At-eşşək ətləri şadlıq evləri və restoranlara da verilir - ŞOK AÇIQLAMA

At-eşşək ətləri şadlıq evləri və restoranlara da verilir - ŞOK AÇIQLAMASon zamanlar Bakıda və bölgələrdə baytarlıq xidməti əməkdaşlarının müsadirə etdikləri at-eşşək ətləri əhalinin qida təhlkəsizliyinə dair şübhələrini bir az da artırıb. Səsləndirilən fikirlərdə at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına verildiyi iddia olunur.

Xanim.az xəbər verir ki, modern.az saytı bu iddialara aydınlıq gətirmək üçün həm Azad İstehlakçılar Birliyi, həm də istehsalçı şirkətlərlə əlaqə saxlayıb.

"At-eşşək əti kolbasa-sosiska istehsalına verilir"

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, hər gün istehlakçılar tərəfindən bu cür şikayətlər alır:

"İnsanlar çıxılmaz vəziyyət barədə bizə sorğular ünvanlayırlar. Harada, necə qidalanmalı olduqlarını soruşurlar. Aşkarlanan at-eşşək ətləri həm dönərxanlara, həm şadlıq evləri və restoranlara, həm də kolbasa-sosiska istehsalına verilir. Yəni verilmədəyinə dair təminatımız yoxdur".

E.Hüseynov bunu qida təhlükəsizliyi haqqında qanunun olmaması ilə əlaqələndirib:

"Qanun olmayan yerdə mütləq cinayət baş verir. Təsadüfi deyil ki, bu ilin fevral ayında cənab Prezident Qida Təhlükəsizliyi Agentliyi yaradılması barədə sərəncam imzaladı. Bu agentlik 2018-ci ildən fəaliyyət göstərəcək. Ümid edirəm ki, Agentlik fəaliyyətə başlayandan sonra problem aradan qalxacaq".

"Eşşək əti yeməlidir" açıqlaması...

AİB sədri Kənd Təsərrüfatı Nazirliyinin "eşşək əti yeməlidir" açıqlamasına sərt münasibət bildirir:

"Ölkədəki rəsmi qurumların bu cür açıqlamalar verməsi, ermənilərin əlinə fürsət, ideoloji silah verir ki, azərbaycanlılar vəhşi xalqdır, eşşək əti yeyir, yaxud azərbaycanlılar gör nə vəziyyətdədir ki, eşşək əti yeməyə məcbur olublar. Birmənalı olaraq xalq acından ölsə də, at-eşşək ətinin əhaliyə satılması məsələsinə son qoyulmalı, gündəmdən çıxarılmalıdır".

"Biz brendimizi zay etmərik"

"Ovçular" ət və ət məhsulları MMC-nin icraçı direktoru Nazim Kazımov modern.az-a at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına verilməsinin absurd olduğunu deyir. N.Kazımov bildirib ki, şirkət üçün "Ovçular" brendinin keyfiyyəti və təhlükəsizliyi hər şeydən üstündür:

"Biz o cür ətləri istehsal etdiyimiz məhsula qatıb brendimizi zay etmərik. Şəxsən mən öz şirkətimizdən danışıram. Müsadirə olunan o ətlər elə vəziyyətdədir ki, onlardan istifadə mümkünsüzdür. Bunların hamısı şayiələrdir. Biz kolbasa-sosiska istehsalı üçün Hindistandan, Moldovadan, Ukraynadan ət idxal edirik".

İcraçı direktor "Yerli ət baha olduğuna görə, xaricdən idxala üstünlük verirsiniz" sualını belə cavablandırıb:

"Qeyd edim ki, kobasa-sosiska istehsalı üçün hər ətdən istifadə etmək olmaz. Azərbycanda da kolbasa-sosiska istehsalı üçün ət istehsal edən müəssisələr var. Amma biz xaricdən idxal edirik.

Nəzərinizə çatdırım ki, ət kolbasa-sosiska istehsalında istifadə üçün ilkin olaraq sümükdən və damardan ayrılmalıdır. Bundan sonra ət blok halına gətirilərək dondurulur. Yalnız bundan sonra həmin ətdən kolbasa-sosiska istehsal etmək olar. Damarlı ətdən hazırlanmış məhsul keyfiyyətli olmur, yeyərkən damarla hiss edilir. Eyni zamanda təzə əti kolbasa-sosiska istehsalı üçün istifadə etmək mümkün deyil".

"Hacı Turqay" və "Sevimli Dad" şirkətlərinin marketinq şöbəsinin meneceri Natəvan İsmayılova modern.az-a açıqlamasında kolbasa-sosiska istehsalında at-eşşək ətindən istifadə barədə məlumatların yalan olduğunu deyib:

"Biz şirkət olaraq bu cür keyfiyyətsiz ətlərdən istifadə etmirik. Ümumiyyətlə, bu məlumatlar həqiqəti əks etdirmir".

Xəbərlər     Baxılıb: 1743   Tarix: 04 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi