"Antibiotik virusa təsir etmir" - Tanınmış həkimdən önəmli AÇIQLAMALAR

Valideynlər çox vaxt immuniteti zəif olan uşaqlara həkim məsləhəti olmadan müxtəlif dərman preparatları, vitaminlər verirlər.
Həkim təyinatı olmadan uşaqlara verilən dərman vasitələrinin gələcəkdə onlara hər hansı mənfi təsiri ola bilərmi?
"Orqanizmə daxil olan hər bir əlavə dərmanın zərəri var. Çünki dərmanlar yad maddədirlər və bir istiqamətdə kömək etsələr də, digər sistemin işini müəyyən dərəcədə pozurlar".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən deyib.
T.Əyyubov qeyd edib ki, dərman vasitələri yalnız həkim təyinatı ilə və mütləq göstərişə əsasən təyin edilməlidir:
"Məsələn, bir çoxları virus infeksiyalarında antibiotik verirlər. Birincisi, antibiotik virusa təsir etmir. Antibiotik, adından məlum olduğu kimi (anti- əks, bios - həyat, canlı), yəni həyata, canlıya qarşı deməkdir. Viruslar isə canlı deyillər. Bundan başqa antibiotik bakteriyalara hansı mexanizmlə təsir edirlərsə, bizim qanımızda tez-tez bölünən hüceyrələrə (limfositlərə - viruslarla mübarizə aparan hüceyrələr) də eyni cür təsir edirlər. Nəticədə virus xəstəliyi zamanı viruslarla mübarizə aparan limfositləri zədələmiş oluruq".
Pediatr həmçinin bildirib ki, bəzən virus infeksiyaları zamanı hormonal spreylərdən istifadə olunur:
"Qətiyyən olmaz. Həmçinin, yuxarı və ya aşağı tənəffüs yolu xəstəliklərində inqalyasiyalardan istifadə edirlər. Bu da yolverilməzdir. Bir daha vurğulamaq istəyirəm ki, hər bir xəstəliyin əlamətinin yaranma mexanizmi, səbəbi var. Bunlar müxtəlifdir. Ona görə də, müalicə tədbirləri də bu mexanizm və törədiciləri əsas tutaraq lakonik şəkildə aparılmalıdır. Əks halda, "qaş düzəltdiyimiz yerdə, gözü vurub çıxara bilərik".
Milli.Az

Xəbərlər     Baxılıb: 1001   Tarix: 01 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamilelikde qidalanma reseptler kosmetika mehsullari eşq və məhəbbət qarindaki yaglari eritmek seks pozalari paltarlar 2026 kosmetika sirniyatlar brusell bakteriyası itburnu sperma cinsi elaqe