Atv-nin tanınmış aparıcısına QADAĞA: "Sevdiyim kişi dedi ki..." - FOTOLAR

Bu qız əslində, aparıcıdır. Amma son vaxtlar onu yalnız aktrisa kimi görürük. Bir çox məşhur seriallarda rol alıb. Bu mənada özünü bəxtigətirmişlərdən sayır.

Kəmalə Piriyevanı deyirəm, Yeniçağ.az-a danışıb. Hə, təzə xəbər də var. Deyəsən toy olacaq….

– Son vaxtlar serialların ulduzuna çevrilmisən. Daha səni aparıcı kimi görə də bilmirik. İlk dəfə aktrisa kimi səni kəşf edən kim oldu?

– Həm aktrisa, həm də müğənni kimi mənə yaşıl işıq yandıran "SOY" prodakşın olub. Xatırlayırsınızsa, ilk dəfə onların ATV kanalı ilə birgə layihəsi olan "Yeni ulduz" musiqi yarışmasında aparıcı kimi çıxış etmişəm. Daha sonra yenə də həmin prodakşının "Sirr" adlı serialında özümü aktrisa kimi sınadım. Yavaş-yavaş rejissorlar məni seriallara dəvət etməyə başladılar.

– Səncə, rejissorların diqqətini necə cəlb etmisən: gözəlliyinlə, yoxsa, aktrisalıq qabiliyyətinlə?

– Həm rejissorlar, həm də tamaşaçılar mənə deyirlər ki, çox təbii oynayırsan, səndə sünilik yoxdur. Qaldı ki, gözəlliyə, nə gizlədim, xarici görünüşə görə də təriflər olur.

– Sənin üçün rolun fərqi var?

– "Miras" adlı serialda kəndçi qızını canlandırdım, özü də Büllurə obrazını sevə-sevə oynadım. Heç vaxt deməmişəm ki, məni mütləq filan cür qrim etməlisiniz, gözəl görünməliyəm, bu paltarı yox, o birini geyinməliyəm. Yəni kaprizli deyiləm, hətta serialda çirkin görünsəm də bu, məndə kompleks yaratmaz. Əksinə, hər şey təbii olanda, obraz da tamaşaçı tərəfindən qəbul olunur. Rəngarəng obrazlar yaratmaq arzusundayam.

– Həyatda necə, komplekslərin varmı?

– Yoxdur, demək olar ki, sərbəst biriyəm. Özümü necə rahat hiss edirəmsə, o cür geyinirəm, o cür davranıram. Başqalarının düşüncəsi ilə oturub-durmuram, ay filankəs nə deyər, nə danışar, bu, mənə maraqlı deyil.

– Səncə, vücudunda sənə gözəllik verən nədir?

– Nə bilim, onu siz deyin.

– Səndən soruşuruq.

– Məncə saçlarım.

– Həm aparıcısan, həm də aktrisa – hansını özünə daha yaxın bilirsən?

– Son vaxtlar daha çox aktrisa kimi fəaliyyət göstərmək istəyirəm. Bu, mənə daha xoş gəlir. Çünki həm maraqlıdır, həm də özümü rahat hiss edirəm. Həm də bu saat elə bir veriliş yoxdur ki, məni dartıb efirə aparsın. Arzuladığım layihə hələ ki, olmadığından seriallara çəkilmək xoşuma gəlir.

– Çəkildiyin seriallarda açıq-saçıq səhnələrə razılıq verərsən? Məsələn, erotik səhnələrə…

– Hələ ki, elə bir səhnəyə çəkilməmişəm. Həm də rejissorlarımız bizi başa düşür və elə səhnələrə dəvət etmirlər. Azərbaycanda bu yaxşı qarşılanmır axı.

– Birdən dəvət etsələr, reaksiyan necə olar?

– Etiraz edərəm.

– Sosial şəbəkədə haqqında daha çox nə yazırlar?

– 99,9 faiz yaxşı rəylər yazırlar. 1 faiz qalır ki, onlar da çoxluğun içində itib-batırlar. Mən də yazdıqlarına heç əhəmiyyət vermirəm.

– Elə bir fikir yazıblarmı ki, səni ağlamağa vadar edib?

– Yox ağlamağıma səbəb olacaq rəylər yazılmayıb. İradlar olur, məsələn, yazırlar ki, sən nə qədər gülürsən? Elə bütün şəkillərində gülürsən. Hərdən yüksək-əhval-ruhiyyəm, pozitivliyim bəzilərinə xoş gəlmir, onların qanını qaraldır.

– Səni sevindirmək asandır, yoxsa çətin?

– Şıltaq, şən biriyəm, hər xırda şeydən sevinib, əhvalımı yüksəldə bilirəm.

– Sevənlərin çox olar…

– Əlbəttə çoxdur…

– Dalınca düşüb, sevgi etirafı etmək asandır?

– Yox. Oğlanlar dalımca düşüb, mənə söz ata da bilməz. Artıq mənə baryer qoyulub.

– Ailə qurarkən, səni "ya sənət, ya mən" dilemması qarşısında qoymayacaq ki?

– Elə şey olmaz, çünki sevdiyim şəxs sənəti sevən biridir. Amma istəmirəm onun barədə çox danışım.

– Xeyli arıqlamısan. Pəhriz saxlayırsan?

– Pəhriz saxlamıram e, ac qalıram. (gülür)

– Neçə kilosan ki?

– 54 kiloyam, amma hədəfim 51-ə düşməkdir. Yəqin ki, yayda istədiyim çəkiyə sahib olacam.
Atv-nin tanınmış aparıcısına QADAĞA: "Sevdiyim kişi dedi ki..." - FOTOLARAtv-nin tanınmış aparıcısına QADAĞA: "Sevdiyim kişi dedi ki..." - FOTOLARAtv-nin tanınmış aparıcısına QADAĞA: "Sevdiyim kişi dedi ki..." - FOTOLAR

Xəbərlər     Baxılıb: 9047   Tarix: 21 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

turlar.az

kosmetoloq geyim şəkilləri qadın geyimi toyuq buglamasi elme aid atalar sozu uz derisine qulluq maskalari ayaq dirnaqlara qulluq kosmetika olumu tut ağacı tutdudu novruz bayramına aid hakışta üzeyir hacıbəyli terezi