Aşıq şeiri

Aşıq şeiriAşıq şeirinin şəkilləri
Aşıq şeirinin növləri çox olsa da, onlatın içərisində gəraylı, qoşma və təcnis daha geniş yayılmışdır.

Gəraylı
Gəraylı səkkiz hecalı, üç, beş, yeddi, bəzən də daha artıq bənddən ibarət olub adi və ya çarpaz qafiyələrə əsaslanan şeir şəklidir. Qafiyə quruluşu belədir: I bənddə abcb, sonrakı bəndlərdə çççb, dddb bə c. Gəraylı dünyanın gözəlliklərini, sevinc, iztirab və kədərini əks etdirir. Gəraylının ilk nümunəsinə XIII-XIV əsrlərdə yaşamış Molla Qasımın yaradıcılığında təsadüf olunub:

Müsabirdən güzar etdim,
Əcayib mərdüman gördüm.
Qaranlıq torpaq altında
Yatır cismlə, can gördüm...

Qoşma
Qoşma on bir hecalı, üç, beş, yeddi, on bir, bəzən də daha çox bənddən ibarət olur. Qafiyə quruluşu abcb, çççb, dddb...şəklindədir. Sonuncu bənddə müəllifin adı verilir ki (digər aşıq şeirlərində də belədir), buna möhürbənd deyilir. M.Kaşğariyə görə, qoşma ("quşqu", "qoşqu") X-XI əsrlərdən xalq arasında çox geniş yayılmışdır. Qoşmada insanın hiss və duyğuları, təbiət gözəllikləri yüksək bədii ifadəsini tapır.
Qoşmanın bir neçə növü məlumdur:

1. Ustadnamə
Ustadnamə ağsaqqal, böyük sözü, böyüyün nəsihəti mənasında başa düşülməlidir və ictimai-fəlsəfi və didaktik fikirlər əsasında formalaşır:

...Adam var, çox işlər eylər irada,
Adam var yetə bilməz murada,
Adam var ki, çörək tapmaz dünyada,
Adam var, yağ yeyər, balı bəyənməz...(Molla Qasım)

2. Vücudnamə
Vücudnamələrdə insanın doğuluşundan ömrünün sonuna qədərki həyatının əsas əlamətləri öz əksini tapır:

...Bir yaşımda məni hamı eşitdi,
İki yaşda cismim, özüm bərkidim,
Üç yaşında ətim, sümüyüm bitdi,
Dörd yaşımda qalxıb ayağa gəldim...(Xaltanlı Tağı)

3. Gözəlləmə
Gözəlləmə gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalara deyilir:

...Qabaq ayna-çəkilibdi varağa,
Dodaq qaymaq, gül yapışıb yanağa.
Dolanır gözləri canlar almağa,
Şölə salır xanlıq fanarı kimi... (Aşıq Ələsgər)

4. Qıfılbənd
Qıfılbənd sual-cavab və ya tapmaca məzmunlu qoşmalara deyilir. Bəzən bağlama da adlanan qıfılbəndlərdən aşıqlar adətən deyişmə zamanı istifadə edirlər:

Molla Qasım:
Ləzgi Əhməd, heç vəsfindən doymazlar,
O nədir ki, götürərlər, qoymazlar.
Kimlərdir ki, məzarı yox, yumazlar,
Bu nə qonhaqondur, bu nə köçhaköç?

Ləzgi Əhməd:
Molla Qasım, heç vəsfindən doymazlar,
O, ölüdür, götürərlər, qoymazlar.
Zərdüştlərdir, ölülərin yumazlar,
Dünya qonhaqondur, ölüm köçhaköç.

Təcnis
Təcnis XIII-XIV əsrlərdən aşıq şeiri şəkilləri içərisində özünü göstərir. Molla Qasımın, Yunis İmrənin yaradıcılığında bu şəkil özünü müstəqil və yetkin şəkildə göstərmişdir. Təcnis əksər cəhətlərdən qoşma ilə eyniyyət təşkil edir, amma qoşmadan fərqli olaraq, qafiyələri cinas sözlər (yəni şəkilcə eyni, mənaca müxtəlif sözlər) əsasında qurulur. Təcnisin bir neçə növü var:

1. Dodaqdəyməz təcnis
Təcnisin bu tipi dodaqlanmayan b-p-m samitlərin iştirakı olmadan yaranır. Çətin olduğu üçün tək-tək aşıqlar həmin şəkildən istifadə etmişlər. Ən yaxşı nümunələrini Aşıq Ələsgər yaratmışdır:

