Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...

Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...Qadın gözü ilə baxanda əksər kişilər arvadbazdır. Ya da özləri belə adlanmaqdan qürur duyduqları üçün artıq "damğa"lanıblar. Yerdə qalan sadiqlər də qurunun oduna yanan yaşlardır. Əslində elə onlar da "yaş" işlərdən hali deyillər. Amma hər halda hesabı itirməmiş olarlar. Qadın ətəyinin altından tarixə boylanan kişilər də var ki, adlarını salnamələrə böyük şücaətləri, istedadları ilə yazsalar da, üzərinə hopduğu çoxsaylı qadın qoxusundan qurtula bilməyiblər. Güman ki, qurtulmaq da istəməyiblər. Zamanın bütün dönəmlərində arvadbazlıq kişilərin özünütəsdiqi üçün bir vasitə sayılıb. Hətta kişilik funksiyasından məhrum olanlar belə adlarının gözəl qadınlarla hallanmasına etiraz etməyiblər. İndi gəlin görək bəşəriyyətin ən tanınmış arvadbazları kimlərdir. Düzü, onların arasında tanınmamışları da var, amma rəqəmlər istər-istəməz həmin lavlasları diqqət mərkəzinə çəkir.
Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...Çingiz xan – dünyanın ən qüdrətli fatehlərindən biri! Bu kişinin adı ilə təkcə türk toplumları, asiyalılar deyil, hətta bütün dünya qürur duyur. Çünki azdan çox, yoxdan var yaratmaq qabiliyyətinə malik, ağılllı, güclü, uzaqgörən kişi millətindən asılı olmayaraq hər kəsin fəxarət istinadgahıdır. Deyilənə görə, dünyada hər 200 adamdan biri Çingiz xanın nəslinin nümayəndəsidir. Çingiz xanın arvadlarının dəqiq sayı bəlli deyil. Amma o bəllidir ki, hazırda 16 milyon kişi Çingizxanın "belindən gəlib".
Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...Cakoma Kazanova - Bu narsistin adı siyahıya düşməsə, təəccüblü olardı. Kazanova çoxsaylı sevgi macəraları ilə nəinki tarix, həm də kitab bağlamış adamdır. Sözün həqiqi mənasında! Bütün sevgi macəralarını qələmə alaraq özündən sonra maraqlı xatirələr qoyub. Onun adı bu gün də arvadbaz kişilərə ləqəb olaraq verilir. Amma tarixə həmçinin peşəkar musiqiçi, kimyaçı, səyyah olaraq da düşüb.
Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...Lord Bayron – 36 illik ömründə yazdığı şeirlərlə yanaşı, yatdığı qadınlarla da yadda qalıb. Daha doğrusu, tarixin yadında qalıb. Özü isə bu qadınların əksəriyyətini yadında saxlamırdı. Fahişələr hesaba alınmasa, bir il ərzində 250 "ev qızı" ilə yatıb. Amma bu qızlardan yalnız birinə aşiq olub – o da ögey bacısı! Özünün dediyinə görə, taledən acıq çıxmaq üçün qadınları "vərəq-vərəq" qoparırmış.
Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...Fidel Kastro – şayiələrə inansaq, Kastronun 35 min qadını olub. Hər halda gənc yaşından lider olmuş, 82 yaşına qədər hakimiyyətdə qalmış (90 yaşında dünyasını dəyişib) cazibədar kişi üçün təəccüblü deyil. Özünün dediyinə görə, uşaqları bir qəbiləni dolduracaq qədərdir.
Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...Cek Nikolson – Hazırda 77 yaşında olan dünya şöhrətli amerikalı aktyorun təkcə incəsənət sahəsindən qadınlarının sayı 2 mini keçir. Onların başında Meril Strip kimi əfsanəvi aktrisa dayanır.
Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...Basketbol ulduzu Uilt Çemberlen – bu ad bizə yaxşı tanış deyil. Amma siyahı tutanlara tanışdır. İdman dili ilə desək, aktivində 20 min qadın var. 1999-cu ildə 62 yaşında dünyasını dəyişərkən son söz olaraq dünya kişilərinə belə müraciət etmişdi ki, məndən nümunə götürməyin. Ən böyük səadət bir qadını sevmək, onun yatağında xoşbəxt olmaqdır.
Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: 35 min qızla sevişən, bacısına vurulan və...Uorren Bitti – amerikalı aktyor, kinorejissor olub. 80 illik ömründə 13 min qadınla eşqbazlıq edib. Onların əksəriyyəti məşhur aktrisalardır. Deyilənə görə, filmə çəkilmək istəyən bütün qadınlar onun yatağından keçməli olurdu. Taleyin ironiyasına bax ki, Bittinin böyük qızı Ketlin 2010-cu ildə cinsini dəyişib kişi olduqdan sonra atasının "şərəfli yol"unu davam etdirib.

Xəbərlər     Baxılıb: 2668   Tarix: 19 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

geyim necə seçməli aksessuarlar yaz geyimleri 2026 dadlı yemək ari mehsullari göyəmin faydası alma cemli piroq kosmetika atalar sözləri arxadan olmaq ağır itki əqrəb hekaye janri