Astroloji proqnoz - 01 dekabr

Astroloji proqnoz - 01 dekabrQoç - Vacib görüşləri və danışıqları, yaxşı olar ki, səhər çağına planlaşdırasınız - məhz bu dövr diqqətəlayiq məsələlərin müzakirəsi üçün daha uğurludur. Eyni zamanda, maliyyə və əmlak məsələlərini həll edə, büdcəni planlaşdıra, lazım gələrsə, kredit götürə bilərsiniz. Günün ortası isə müstəqil intellektual fəaliyyət üçün münasibdir. Cari işləri və uzun-uzadı layihələri bir kənara qoyub, doğrudan da, vacib olan problemləri həll etməyə çalışın.

Axşam isə gözlənildiyindən daha çətindir. Emosional fon sabit deyil, adətən, sakit və təmkinli olan insanlar bu gün hisslərini gizlədə bilmirlər. Kaprizlərə, ötəri həvəslərə isə çox əhəmiyyət verilir.

Buğa - Qeyri-formal ünsiyyət üçün münasib gündür. Bütün vacib məsələlərə insanların özlərini rahat hiss elədikləri yerlərdə - gəzinti zamanı, kafedə, hətta evdə, televizor seyr edərkən - aydınlıq gətirilir. Sizin maraqlarınızı bölüşən insanları, həmkarlarınızı evinizə dəvət edə bilərsiniz. Havadan-sudan bəhs edən mövzularla başlanan söhbət tədricən müştərək layihələrin qızğın müzakirəsinə çevrilə bilər.
Hüquqi məsələlər bu gün daha ləng həll olunur. Sənədləşdirmədə, lazımi imzaların alınmasına çətinliklər yarana bilər. Sevgililər bu gün xoş anlar yaşayacaqlar, ailəlilər isə fikir ayrılıqlarını yenib, mübahisələrə son qoya biləcəklər.

Əkizlər
- bu gün baş verən hadisələr özlüyündə xırda və əhəmiyyətsiz olsa da, nədənsə onları ürəyinizə salırsınız. Bu səbəbdən həyəcanlarınız və narahatlığınız get-gedə artacaq. Mənəvi tarazlığı alkoqollu içki sayəsində düzəltməyə cəhd göstərməyin, bu, vəziyyəti düzəltməyəcək.
Sizin dərmanınız, bilirsiniz, nədir? - Ünsiyyət! Dostlarınıza zəng çatmır? Sadəcə, ağıllı və maraqlı hesab etdiyiniz birinə ürəyinizi boşaldın. Günün ikinci yarısı çox qiymətli məlumat alacaq və onu öz mənafeyiniz üçün istifadə edəcəksiniz.

Xərçəng - bu gün sizin üzüyolalığınız və güzəştə getməyiniz hamını dəfələrlə təəccübləndirəcək. Bu xüsusiyyətlər sizə uğur qazanmaqda kömək edəcək. Nüfuzlu şəxslərin rəğbətini qazana, rəhbərliyin sizə dəstək olacağına zəmanət ala bilərsiniz. Biznesmen Xərçənglər bu gün sərfəli sövdələşmələr edəcəklər. Uzun müddət düşmənçilik etdiyiniz şəxslərlə barışa bilərsiniz. Hətta ən qatı bədxahınız belə bu gün sizinlə mehriban davranacaq.
Faydasız danışıqlar zəhlənizi tökəcək. Ən pisi isə ətrafınızdakıların belə söhbətlərin sadəcə vaxt itkisi ollmasını anlamamaq istəyidir. Bu səbəbdən münaqişqələr yarana bilər.

Şir - günün başlanğıcı o qədər də xoş olmayacaq. Çətinliklər və münaqişələr gözlənilir. Qarmaqarışıqlıq səbəbindən şərait barədə dolğun təsəvvür əldə etmək, düzgün qərarlar vermək çətindir. Gün ərzində, çalışın, sənədlərlə iş aparmayasınız, hesabat hazırlamaq və sənədlərə imza atmaqdan da çəkinin. Zərgər dəqiqliyi tələb edən işlərə də toxunmayın.
Maliyyə problemləri gözlənilir. Pulları düşünmədən xərcləməyiniz gələcəkdə problem yarada bilər. Əyləncələrdən və şübhəli işlərdən imtina edin. Sevgidə isə bəxtiniz gətirəcək. Xoş məqamdan istifadə edərək şəxsi həyatınıza düzən verməyə çalışın.

Qız - Birmənalı gün deyil, özünüzü ora-bura vurursunuz. İşdə münaqişələr gözlənilir. Ağlınıza nə gəlir, ağına-bozuna baxmadan deyirsiniz. Nə nüfuzlu insanlardan çəkinir, nə də nəticələr barədə düşünürsünüz. Onlar isə özlərini çox gözlətməyəcək.
Nəinki ətrafdakılarla, heç özünüzlə də yola gedə bilmirsiniz. Bir qədər zəhmət çəkib öz fikirlərinizi, arzu və istəklərinizi, məqsədlərinizi qaydaya salın. Sevgilinizlə açıq söhbət bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.

