Ata olmaq istəyənlərin nəzərinə! - Bu vərdişlərdən uzaq durun
"Telefonların cibdə, noutbukların isə diz üstündə uzun müddət saxlanması, avtomobillərdə oturacaq isidicilərinin istifadəsi, saunaya tez-tez getmək və daimi stress hormon balansını pozur, sperma istehsalını zəiflədir".
Milli.Az xəbər verir ki, bu barədə androloq, tibb elmləri namizədi Yelena Novikova məlumat verib.
Mütəxəssis azalmaya həm ekoloji amillərin, həm də müasir həyat tərzinin mənfi təsir etdiyini bildirib.
"Artıq çəki də bu prosesə mənfi təsir göstərir. Məsələn, qarın çevrəsinin cəmi 5 santimetr artması spermatozoid sayını 6 faizdən çox azaldır, ata olmaq ehtimalını isə təxminən 9 faiz aşağı salır," - deyə Novikova qeyd edib.
Həmçinin bəzi dərman vasitələri, idman əlavələri və xüsusilə xaricdən qəbul edilən testosteron preparatları sperma istehsalını tamamilə dayandıra bilər.
Qeyd edək ki, Son illərdə kişilərin reproduktiv sağlamlığı ilə bağlı göstəricilərdə nəzərəçarpacaq azalma müşahidə olunur. Əgər ötən əsrin ortalarında 1 millilitr mayedə orta hesabla 40 milyon spermatozoid norma sayılırdısa, indi bu göstərici cəmi 13 milyona enib. Sağlam spermatozoidlərin payı isə 50 faizdən 4 faizə qədər azalıb.
İsmayıl
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?