Arıqlamaq üçün bu yağı içməyin, təhlükəlidir

Arıqlamaq üçün bu yağı içməyin, təhlükəlidirSosial mediada sürətlə yayılan yeni trend təhlükə saçır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, izləyici sayı çox olan bəzi sağlamlıq səhifələri gənəgərçək yağı içərək arıqlamağın mümkün olduğu, hətta bu yağın xərçəngi müalicə etdiyi ilə bağlı məlumatlar yayıblar. Ancaq mütəxəssislər bunun çox təhlükəli üsul olduğunu, gənəgərçək yağı içənlərin müxtəlif sağlamlıq problemləri yaşayacaqları ilə bağlı xəbərdarlıq edirlər.
Ekspertlər qeyd edirlər ki, saç qulluğunda uzun müddətdir istifadə edilən gənəgərçək yağının daxilə qəbulu yolverilməzdir.
Gənəgərçək yağı içənlərin üzləşdiyi ən yüngül simptomlar şiddətli qarın ağrısı və ishaldır. Qəbul edildikdən sonra gənəgərçək yağı prostaglandin reseptorlarını aktivləşdirir, məzmunu tam həzm etməyə və bərk nəcis əmələ gətirməyə vaxt vermədən nazik bağırsaqda daralmalara səbəb olur.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, gənəgərçək yağı bağırsaqda mayenin udulmasına mane olur və bağırsaq hərəkətlərini sürətləndirir. Bu vəziyyət orqanizmin qidalanmasına mane olaraq bədəndə susuzluğa və elektrolit balansının pozulmasına gətirib çıxarır.
Bu yağı içməyin uzunmüddətli istifadəsi zamanı əks təsirlər daha dəhşətli ola bilər. Ona görə də onu içməkdən çəkinmək lazımdır.
Həkimlər vurğulayırlar ki, gənəgərçək yağının arıqlatdığı və ya xərçəng kimi ciddi xəstəliklərə təsir etdiyinə dair heç bir elmi sübut yoxdur.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 2114   Tarix: 06 iyun 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

donlar 2026 yaz geyimleri 2026 gözəllik məhsulları bagirsaqlari temizlemek ucun toy ucun maraqli ideyalar meslehetler aşıq kosmetika hakışda gözəllik oxatan tut ağacı tutdudu xanım az