Arvadına əxlaqsız deyən ər ona işgəncələr verdi - Azərbaycanda

Arvadına əxlaqsız deyən ər ona işgəncələr verdi - AzərbaycandaMasallı rayonunda arvadına işgəncə verməkdə, onu intihar həddinə çatdırmaqda və xuliqanlıqda ittiham olunan 1971-ci il təvəllüdlü Səlim Babayevin (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, Səlim Babayev Vəfa Səlimova ilə 1994-cü ildə ailə qurub. Onların birgə nikahından iki uşaq olub.

Səlim Vəfaya İkinci Yeddioymaq kəndində yaşadıqları evdə fiziki və psixi zor tətbiq edib .

O, həyat yoldaşının 2013-2014-cü illər ərzində, həmçinin 2015-ci ilin mart-oktyabr aylarında dəfələrlə qızları Xumarın, eləcə də qonşuların gözü qarşısında nümayişkaranə şəkildə saçından tutaraq sürüyüb.

Səlim həyat yoldaşını əxlaqsız hərəkətdə günahlandırıb, başqa şəxslərlə görüşə getdiyini bəhanə gətirib, onu işləməyə qoymayıb. Hər gün həyat yoldaşını söyərək təhqir edib. Vəfa dəfələrlə atası evinə getməyə məcbur olub.

Bundan başqa, Səlim oktyabrın 6-da saat 22 radələrində Vəfa ilə yaşadığı evin həyətində mübahisə edib, uca səslə nalayiq ifadələrlə onu təhqir edib.

Daha sonra o, arvadını qaynı Fərhadın evinə aparıb. Əlindəki bıçaqla qohumu, qaynının arvadı Nazilə ilə yanaşı, oradakı digər şəxslərin də üzərinə gedib. Onun bu hərəkətlərinin qarşısını almaq istəyən Fərhadın oğlu Xəlilin önündə bıçağı sağa-sola hərəkət etdirib.

Vəfa ərinin bu cür təhqirlərinə, ləyaqətini mütəmadi alçaltmasına dözməyib. 17 oktyabr 2015-ci il tarixdə saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihar edib.

İstintaq orqanı tərəfindən Səlim Babayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Mərhumun atası və hüquqi varisi qismində ifadə verən İlqar Vəliyev bildirib ki, valideynlərinin sağlığında Səlimin hərəkətlərinə nəzarət edilib və bu səbəbdən onun ailəsi ilə münasibətləri yaxşı olub: "Lakin sonradan spirtli içkilərin aludəçisi olaraq hər gün içib, ailədə söz-söhbət yaradıb. Vəfanı döyüb, incidib. Bu səbəbdən qızım dəfələrlə evimə gəlib. Hər dəfə qızıma ər evinə qayıtmağı məsləhət görmüşəm. Qız nəvəm Xumar da atasının hərəkətlərindən daim şikayətlənib".

İlqar Vəliyevin sözlərinə görə, oktyabrın 6-da Səlim sərxoş vəziyyətdə qızı və nəvəsi Xumarın bıçaqla üstünə hücum etdiyindən onun evinə gəliblər: "Vəfa 3-4 gün bizdə qaldı, sonra yaşadığı evə qayıtdı. Sonradan bizdə olan digər nəvəm Sadiq bacısı Xumara zəng edərək danışdı. Həmin vaxt Xumarın qardaşına "atan mənim anamı öldürdü" dediyini eşitdim.

Bu zaman nə baş verdiyini bilmək üçün ora getdik. Evə daxil olanda qızımın üzərinə örtük atıldığını gördüm. Nə baş verdiyini soruşduqda qızımın təndirxanada özünü asdığını dedilər.

Qızımın özünü öldürməsinə şübhəli yanaşsam da, Səlimin onunla amansız rəftar etdiyini, ləyaqətini mütəmadi alçaltdığını, təhqir elədiyini və döydüyünü deyə bilərəm".

