Asiyalıların sağlamlıq iksiri 4 günə dəmlənən KOMBUÇA ÇAYI

Asiyalıların sağlamlıq iksiri 4 günə dəmlənən KOMBUÇA ÇAYI4 gündə dəmlənən kombuça çayı!
Çinlilərin sağlamlıq iksiri adlandırdıqları Kombuça faydaları ilə diqqət çəkir. Müalicəvi çay olan Kombu Asiya ölkələrində Kombuça adlı göbələyi fermentləşdirdikdən sonra istehlak edilir.
2000 il əvvəl Çinlilər tərəfindən tapılan Kombuça əslində Çinlilərin uzunömürlülüyünün sirlərindən biridir.
Bir çox xəstəliyə faydalı olan Kombuçaya sağlamlıq və xoşbəxtlik çayı deyilir.
Bu çayı içməzdən öncə kombuça əvvəlcə fermentasiya edilməlidir.
Qida dəyəri yüksək olan Kombuçanın tərkibində bağırsaqlar üçün faydalı bakteriyalar var. Cəmi 1 stəkan kombuça orta hesabla 30 kalori ehtiva edir.
Bu çayı hazırlayarkən təmiz bankadan istifadə etmək lazımdır.
Su, şəkər, kombuça mayasını təmiz şüşə qabda saxladıqdan sonra istehlaka hazır olan kombuçanın faydalarını belə sadalaya bilərik:
Ürək xəstəliklərinin qarşısını alır və ürək ritmini tənzimləyir.
Orqanizmdə olan zəhərli maddələrin və toksinlərin suda həll edilərək çıxarılmasına dəstək olur.
Quru dərilər üçün faydalıdır və dərinin itirilmiş nəmini geri qaytarmasına kömək edir.
Saçınızın kəpək probleminə aradan qaldırır. Saç maskasına əlavə etdiyiniz kombuça sayəsində saçlarda kəpək probleminin qarşısını ala bilərsiniz.
Yüksək qan təzyiqini aşağı salır. Qan təzyiqi problemi olanların istifadə etməsi tövsiyə olunur.
Ruhu sakitləşdirir və narahatlığa yaxşı təsir edir. Gün ərzində yaranan stressi azaldır.
Piylərin yandırılmasını sürətləndirərək artıq çəkidən qurtulmanıza kömək edir.
Kombuçanı müntəzəm və ölçülü içsəniz, sidik yolları və digər növ infeksiyalardan qısa müddətdə xilas ola bilərsiniz.
Antioksidant olduğu üçün radiasiyadan qoruyur və sərbəst radikallarla mübarizə aparır.
Qış xəstəliklərindən qorunmağa kömək edir. Bu xəstəliklərlə qarşılaşırsınızsa, sağalmağınıza kömək edir.
Orqanizmdə olan sidik turşusu və xolesterinin suda həllini və orqanizmdən boşalmasını təmin edir
Asiyalıların sağlamlıq iksiri 4 günə dəmlənən KOMBUÇA ÇAYINecə hazırlanır?
Polad qazana 3 litr su əlavə edin və orta istilikdə qaynadın.
Su qaynayanda şəkər tozunu əlavə edin və qarışdıraraq 5 dəqiqə daha qaynadın.
5 dəqiqədən sonra ocağı söndürün və çay paketlərini qazana əlavə edin.
Çayların dəmlənməsi üçün təxminən 15 dəqiqə gözləyin.
Çaylar dəmlənərkən, çay paketlərini qazandan çıxarın və qarışığı soyumağa qoyun.
Soyudulmuş qarışığı böyük bir bankaya tökün. Kombuça göbələyini ilıq suda yuyun və sonra bankaya əlavə edin.
Bankanın ağzını parça bağlayın və parçanı rezinlə bərkidin.
Bu şəkildə hazırladığınız qarışığı otaq temperaturunda 4-10 gün mayalandırın.
Bu müddət ərzində bankanın birbaşa günəş işığına məruz qalmadığından əmin olun. 4 günün sonunda çayınızı içə bilərsiniz.
Kombuça mikroblar tərəfindən istehsal olunan üzvi turşular, aktiv fermentlər, amin turşuları və polifenolları olan bir çox növ və bakteriya ehtiva edir. Tərkibini yalnız laboratoriya analizi ilə müəyyən etmək olar.
Nə qədər içilməlidir?
Dünyanın ən sağlam içkisi, hətta ən təbii qidası belə, həddindən artıq yeyilməməli, içilməməlidir.
Ona görə də kombuçanın qeyri-məhdud istehlakından danışa bilmərik. Sağlam yetişkin bir insan üçün orta gündəlik doza kilo başına 5 ml-dir.
70 kq çəkisi olan bir insan gündə rahatlıqla 70 x 5 = 350 ml kombuça içə bilər. Təbii ki, bu, orta göstəricidir.
Nə vaxt içməli?
Əvvəla, kombuça dərman deyil, içkidir.
Kombuçanızı istədiyiniz zaman içə bilərsiniz.
Yeməklərlə yanaşı qazlı şəkərli içkilərə alternativ ola bilər, yeməkdən sonra həzmi asanlaşdıra bilər, səhər acqarına sirkə yerinə içmək olar.
Hamiləlik dövründə içmək olarmı?
Hamiləlik dövründə kombuça içmək haqqında çox fərqli fikirlər var. Bu dövrdə içmək tövsiyə edilmir. İçməzdən öncə mütləq həkiminizlə məsləhətləşin.
Ana südü verərkən içmək olarmı?
Süd verərkən kombuça içməməyi məsləhət görürük. Tərkibində az miqdarda kofein və az miqdarda etanol olduğu üçün onu ana südü ilə qidalandırarkən içməmək daha məqsədəuyğundur.
Uşaqlar içə bilərmi?
Ümumi rəy belədir ki, 4 yaşından etibarən hər bir sağlam insan kombuçanı müəyyən miqdarda içə bilər.
Bu ümumi rəyə uyğun olaraq tövsiyələr veririk. 4 yaşından sonra uşaqlara gün ərzində yarım çay stəkanı içmək olar.
Sevinc Hüseynova
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1639   Tarix: 06 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

.

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

.

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub. Müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

turlar.az

qadin dunyasi hamiləlik geyim seçimi kök suyu otaq dizaynlari ariqlamaq ucun kofe psixologiya kosmetika vetene aid bayati kley lekesi qardasa aid haxistalar gəncə sevda