ATV-nin məşhur jurnalistinin TÜKÜRPƏDƏN MÜRACİƏTİ: Övladı üçün yalvarır - FOTO/VİDEO

ATV-nin əməkdaşı Bəxtiyar Fətullayevin 8 yaşlı övladı Hüseyn doğulandan bəri ağır xəstədir. Uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Ona görə də çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata bir müddət öncə müraciət yaymışdı.

Telekanal əməkdaşı çətin vəziyyətdə - Facebook-da ürəkağrıdan paylaşım etdi - VİDEO
Lakin B.Fətullayevin sözlərinə görə, Hüseynin müalicəsiylə bağlı yardım kampaniyasına 1 aydan çoxdur başlanmasına baxmayaraq, lazım olan məbləğin çox cüzi hissəsi toplanıb - cəmi 3952 AZN. Uşağın İsrail və ya Çində əsaslı müalicəsi üçün isə azı 45-50 min ABŞ dolları lazımdır.
Ona görə də ikinci dəfə müraciət yaymaq məcburiyyətində qalan B.Fətullayev bu işdə jurnalistlərdən, idmançılardan, incəsənət adamlarından, dindarlardan yardım əllərini uzatmalarını xahiş edib:

"Sözsüz, "dama-dama göl olar" desək də, yardım etmək gücündə olmayan insanlardan əsla incimirəm. Sizlərdən xahişim, bu statusumu mümkün qədər paylaşmağınızdır. Əziz həmkarlar, bəs siz dəstək olmasaz, Hüseynin problemini necə işıqlandıracağıq? - paylaşaq! Əziz idman jurnalistləri, hər zaman yanımda olmusuz, amma yenə də köməyinizə ehtiyacım var - paylaşaq!

Hörmətli idmançılar, "sağlam bədəndə sağlam ruh olar" deyirsiz. Elə isə Hüseynin də sağlam cana qovuşması üçün - paylaşaq! Hörmətli incəsənət adamları, bu statusu paylaşmaqla, hər hansı obraza girmək lazım gəlməyək. Öz insani keyfiyyətlərinizi göstərəcəksiz - paylaşaq! Dostluğumda xeyli sayda dindarlar var. Tez-tez Qurandan, peyğəmbərimizdən, Hz.Əli və Hz. Hüseyndən ibrətamiz kəlamlar gətirirsiz. Mən insanları savab əməllərə çağırışlarınızı alqışlayıram və özüm də statuslarınızı dönə-dönə oxuyuram. Amma inanın ki, Hüseynin müalicəsi üçün statuslarımı paylaşmağınız bu əməllərdən heç də az savab deyil, özü də söhbət HÜSEYN adından gedirsə. Bəlkə, hansısa Hacıların və ya digər xeyirsevər möminlərin qarşısına çıxar bu status - paylaşaq!

Dostlar, inanın, belə müraciətlər etmək bir valideyn üçün heç də asan deyil. Heç kimə bu duruma düşməyi arzulamıram. Amma həyatdır, heç kim belə hallardan sığortalanmayıb. Ən azı yaxşı əməllərimizlə sığortalaya bilərik. Unutmayaq, söhbət ağrı-acılar içində qıvrılan və dərdini söyləyə bilməyən günahsız bir körpədən gedir. Videoda hər şey əks olunub. Hər ötən gün onun əleyhinə işləyir. Düşünəndə ki, onun mualicəsi üçün vaxt daralır və sən heç nə edə bilmirsən, onda adam havalanmaq səviyyəsinə çatır. Əziz dostlar, Hüseynin müalicəsinə biganə olmayın və paylaşın! Və inanın, etdiyiniz yaxşı əməllərin əvəzi sizə mütləq qayıdar!"

Bank rekvizitləri:

Bank Respublika ASC

Kod: 508182 VOEN 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWİFT: BRESAZ22

ADI: Baxtiyar

SOYADI: Fatullayev

IBAN: AZ17BRES00380194400144786301

--------

MİLLİÖN terminalları ilə:

Bank Respublika ASC

Hesab nömrəsi (AZN): 380194400144786301

Hesab üzrə kod sözü: 09372782

Videonu izləmək üçün şəklə klikləyin:

ATV-nin məşhur jurnalistinin TÜKÜRPƏDƏN MÜRACİƏTİ: Övladı üçün yalvarır - FOTO/VİDEOATV-nin məşhur jurnalistinin TÜKÜRPƏDƏN MÜRACİƏTİ: Övladı üçün yalvarır - FOTO/VİDEO

Xəbərlər     Baxılıb: 2526   Tarix: 16 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

maskalar sac duzumleri qadin dunyasi sağlamlıq qadınlarda erroziya sirin gilas biserli uzun donlar kosmetika novruza aid hakisda vətən haqqında bayatı qz eviyçun hakışta qaynanaya aid sağlıq