Masallı rayon Məhkəməsinin hökmü ilə Səlim Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən prokuror narazı qalıb və apelyasiya protesti verib. Dövlət ittihamçısı Nicat Hüseynlinin imzası ilə yazılan şikayət Şirvan Apelyasiya Məhkəməsinə daxil olub.

Dövlət ittihamçısı protestini onunla əsaslandırıb ki, Səlim Babayevin məhkum olunması barədə Masallı rayon Məhkəməsinin hökmü dəyişdirilməlidir: "İşin hallarından görünür ki, Səlim Babayev Vəfa Babayeva ilə ailə həyatı qurduqdan sonra mütəmadi olaraq alkoqollu içkilər içib, sərxoşluqla məşğul olub, ailənin qayğısına qalmayıb. O, Vəfa Babayevaya mütəmadi olaraq mənəvi və fiziki əzab verib, ona qarşı zor tətbiq edərək amansız rəftar göstərib. Arvadının ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə ona qarşı uzun müddət davam edən fiziki və psixi təzyiqlərdən canını qurtarmaq üçün özünü öldürmə həddinə çatdırıb.

Nəticədə Vəfa Babayeva onun təhqirlərinə, döymələrinə, ləyaqətinin mütəmadi olaraq alçaldılmasına dözməyib, özünü asaraq intihar edib".

Prokuror həmçinin qeyd edib ki, Səlim Babayev silah qismində istifadə etdiyi bıçaqla qonşularına qarşı xuliqanlıq əməli də törədib: "O, cəmiyyətdə yalnız mənfi xüsusiyyətləri ilə xarakterizə edilib. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmayan həddə cəza təyin edib.

Səlim Babayev iki övladının anası olan qadına qarşı 10 ildən çox müddət ərzində qeyri-etik münasibət göstərib, onu özünü öldürmə həddinə çatdırıb. Məhkəmə cinayət qanunvericiliyinin normalarının tələblərini, o cümlədən cəza təyini zamanı faktiki olaraq həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almayıb".

Prokuror qeyd edib ki, məhkəmə Səlim Babayevə təqsirləndirildiyi hər iki maddə üzrə ən aşağı həddə cəza təyin edib, onun zərərçəkmiş şəxslərlə razılıq əldə etməyə cəhdini cəzanın yüngülləşdirən hal qismində nəzərə alıb: "Məhz hansı zərərçəkmiş şəxslə və hansı hərəkətləri etməklə razılığa cəhd etməsi aydınlaşdırılmayıb. Məhkəmə Səlim Babayevin özünü öldürmə həddinə çatdırdığı zərərçəkmiş şəxsin hüquqi varisi ilə hər hansı razılıq əldə etməməsi və bu cür razılıq əldə olunmasına cəhd belə göstərməməsini nəzərə almayıb".

Prokuror şikayətinin sonunda təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.

Prokurorun şikayətinə bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb və sonda prokurorluğun şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cəzanın ağırlaşdırılması hallarının müəyyən edilməsi üçün işin apelyasiya instansiyasına qaytarılmasını istəyib.

Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada qərar elan edilib, protest təmin olunub. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Şirvan Apelyasiya Məhkəməsində şikayət bu dəfə hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayəti və protestinin dəlillərini araşdırandan sonra qərar elan edib.

Prokurorun protesti təmin olunub və Masallı rayon Məhkəməsinin hökmü dəyişdirilib. Səlim Babayevin cəzası 6 ilə qədər artırılıb.

Bu qərardan narazı qalan məhkum Səlim Babayevin vəkili kasasiya şikayəti verib. Vəkil müvəkkilinin barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyib.

Bu şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib və hakim Əziz Seyidovun icraatında araşdırılıb. Kasasiya şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 1674   Tarix: 12 mart 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

geyim dəbləri qadin dunyasi geyim şəkilləri keks reseptləri qadın döşü baş ağrısı mimoza salatinin hazirlanma qaydasi kosmetika maraqli hakistalar irem derici sağlamlıq novruza aid hakistalar ginekoloq