Tərəzi - necə davranmağınızdan bu gün çox şey asılıdır. Şöhrətpərəst və qürurlu olsanız, munaqişədən qaça bilməyəcəksiniz, vaxtında kölgəyə çəkilsəniz, güzəştə getsəniz, öz mövqeyinizi qoruyaraq rəqiblərinizi ötə bilərsiniz. Rəhbər Tərəzilər gənc işçilərə qarşı bir qədər yumşaq davransalar, yaxşı olar. Sıravi işçilərə isə təşəbbüs göstərərkən kimisə incitməmək tövsiyə olunur.
Evdə qarışıqlıqdır, yaxınlarınızla ünsiyyətiniz istədiyiniz kimi alınmır. Ekstravaqant hərəkətlərdən qaçın, onlar uğursuz olacaq. Ola bilər ki, boşuna pul xərcləyəsiniz.

Əqrəb - enerjinizin azlığından şikayət etməyəcəksiniz. Bircə dərdiniz var: bu enerjiniz dağıdıcı xarakterlidir və onu dinc məqsədlərə yönəltmək elə də asan deyil. Çox inad edir, lazım gəlməyən yerdə müqavimət göstərir, güzəştə getmir, həmkarlarınız və rəhbərliklə münasibətləri korlayırsınız.
Günün ikinci yarısı çoxdan gözlədiyiniz bir xəbəri alacaqsınız. Çox güman ki, o, pullarla bağlı olacaq. Axşamı sakit söhbətlərə, fikir mübadiləsinə, vacib məsələlərin müzakirəsinə həsr edin. Qonşularla, ümumiyyətlə, o qədər də uzaq olmayan insanlarla münasibətləriniz yaxşılaşacaq.

Oxatan - səhəriniz heç də pis açılmır. Əvvəlcədən qurduğunuz plana riayət edərək məqsədinizə doğru gedə bilirsiniz. Bədxahlarınız sizə mane olmağa çalışacaqlar, amma heç nəyə nail ola bilməyəcəklər: sizi saxlamaq çox müşküldür. İmicinizdə dəyişiklik edə, saç düzümünüzü, makiyaj stilinizi, yaxud qarderobunuzu dəyişə bilərsiniz.
Axşama doğru çətinliklərlə üzləşə bilərsiniz. Çətin şəraitdən çıxış yolu var və siz onu görürsünüz, amma vəziyyəti düzəltmək üçün həmin şansdan istifadə etmək istəmirsiniz. Alternativ axtarmaqla isə vaxt itirirsiniz.

Oğlaq - Ünsiyyətlə dolu gündür, amma kimsə bu ünsiyyətin daim xoş keçəcəyinə zəmanət verə bilməz. Qadınlar kişilərin onlara qarşı diqqətinin artması səbəbindən özlərini narahat hiss edə bilərlər. Kişilər isə öz maraqlarının nümayişi üçün heç də həmişə uyğun üsullar tapa bilmirlər. Kütləvi tədbirlərdə və ziyafətlərdə çox aktiv iştirakın nəticələri də xoş olmaya bilər.
Xoş tendensiyaların təsiri isə insanları daha inadcıl, qərarlı və məqsədyönlü edir, çətinliklərə müqavimət göstərməyə imkan yaradır. Günün ikinci yarısı maraqları və dünyaya baxışları ortaq olan insanlar arasında qarşılıqlı anlaşma əldə etmək elə də çətin olmayacaq.

Dolça - neytral gündür. Onu, əsasən, xırda məsələlərin yoluna qoyulmasına sərf edəcəksiniz. Cari işlər sizin daha vacib və mürəkkəb problemlərin həllinə diqqət ayırmanıza mane olur. Ancaq dərd eləməyin - onsuz da, onların həll olunması üçün yaxşı məqam hələ gəlib çatmayıb. Tərəfdaşlarınıza etibar edə bilərsiniz, onlar sizi heç bir halda yarı yolda qoymayacaqlar.
Şəxsi həyatınızda bəzi çətinliklər yarana bilər. Səmimi deyilsiniz, öz hisslərinizi çox dərində gizlədirsiniz. Sevdiyiniz insanlarla səmimi olun, məhz bu cür münasibətlərdə ahəngdarlığa nail ola bilərsiniz.

Balıqlar - inadcıllığınız və dözümlülüyünüz işinizə yarayır. Başqalarının çaşqınlıqla geri çəkildikləri məqamlarda siz irəliyə addımlamaqda davam edir, daha nə qədər güc və vaxt sərf edəcəyiniz barədə fikirləşmirsiniz. Sizin öz gücünüzə inamınız "yoluxucu"dur: tezliklə anlayacaqsınız ki, sizi uğura inanan insanlar əhatə edirlər.
Günün ikinci yarısı həm işgüzar, həm şəxsi münasibətlərdə təşəbbüs göstərmək lazımdır. Öz ideyalarınızla bölüşün, təkliflərinizi verin, tərəddüd etməyin, sizi dəstəkləyəcəklər.

Maraqlı     Baxılıb: 2144   Tarix: 01 dekabr 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

turlar.az

kosmetoloq gözəllik məhsulları yemek reseptleri saç tökülməsi goyemin faydalari səyahət milli mətbəx kosmetika oxu az hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz hakista veten haqqinda atalar sozleri brusell bakteriyası