Aşağı təzyiqdən əziyyət çəkənlər - Həyati təhlükə var

Aşağı təzyiqdən əziyyət çəkənlər - Həyati təhlükə varArterial hipotenziya dünyada 30% insanın əziyyət çəkdiyi simptomdur.
Medicina.az xəbər verir ki, hipotenziya üçün yaş həddi yoxdur: 15 yaşdan ahıl yaşa kimi hər kəsi yaxalaya bilər. Hipertoniyadan fərqli olaraq, aşağı təzyiq ciddi patoloji xəstəlik hesab olunmur. Aşağı təzyiq üçün müalicəvi dərmanlar da yoxdur, onunla yalnız simptomları başlayanda mübarizə aparmaq lazımdır. Hipotoniya çox maraqlı və sərhədləri olmayan növdür. Hər insanda fərdi olaraq özünü biruzə verir.
Səhiyyədə bu göstəricilər təzyiqin enməsi kimi qəbul olunur:
•Qadınlarda - 90/60
•Kişilərdə 100/65
•Yaşlı insanlarda -  110/70
Təcrübə göstərir ki, təzyiq düşməsi yeniyetmə və gənclərdə daha çox rast gəlinir, nəinki yaşlılarda.
Səbəblər:
•Genetik meyillilik: ana xətti ilə keçir, adətən insanı çox narahat etmir, müalicə tələb olunmur.
•Qanın aşağı düşməsi - bədənin susuzlaşması
•Ürək-damar xəstəlikləri - ürək yığılmalarının sayını azaldır, qan az getdiyindən arterial təzyiq aşağı düşür
•Sinir əsəb sistemi pozulmaları
•Damar yığılmaları, spazmı
Təzyiqi aşağı salan faktorlar:
-Qeyri düzgün, sağlam olmayan qidalanma
-Zərərli iş
-Stres, əsəb, gərginlik
-Orqanizmin intoksikasiyası
-Hamiləlik
-Oksigen aclığı
-İqlim dəyişikliyi
-İnfeksion xəstəliklər
-Orqanizmdə vitamin, mineral çatışmazlığı
Təzyiqin düşməsinin əlamətləri:
-Güclü baş ağrısı, miqren, baş gicəllənmə
-Gözlərdə qaralma, görmə azlığı
-Qulaqlarda küy, zəng
-Ətraflarda keyləşmə
-Bənizin ağarması
-Ürək bulanma
-Nəbzin yavaşıması
-Ürək və sinəyə ağırlıq
Əgər vaxtında təzyiq normal dərəcəyə qaldırılmasa bunlar baş verə bilər:
-Görmənin pozulması
-Yaddaş zəifləməsi
-Ürəyin işinə zərbə
-İnsult ehtimalı
-Kardiogen şok
Təzyiqi ən tez və asan qaldırmağın üsulları:
-Tünd, qara qəhvə
-Nöqtəli massaj - qulaq ucu, gicgah və üst dodağın üstündəki nöqtələr bir neçə dəqiqə masaj olunur
-Naşatır spirti qoxulamaq
-Duz - bir tikə çörəyə bol duz səpib yemək, üstündən bir stəkan su içmək.
Müalicəsi:
-Dərman terapiyası
-Xalq təbabəti
-Qidalanma
-Fizioterapiya, idman
Aşağı təzyiq üçün ən populyar dərmanlar: Çitramon, Papazol, Mezatondur.  Bitki cövhərlərindən jenşen, zəncəfil, bessmertnik, exinesiya.
Faydalı qidalar:
-Ərik qurusu
-Kəsmik
-Qaraciyər
-Qırmızı ət
-Qarabaşaq
-Nar
-Dəmir, Maqniy, Kaliy, A, C, E, P vitaminləri.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1023   Tarix: 04 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

gelinlikler yay geyimləri 2026 hamilelikde qidalanma hamiləlikdə axıntı yuxuyozma hicab baglama usullari toy paltarlari 2026 kosmetika baldiza aid hakisda qaynana hakista baliq burcu haxisda burclerin uyumu