

10 ilə yaxındır ailəm də dağılıb. Keçmişimin mənim barəmdə nə düşündüyünün fərqinə varmıram. Hətta "SƏN LƏYAQƏTLİ ƏR OLMADIN" xitabını da göz önünə gətirərəm. Olsun. Təkcə göz önünə gətirərəm, amma ürəyimə almaram.

Hər gün oturub-durub "İki qızım, iki qızılım var" deyirəm. Tanrı payı kimi gecə-gündüz onlara görə Allahıma şükür edirəm. Bir gün "SƏN ATA KİMİ BİZİM ÜÇÜN HEÇ NƏ ETMƏDİN" sözünün üzümə vurulacağından qorxuram. Yaman qorxuram. Məhz buna görə kişiliyimi də, ərliyimi də atalığıma qurban vermişəm. Odur ki...

Əgər sabah təsadüfən qarşınıza çıxıb əl açsam və yaxud qapınızı döyüb boynumu büksəm, bilin ki, həqiqətdə də, dilənirəm. ƏHDimə sadiq qalmaq üçün Sizə əl açıram. Bəlkə də vaxtilə televizorda gördüyünüz bu adamın artıq ağlını itirdiyini zənn edəcəksiniz. İnanın ki, mənim üçün bu fikriniz də maraqlı deyil. Vacib olanı qızımın məktəbə getmək dərəcəsində tam sağalması və dərs ləvazimatı ilə geyim dəstini dilənib almaq ƏHDimdir. Çünki MƏN LƏYAQƏTLİ ATA OLMAQ İSTƏYİRƏM...

Xəbərlər     Baxılıb: 3102   Tarix: 02 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

yay geyimləri 2026 geyim dəbləri toy gecesi elm biliye aid atalar sözləri hamilelikden qorunmaq ucun samlar hepatitlər körpələrin qidalanması kosmetika haxista aslan qardasa aid haxistalar 8 mart sağlıq