Aprel döyüşündə həyatını itirən şəhidimizin son vəsiyyəti ÜRƏK DAĞLADI - FOTO

Döyüşə yollanarkən öz avtomobilini qardaşına əmanət edir

Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan eloğulllarımızdan biri də Neftçala sakini gizir Elmidar Səfərov idi. Bu gün igid qəhrəman doğulduğu yurdda böyük məhəbbətlə anılıb.

Elmidar Səfərov 1992-ci ildə Yardımlıda doğulub, bir il sonra ailəsi ilə birgə Neftçalanın Aşağı Qaramanlı kəndinə köçüb. 2010-cu ildə Füzulidə təmas xəttində hərbi xidmətə başlayıb. 6 aydan sonra gizirlik kursunu oxuduqdan sonra orduda xidmətini davam etdirib. Daim təlimlərdə olan Elmidar Səfərov bütün silahlarla davranmağın sirlərini öyrənib, öz çevikliyi, qorxmazlığı ilə diqqət mərkəzində olub.

Ailə üzvləri deyir ki, Elmidar Səfərov sonuncu dəfə ötən ilin martın 28-də evə gələrək özünün "Vaz-2106" markalı avtomobilini qardaşına əmanət edir. Aprelin 1-də isə dayısı oğluna zəng edərək bircə kəlmə deyir - "Bizim üçün dua edin"!

Aprelin 2-dən-3-nə keçən gecə erməni təxribatının qarşısını alaraq əks hücumla Talış yüksəliyi uğrunda ölüm-dirim savaşına girir. Qərargah rəisi, həmyerlisi Samit İmanovun dəstəsində olan Elmidar Səfərov və döyüşçü yoldaşları düşmənin postlarını darmadağın edərək yüksəkliyi ələ keçirirlər. Ağır döyüşdə o, başından yaralanır və 8 saat yaralı halda qalır, axşam saatlarında keçinir. 24 yaşında şəhidlik zirvəsinə ucalan qəhrəman prezident ilham Əliyevin sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medala layiq görülür. İndi Elmidar təkcə doğulduğu ailənin deyil, bütün Azərbaycanın igid oğlu kimi könüllərdə yaşayır.

İstiPress
Aprel döyüşündə həyatını itirən şəhidimizin son vəsiyyəti ÜRƏK DAĞLADI - FOTOAprel döyüşündə həyatını itirən şəhidimizin son vəsiyyəti ÜRƏK DAĞLADI - FOTOAprel döyüşündə həyatını itirən şəhidimizin son vəsiyyəti ÜRƏK DAĞLADI - FOTO

Xəbərlər     Baxılıb: 2264   Tarix: 04 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

turlar.az

həkim məsləhəti toy makiyajlari kosmetoloq agardici maskalar resepti sümük və saç hicab ortukleri hamiləlikdən sonra kosmetika novruz hakışdaları qu quşu xerçeng hakistalar novruz bayramina aid hakista