Aşıq Əli ilə bağlı ŞOK! Qohumunun qətlində...

Aşıq Əli ilə bağlı ŞOK! Qohumunun qətlində...Toyda spirtli içki qəbul edərək keçmişdə ədavətli olduğu Aşıq Əlinin qohumunu qətlə yetirməkdə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə davam edib.

Xanim.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Mirzəxan Balayev bildirib ki, toyda Vüsal Nemətovla eyni stolda oturub:

"Oturmuşduq, yeyib-içirdik. Toyda rəhmətlik Fəxri bir dəfə stolumuza yaxınlaşıb bizimlə salamlaşmışdı. Bir müddət keçdi, gördüm Vüsal yoxdur. Dedim yəqin çölə çıxıb. Bir də gördüm ki, dava düşüb. Getdik gördük ki, Vüsal Fəxrini bıçaqlayıb". Şahid qeyd edib ki, Vüsalla Fəxri arasında 3-4 ilin münaqişəsi olub:

"Səbəbini bilməsəm də, bir-biri ilə düşmənçilikləri vardı. Toy vaxtı da Fəxri əldə-ayaqda idi".

Şahid Anar Mütəllimov da toy da iştirak edənlərdən olub. O, ifadəsində qeyd edib ki, Vüsalla eyni masada oturub: "Arxam hadisə olan yerə idi. Mən çönüb baxanda camaat ayaq üstə idi. Qaçıb ora gedəndə gördüm ki, Fəxrinin köynəyi qandır. Onda bildim ki, Vüsal Fəxrini vurub. Əvvəldən bilirdim ki, Fəxri söyüş üstündə Vüsalı döyüb".

Hakim bildirib ki, bu işdə şahid qismində Aşıq Əlinin (Tapdıqoğlu) adı keçir: "O, bizə məktubla müraciət edib ki, hazırda Rusiyadadır. Həmin toyda saz ifa edib. Lakin məhkəməyə gələ bilmir. Ölkədə olmadığını əsas gətirərək istintaqa verdiyi ifadənin elan edilməsini istəyib".

Əlavə şahid qismində Əli Əşrəfov da dindirilib. O, bildirib ki, 4 il qabaq Fəxrinin Vüsalı döydüyünün şahidi olub: "Kafedə oturmuşduq. Səs-küy vardı. Vüsal möhkəm danışırdı. Fəxri Vüsaldan yavaş danışmasını istədi. Aralarında mübahisə yarandı. Fəxri Vüsalı çölə çıxartdı. Bir müddət sonra səs-küy qalxdı. Vüsalın başı partlamış, burnu qırılmışdı. Ondan sonra Vüsal deyirdi ki, Fəxri ilə aralarında kin qalıb. Fəxri Vüsalı harda görsə onu döymək istəyirdi".

Zərərçəkmiş şəxsin hüquqi varisi şahidin ifadəsinə etiraz edib: "Nəyisə danışanda vicdanla danış. Orda Vüsalı bıçaq çıxartdığı üçün döyüb. Sən burda indi guya kimisə qoruyursan. Allahın olsun, vicdanla danış". Şahid isə Vüsalın əlində bıçaq görmədiyini, nə görübsə onu danışdığını deyib.

Məhkəmə istintaqı tamamlanıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışı zamanı məhkəmədən Vüsal Nemətovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi prokurorun çıxışından narazı olduğunu deyib: "Ömürlük cəza istəyirəm. Mənim oğlum ömürlük getdi".

Məhkəmə prosesi iyulun 19-da davam edəcək.

Qeyd edək ki, qətl ötən il Qobustan rayonunun Divanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib. Bildirilib ki, Vüsal Nemətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavət olub. Belə ki, idmançı olan Fəxri Kərimov Vüsal Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Nemətov spirtli içki qəbul edərək toy zamanı bıçağı Fəxri Kərimova vurub. Vüsal Nemətov əvvəllər də qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinərək məhkumluq həyatı yaşayıb. Onu da qeyd edək ki, qətlə yetirilən F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

    Baxılıb: 2161   Tarix: 14 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı..

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıc

.

Boşanacaqları deyilən Natavan və Dado təəccübləndirdilər - VİDEO

Bir müddətdir boşanacaqları barədə məlumatlar yayılan müğənni Natavan Həbibi və həyat yoldaşı reper Səid Əliyev (Dado) bu gün eyni şənlikdə birlikdə olublar. Cütlük "Xəzər TV"nin Yeni il üçün xüsusi gecəsində iştira

.

Fədayə Laçının bu VİDEOsunu görən bacısı studiyanı gözyaşı içində tərk etdi - FOTO

Ötən axşam "5/5"in efirində qonaq olan İlahə Fəda hazırda həbs həyatı yaşayan xanım sənətçi Fədayə Laçına həsr edilən videosüjet zamanı gözyaşını saxlaya bilməyib. xəbər verir ki, Zaurdan kadrları saxlamağını istəyə

.

Oğlu Brilliantı özündən çıxardı - "Tərbiyəsiz, gəlib o motosikileti yox edərəm"

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin İnstaqram-da paylaşdığı video müzakirələrə səbəb olub. qafqazinfo-ya istinadən xəbər verir ki, o, motosiklet sürməyini lentə alaraq rəsmi səhifəsində paylaşıb. Caha

.

"Heç kimin altına uzanmamışam" - Təranə görün nəyini satışa çıxardı - FOTOLAR

Azərbaycanlı aktrisa Təranə Əliyeva ilginc qərarı ilə diqqətləri üzərinə çəkib. BİG.AZ xəbər verir ki, istedadlı aktrisa sosial şəbəkə hesabından ali təhsil diplomlarını satışa çıxarıb. Təranə bu qərarını onun istedadın

.

ATV-nin aparıcısı özünü hovuza atdı - Video

ATV-də yayımlanan "Bağ mövsümü" verilişinin ilk çəkilişi xalq artisti Səməd Səmədovun bağ evində olub. Axşam.az-ın məlumatına görə, səhərdən axşama kimi çəkilişdə olan aparıcı Murad Əzimzadə havanın isti olduğun

.

Zibillikdən sərvət tapdı, görün nə etdi

Türkiyənin Bursa şəhərində zibil qabına tullanmış çantanın içində təxminən 9-11 min manat (20-25 min lirə) dəyərində qızıl tapan mühafizəçi çantanı polis məntəqəsinə təslim edib. BİG.AZ Sputnik Azərbaycan-a istinadən bildiri

.

Damlanı görənlər tanımadı - HAMI BU FOTODAN DANIŞIR

Tanınmış müğənni Damladan xəbər var. xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında fərqli fotosunu paylaşıb. Belə ki, hər zaman qara rəngli saçlarla izləyicilərinin qarşısına çıxan Damla bu dəfə sarı rənglənmiş saçlarıyl

.

Çörək almağa gedən qız 63 yaşlı satıcıdan hamilə qaldı - FOTO

Türkiyənin Antalya şəhərində çörək almağa gedən 17 yaşlı qıza təcavüz edib onu hamilə qoyan satıcıya hökm oxunub. Xanım -a istinadla xəbər verir ki, Manavgat mahalındakı dükana gedən qız 63 yaşlı satıcı Celal Ö.-nün təcavüzün

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim şəkilləri reseptler qis geyimləri 2025 tanınmış qadın simalar xolesterini azaldan qidalar pol breqq 2025 ayaqqabı modelləri bürcler novruz haqistalari burclər hüzeyir hacibəyov xərçəng bürcü