...Səyyad dəryalarda alar çəng ələ,
Həsrət çəkər: çiskin gələ, çən gələ,
Əzrayıl sinəni çəkər çəngələ,
Qəssab qəşş eləyər, ay ağa, ağa...(Aşıq Ələsgər)

2. Ayaqlı təcnis
Ayaqlı təcnis hər bəndin axırında 5-6 hecalı əlavə bir misranın da işləndiyi təcnisə deyilir:

... Aşıq gərəbu meydanda bir qala,
Eşq odunu bir ətəklə, bir qala!
Ələsgərdi Xeybər kimi bir qala,
Bacara bilməzsan dur yerində kəs,
Danışma əbəs....(Aşıq Ələsgər)

3. Cığalı təcnis
Cığalı təcnis hər bəndin iki misrasından sonra araya cığa (bayatı) əlavə etməklə yaranır:

...Ay bimürvət həsrətini çəkməkdən,
İllər ilə xəstə düşdüm başa-baş.
Mən aşığam başa-baş,
Oxu dərsin başa-baş.
Eşqin səməndərəm,
Oda yandım başa-baş.
Can deyənə can deginən mərdana
Baş qoyanınqoy yolunda başa-baş... (Aşıq Ələsgər)

Azərbaycan aşıq poeziyası
Aşıq yaradıcılığı tarixən ozançılığın varisi olub, şifahi şəkildə yaranıb yayılan söz sənətidir. Aşıq poeziyasını xalq yaradıcılığının tərkib hissəsi olduğunu göstərən bir neçə dəlil var:
1. Aşıq poeziyası şifahi şəkildə yaranır, canlı danışıq dilinə əsaslanır.
2. Aşıq şeiri xalq şeir şəkillərinə, onun poetik ölçülərinə əsasən yaranıb.
3. Aşıq folklor yaradıcılığı sistemində fərdi funksiyasını yerinə yetirir.
Amma şifahi xalq yaradıcılığının digər sahələrindən fərqli olaraq, aşıq ədəbiyyatı nümunələrinin, xüsusən də aşıq şeirinin müəllifi, əsasən, bəlli olur.
Müxtəlif dövrlərdə aşıqlar "ata", "dədə", "ozan", "yanşaq", "varsaq" kimi adlar daşımışlar. Sinkretik (qovuşuq) sənət olmaq etibarilə aşıq sənəti musiqi, şeir və rəqs kimi müxtəlif yaradıcılıq növlərini birləşdirir. Aşıqlar iki əsas qrupa bölünür: ustad (yaradıcı) aşıqlar və ifaçı aşıqlar. Ustad aşıqlar aşıq poeziyasında və dastan yaradıcılığında müəllif qismində iştirak edirlərsə, ifaçı aşıqlar ustadların əsərlərini yüksək səviyyədə ifa etməklə məşğul olurlar. Dirili Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şəmşir, Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Cavan, Mikayıl Azaflı, Aşıq Pənah və s. ustad aşıqlardır. Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Ədalət və s. ifaçı aşıqlardır.

Azərbaycan aşıq poeziyası özündə bir neçə aşıq məktəbini və aşıq mühitini birləşdirir:
1. Anadolu məktəbi (Qayğusuz Abdal, Pir Sultan Abdal, Aşıq Dərdli, Aşıq Seyrani, Camal Xoca, Yunus İmrə və s.)
2. Şirvan məktəbi (Molla Qasım, Dədə Kərəm, Dədə Yedgar, Məlikballı Qurban, Güllübəyim, Molla Cümə, Aşıq Bəylər, Aşıq Şakir və s.). Şirvan məktəbinə Zaqatala aşıq mühiti də aid edilir.
3. Göyçə məktəbi (Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Bəşir, Növrəst İman, Aşıq Talıb, Aşıq Ələsgər və s.).
Göyçə məktəbinin mühitləri:
a) Borçalı mühiti
b) Dərələyəz, İrəvan, Cıldır mühitləri
c) Qarabağ mühiti

Maraqlı     Baxılıb: 13611   Tarix: 28 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

turlar.az

qadin sayti reseptler gozel gorunmek aciq zedelenmeler yaralar dəriyə qulluq dolma reseptleri klyos donlar 2026 kosmetika oglan evi hakışta qiz burcu oğlaq gəncə