Araz Əlizadə Mehmana görə onu təhqir edənlərə cavab verdi: "Həşəratlar vızıldayın..."

Araz Əlizadə Mehmana görə onu təhqir edənlərə cavab verdi: "Həşəratlar vızıldayın..."Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə sosial şəbəkələrdə onu təhqir edənlərə cavab verib.

Xanim.az xəbər verir ki, A.Əlizadə Demokrat.Az-a göndərdiyi müraciətində bildirir ki, Mehman Hüseynovla bağlı son açıqlamasına görə onun mobil telefon nömrəsinə təhqir və söyüş mesajları göndərirlər:

"Mənim Mehman Hüseynovla əlaqədar müsahibəm çıxdıqdan sonra orada işlətdiyim bəzi kəskin ifadələrə görə əvvəl məyus oldum. Lakin sonra təxminən əlliyə yaxın zəng və smslər daxil oldu və mən belə qərara gəldim ki, düz etmişəm. Şapalaq yaxşı tutub. Və bunlar hamısı mütəşəkkil qrupdur. Gələn sms və zənglərin hamısı eyni üslubda, eyni söyüşlər və eyni səhvlərlə dolu idi. Və bu onu göstərir ki, Azərbaycandan gedib kənarda yaşayan bu ünsürlər və hətta Azərbaycanda qalanlar da savadsız və tərbiyəsiz insanlardı. Və fikirləşdim ki, mən nə zamansa bu cür ünsürlərlə üzləşmişəm. Və yadıma keçən əsrin 80-cı illərin sonu, 90-cı ilin əvvələrində belələrini "AXC-nin qarşısında sülənənlər " deyə adlandırdığım düşdü. Sonra onların vəhşi üzünü Azərbaycanda dövlət çevrilişi zamanı parlamentin şüşələrini sındıran zaman görmüşdüm. Dişilər tumanlarını çıxardıb, deputatlara özləri üçün ayıbsız olan yerlərini göstərirdilər, erkəklər isə söyüş söyür, dava edirdilər.

Və başa düşdüm ki, indi bu telefon zənglərini edənlər, söyüş söyənlər və bu söyüşlər zamanı eyni səhvləri edənlər həmin o zamanki AXC qarşısında sülənənlərin övladlarıdır. Onlar bir illik hakimiyyətə gəlib, biraz "laş" yedilər, övladları isə xaricə qaçıb orada "laş" yeməyə davam edirlər. Sadəcə bir böyük fərq var: o zaman onlar minlərlə idilər, indi isə onlarladırlar.

Həşəratlar! Davam edin, vızıldayın. Azərbaycanın karvanı gedəcək, müvəffəqiyyətlə mənzil başına çatacaq və inkişaf edəcək. Siz isə vızıldayın. İt hürər, karvan keçər. Öz aramızdı, şapalaq sizi yaxşı tutub".

Xəbərlər     Baxılıb: 2641   Tarix: 10 yanvar 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yaz geyimleri 2026 maskalar geyim və ayaqqabılar stil və moda hamileliyin ilk elameti qış tədarükü salatlar ziyafət geyimləri 2026 kosmetika turpun nağlı atalar sözü dolca hakisdalar gözellik