Aparıcılarımızın canlı efirdəki bağışlanmaz səhvləri - VİDEO

Aparıcılarımızın canlı efirdəki bağışlanmaz səhvləri - VİDEOBu gün gənclərin əksəriyyəti aparıcı olmaq arzusundadır.

Lakin aparıcı demək, veriliş ərzində kolbasa reklamları ilə şou nümayəndələrinin mahnılarını təqdim etməkdən ibarət deyil. Aparıcı böyük kütləyə sözünü yeritmək və onları yönləndirmək kimi xüsusiyyətə malikdir. Təəssüf ki, telekanallarımızın əksər aparıcıları nəinki özlərini inkişaf etdirmir, hətta nöqsanlarını görməkdə də acizdirlər. Bu aparıcılardan bəziləri cümlədə eyni sözdən dəfələrlə istifadə edir, bəzisi hələ də sözləri düzgün tələffüz etmir, kimisi də qurduğu cümlələr arasındakı əlaqədən xəbərsizdir.

Telekanallarımızdakı aparıcıların qüsurlarından teletənqidçi, televiziya xadimi Elçin Əlibəyli danışıb:

"Gəlin sualımızı iki hissəyə bölək. Söhbət söz ehtiyatından gedirsə, aparıcının söz bazasının olması üçün gərək kifayət qədər mütaliəsi olsun. Bu mütaliə üçün ancaq dünya və Azərbaycan ədəbiyyatı yox, həm də publisistik ədəbiyyat olmalıdır. Aparıcının sözü tükəndikdə, o, məcburdur ki, vaxtı doldursun. Hər aparıcı verilişdəki çıxışlarını bölgüyə ayırmalıdır. Tutalım ki, aparıcı 15 dəqiqə danışacaqsa, həmin vaxta nələr sığışdırmalı olduğunu bilməlidir. Bu isə böyük peşəkarlıq tələb edir. Bunun üçün universitet bitirmək lazım deyil. Oturub dünyadakı aparıcıları izləmək lazımdır. Orta statistik söz ehtiyatımız 1500-dür. Azərbaycan dilində 120 min söz var və bunun 30 mini işləkdir. Gəlin baxaq, bu 30 min sözdən aparıcılarımız neçəsini bilirlər? Məsələnin ikinci tərəfi sözlərin düzgün tələffüzüdür. Aparıcılara artikulasiya məşğələləri keçilməlidir. Heyf ki, bizdə televiziya aparıcıları yetişdirən ali təhsil ocağı yoxdur. Əksəriyyəti təsadüfən efirə çıxan adamlardır. Buna görə həm söz tapmırlar danışmağa, həm də tapdıqları söz cümlələrinə uyğun gəlmir".

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli də mövzuya münasibət bildirib:

"Dil qüsuru cəmiyyəti narahat edən əsas məsələlərdən biridir. Xəbər aparıcılarını qismən yaxşı hesab etmək olar. Ən çox dil problemlərinə analitik, əyləncə və şou xarakterli verilişlərdə rast gələ bilərik. Çünki bura cəlb olunan aparıcılar çox vaxt təcrübəli olmurlar. Onların verilişlərinə çağırdıqları qonaqlarda da bir çox qüsurlar olur. Aparıcılar çox quru, sxematik danışırlar və obrazlılıq yoxdur. Şou verilişinin aparıcılarına daha çox məsuliyyət düşür. Çünki daha sərbəst mühitdədir və söz ehtiyyatı tələb edir. Ümumiyyətlə, gərək yenidən aparıcılar arasında monitorinq aparılsın. İndi aparıcılar haqda danışmaqda çətinlik çəkirəm. Kanallar arasında "Space" telekanalı xüsusi ilə diqqət çəkir. Orda qüsurlar ciddi gözə çarpır. Verilişə 6 dəqiqə baxanda, aparıcının da, verilişin də səviyyəsi ortaya çıxır. Radiolarda öz adlarını Dj qoyurlar, ancaq nə musiqi hazırlıqları, nə də dil hazırlıqları var, gəlib mikrofon qarşısına çıxıblar".

Xəbərlər     Baxılıb: 2648   Tarix: 13 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları hamilelikde qidalanma balqabaq tumu xiyar tursusunun hazirlanmasi qaydasi uz derisine qulluq maskalari küftələr kosmetika sağlıq badambura masqalar efsane vətənə aid atalar sözləri