"Artıq yaşamışdım, əylənmişdim, doymuşdum" : Elçin Cəfərov (VİDEO)

"Artıq yaşamışdım, əylənmişdim, doymuşdum" : Elçin Cəfərov (VİDEO)"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan tanınmış müğənni Elçin Cəfərov maraqlı açıqlamalar verib.

Baku.ws xəbər verir ki, o, ilk olaraq "özünü hələ tam göstərməyib" kimi söyləntilərə belə cavab verib:

"Mən hər zaman çox gözə girməkdən qaçmışam, xoşlamamışam. Bu, mənim həyat tərzimdə də, sənətimdə də belədir. Ona görə də böyük sənətkarlar mənim haqqımda danışanda deyirlər ki, Elçin hələ özünü göstərməyib. Çox adam bunu deyir. Ara-sıra olsa da, çoxdandır efirlərdə yoxam. Əvvəl buna tələbat və ehtiyac vardı. Ancaq indi çox görünməyi özümə rəva bilmirəm".

Elçin onun səbrindən sui-istifadə edənlər haqda da danışıb:

"Mən sakit olsam da, hər şeyi çox gözəl görürəm. Ancaq səsimi çıxarmıram. Zamanında çıxarıram. Süni şəkildə yaxınlaşmaq, süni şəkildə gülmək, qucaqlamaq, sən mənim qardaşımsan demək. Belə şeyləri mən çox yaxşı görürəm, kim ürəkdən deyir, kim ürəksiz deyir. Nəzərə alsınlar ki, qucaqlayanda ürəkdən qucaqlasınlar".

Daha sonra ifaçı şəxsi həyatından danışaraq ailə qurmasının 1 ilini başa vurmasından söhbət açıb:

"Toy olan gündən mən dəyişdim. Başqa bir həyata başladım. Bu həyatı sevməyə başladım. Artıq subaylığı yaşamışdım. Əylənmişdim, gəzmişdim, doymuşdum. Evə tərəf qaçdım. Şükürlər olsun ki, ailəm hər şeyi normal, mənim istədiyim kimi qəbul etdi. O, mənim sənətimdə, geyimimdə, müsahibəmdə belə mənə dəstək oldu. Hamı elə bilir ki, mən hədiyyə etmişəm. Ancaq mən hədiyyəni çatdıra bilmədim. İldönümümüzdə gözəl bir dostumuzun toyundaydıq. Ona görə başımız çox qarışıq oldu. Dostumuz toyunu həmin günə salanda dedik ki, bizim bir də həmin gün ildönümümüzdür. Dedi ki, orda qeyd edərsiz, ancaq ödənişlidir. Söhbət hədiyyədən getmir. Söhbət səmimiyyətdən gedir. Gördü ki, başım çox qarışıqdır. Hədiyyə ala bilməmişəm. Sadəcə əlini sıxmağım ona hər şeyi göstərdi".

Yaxın günlərdə ata olacağını vurğulayan Elçin hislərini belə bölüşüb:

"Şükürlər olsun ki, övladımız dünyaya gəlmək ərəfəsindədir. Tamam başqa hisslər yaşayıram. Əvvəl birtəhər gəlirdi ki, görəsən, nə baş verir? Əvvəl adi gəlirdi, ancaq zaman keçdikcə yerişim belə dəyişdi. Özüm çox dəyişmişəm. Uşağın adı barədə çox düşünmüşük. Ancaq konret ad fikirləşməmişik".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2762   Tarix: 05 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları

Tibbi statistikaya görə, diaqnozunun qoyulması bəzən 3 ildən çox vaxt tələb edən və bir çox fərqli xəstəliklərlə səhv salınan "Kuşinq sindromu" müasir dövrün ən təhlükəli daxili xəstəliklərindən biri hesab olunur

turlar.az

gözəllik məhsulları aksessuarlar geyim dəbləri yemək 2026 donlari gavalinin faydasi mətbəx qaydaları kosmetika terezi sekis qiz evi ucun burclerin uyumu kley lekesi