Ata azyaşlı qızını zorladı, hamilə qoydu, sonra... - Azərbaycanda tükləri BİZ-BİZ EDƏN OLAY

Ata azyaşlı qızını zorladı, hamilə qoydu, sonra... - Azərbaycanda tükləri BİZ-BİZ EDƏN OLAYXaçmaz rayonunda yetkinlik yaşına çatmayan qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Ağacamal Məmmədseyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az xəbər verir ki, Ağacamal Məmmədseydiov 2015-ci ilin may ayında yaşadığı Xaçmaz rayonundakı evində 2000-ci ildə anadan olan qızı Samirə (ad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Atası zorladı, ölü uşağı oldu

Nəticədə Samirə 4 dekabr 2015-ci il tarixdə "30 həftəlik hamiləlik, hidrosefal döl, azyaşlı hamilə" diaqnozu ilə Bakı şəhəri, akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının pataloji Hamiləlik Şöbəsinə daxil olub. O, dekabrın 8-də orada qadın cinsindən olan ölü döl doğub.

Cinayət işi

İstintaq orqanı tərəfindən Ağacamal Məmmədseyidova qarşı Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

"Qızımla cinsi əlaqədə olmamışam"

Ağacamal Məmmədseyidovun barəsində olan cinayət işi baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fizuli Mirzəquliyevin icraatında araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Ağacamal Məmmədseyidov ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O bildirib ki, qızı ilə heç vaxt cinsi əlaqədə olmayıb.

Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş məhkəmə-genetik ekspertizasının rəylərinə tənqidi yanaşaraq onların həqiqəti əks etdirməyini göstərib. O, həmçinin polis orqanlarında döyüldüyünə görə məcburiyyət qarşısında qalaraq etirafedici məzmunda ifadə verdiyini vurğulayıb.

"İntim hərəkətlər etməyim yuxu kimi yadıma düşür"

Ağacamal Məmmədseyidov ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərib ki, içkili vəziyyətdə olanda öz hərəkətlərini tənzimləyə bilmir, etdiyi hərəkətləri xatırlamır və bunu evdə ailə üzvləri də bilirlər: "Evə içkili vəziyyətdə gələndə dəfələrlə olub ki, ailə üzvlərimdən kimsə, o cümlədən həm qızım, həm də oğlum soyundurmuşam və yatağına salmışam. Qızım ilə hansısa intim hərəkətlər etməyim arada yuxu kimi yadıma düşüb".

"Qızımın istəyi ilə intim əlaqədə olmuşam"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hətta bir dəfə içkili vəziyyətində qızı ilə intim əlaqədə olub: "Bunu yuxu kimi xatrılayıram, qızım özü mənimlə intim əlaqədə olub. Hiss etdim ki, qızımla intim əlaqədə olmuşam. Qızımın içkili olmağımdan istifadə edərək mənimlə intim əlaqədə olmasından şübhələnsəm də, sonradan qızımın özünü sərbəst aparması məni çaşdırdı. Yuxu kimi xatırladığım əməlimin real olmasına inanmaq belə istəmədim. Əgər belə bir hərəkət olubsa da, bu qızımın istəyi ilə mənim tərəfimdən edilib. Çünki içkili olarkən özümdən xəbərim olmur və heç nə yadına gəlmir".

"Əmim oğlu mənimlə cinsi əlaqədə oldu"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə qeyd edib ki, 2015-ci ilin mayında qonşuluqda yaşayan əmisi oğlu televizora baxmaq üçün onların evinə gəlib: "Əmim oğlu evdə tək olmağımdan istifadə edərək, mənimlə cinsi əlaqədə olub. Qorxduğum üçün baş vermiş hadisə barədə heç kimə xəbər vermədim. Həmin vaxtdan etibarən əmim oğli ilə bir daha qarşılaşmadım".

"Atamla cinsi əlaqədə olmamışam"

Samirənin sözlərinə görə, 29 noyabr 2015-ci ildə səhhəti ilə bağlı narahatçılıqları olduğundan anası onu qadın xəstəxanasına gətirib, həkim məsləhəti ilə USM müayinəsindən keçib və hamilə olduğu müəyyən edilib: "Bakı şəhərində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında yenidən müayinə edildim. Həmin vaxt təbii yolla doğuş etdirilərək bətnimdəki uşaq götürüldü. Mən atamla heç vaxt cinsi əlaqədə olmamışam".

Hökm

Xaçmaz rayon Məhkəməsinin hökmü ilə Ağacamal Məmmədseyidov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Ağacamal Məmmədseyidov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Cəzadan 2 il çıxıldı

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəilləri araşdırılıb.

Hakim heyəti təqsirləndirilən şəxsin barəsində bəraət istəməsi ilə bağlı şikayətini təmin etməyib. Onun barəsində Xaçmaz rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Məhkəmə Ağacamal Məmmədseydovun cəzasını 3 ilə endirilməsi barədə qərar çıxarıb.

Publika.az

Xəbərlər     Baxılıb: 2018   Tarix: 03 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

hamilelikde qidalanma qadın geyimi toy makiyaji sekilleri dərmanlar geyim şəkilləri naina ibrahimova sepgilere qarsi maska kosmetika fitat haxışda novruza aid hakisdalar oxu az qardasa aid haxistalar