ATV-nin aparıcısının başına iş gəldi: "O alçaq, şərəfsizi..." - FOTO
ATV kanalının aparıcısı Aytən Səfərovanın başına iş gəlib.
BiG.AZ xəbər verir ki, naməlum şəxs onun adından istifadə edərək dələduzluq edib.
Bu Aytən Səfərova bu barədə sosil şəbəkə hesabında məlumat yayıb:
"Bu gün səhər mənə Qobudan zəng gəldi. Yaşlı xanım iddia edir ki, mənim adımdan Naim (və ya Naib) adlı şəxs camaata qarşı dələduzluq edir. Deyir ki, guya mənə məxsus şirniyyat evi var, bu şirniyyatları guya satır, guya mənim işçimdir. Camaatdan (həmin qadının iddiasına görə) "maşın xarab olub" adı ilə 200 AZN alıb. Saxta mobil nömrə qoyub və yoxa çıxıb. Bu ağbirçək də xalq arasında hörmətim olduğu üçün inanıb. Əziz soydaşlarım, mənim heç bir obyektim, mülküm, hətta mənzilim belə yoxdur. Mənim işçilərim, şəxsi biznesim yoxdur. O alçaq və şərəfsiz kimdirsə, aldanmayın! Mənim adımı hallandıran hər kəsə layiqli cavab verin və ya dərhal mənə xəbər edin. Dələduzları məsuliyyətə cəlb etmək lazımdır".











Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin