Arıqlama çayları, yoxsa ölüm mənbəyi?

Arıqlama çayları, yoxsa ölüm mənbəyi?İdman və pəhriz saxlamaq kimi sağlam yollar olsa da, tənbəllik edən bir çox xanımlar daha asan üsullara əl atır, dərmanlardan istifadə edirlər. Televiziya kanallarında, küçədə reklam lövhələrində belə dərmanların reklamı heç də az getmir. Bakı şəhərində olduğumuz bir çox aptekdə arıqlama vasitəsi olan müxtəlif adlarda bitki çayları, kofelər və digər vasitələr satılır.
İdmana tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayanlar reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, kofelərə, bioloji aktiv maddələrə üz tutur. Onlar bu vasitələrlə çox sürətlə arıqlamaq istəyirlər. Satıcı hər nə qədər "zərərsizdir" desə də istifadə edənlərin də ürəyində şübhələr qalır. Arıqlama çaylarının şişirdildiyi təqdirdə faydadan çox zərəri var.
Dietoloq-həkim Şəfa Yadigarova bildirdir ki, arıqlama çaylarından və digər vasitələrdən birmənalı şəkildə uzaq durmaq lazımdır. Onun sözlərinə görə, arıqlama çayları insan orqanizmi üçün olduqca təhlükəlidir:
"Bəzən insanlar arıqlamaq üçün yüngül və asan üsullara əl atırlar. Bu üsullar həm zərərli, həm də faydasızdır. Müxtəlif arıqlama çaylarına, kofelərə və dərmanlara sözün həqiqi mənasında "yox" deyirəm. Çünki bir insanda kilo problemi varsa, anlamaq lazımdır ki, bu problem heç vaxt öz-özünə yaranmır. Çəki problemi ya psixoloji durumla, ya hormonal pozuntularla, ya da bədəndə müəyyən vitaminlərin və minerallarına çatışmazlığı, fiziki aktivliyin olmaması ilə bağlıdır. Məsələn həddindən artıq yemək amma az hərəkət etmək. Bu faktorlardan irəli gələrək kilo problemi ola bilər. Amma insanlar çay içib arıqlamaq istəyirlər, unudurlar ki, həmin çaylar kimyəvi tərkiblidir".
Dietoloq qeyd edir ki, arıqlama çaylarının bəzisi beyinə təsir göstərir və sonradan insanlarda asılılıq yaranır:
"Məsələn elə insanlar düşünür ki, "hər bir şey yeyim, sonra arıqlama çaylarından içib arıqlayaram". Lakin insan sağlam şəkildə qidalanmalıdır, qida insanın həyat tərzi olmalıdır. Müəyyən arıqladıcı vasitələrin tərkibində kofeinlər və digər qatqılar var. Məsələn onkoloji ya da mioma, fibroma, kista kimi xəstəliklər varsa, bu arıqladıcı vasitələr xəstəliyə birbaşa təkan verir. Çünki arıqlama vasitələri beyinə impuls çatdırır və insanda doyum hissi yaradır, bu da hormonlara mənfi təsir göstərir.
Qarın işlədici çaylar da olur, onlar bədəndəki müəyyən mineralları, duzları, vitaminləri yuyur. Təbii ki, vitamin və mineral çatışmazlığı varsa, nə yesək də bağırsaqdan sorulmayacaq. Bu da insanda ikiqat aclığa səbəb olur. Bu zaman insan aşırı çox yeyir".
Ş.Yadigarovanın sözlərinə görə, arıqlama çayları gələcəkdə mədə xorası və qastirt yarada bilər:
"Ona görə də belə çayların və digər arıqlama vasitələrinin qəbulunu məsləhət görmürəm. İlk növbədə artıq çəkinin nə ilə bağlı olduğunu araşdırmaq lazımdır. Dha sonra arıtq çəkisi olan şəxsə müəyyən proqram tətbiq olunur, bu proqram insanın həyat tərzinə çevrilir və sağlam qidalanaraq sağlam arıqlamağa başlayır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1259   Tarix: 12 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

gozel gorunmek gelinlikler geyim dəbləri zərdəçal sizanaqlara qarsi maska necə tez arıqlayım burcler 2026 kosmetika birlik hakisda uşaq şeirləri heyati buga burcu