Avropada koronavirus epidemiyası noyabrdan başlayıbmış- ÜST yeni tapşırıqlar verdi

Avropada koronavirus epidemiyası noyabrdan başlayıbmış- ÜST yeni tapşırıqlar verdiVirusun ilkin əlamətləri Avropa ölkəsi, Fransada koronavirusa yoluxma halı ilk dəfə 27 dekabr tarixində virus daşıyıcısı olan xəstənin xəstəxanaya müraciət etməsi olub.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər xəstəxanaya hələ dekabr və yanvar ayında müraciət edən pnevmoniya xəstələrinin analizlərini yenidən yoxlayıb. Nəticədə, Fransada koronavirusa ilk yolxuma faktının yanvarın sonu qeydə alınmasına baxmayaraq, 24 pasiyentdən 1-də 43 yaşlı Amiruş Ammar adlı kişidə koronavirus testi pozitiv çıxıb.
Belə ki, xəstəxanaya dekabrın 27-də müraciət edən kişi epidemioloji baxmından arzuolunmaz heç bir ölkəyə səfər etməyib. Bununla birlikdə, həkim pasiyentlərin xəstəxanaya yerləşdirilməsi zamanı yalnızca qrip və koronavirusun başqa növlərinin testlərinin keçirildiyini bildirib:"Ancaq o vaxt COVID-19-un testi hələ keçirilmirdi" deyə həkim bildirib.
Həmçinin də, həkim A.Ammarın 15 gün xəstə qaldığını və uşaqlarını da yoluxdurduğunu vurğulayıb: "Xəstəliyin mənbəyini araşdırarkən onun həyat yoldaşının Çin qaynaqlı suşi satanlarla yanaşı işlədiyini aşkarladıq. Ola bilsin o, xəstəliyi simptomsuz keçirib. Bunun təfərrüatını digər qurumlar incələməlidir".
Həkimin sözlərinə görə, əsas məsələ xəstəxanaya müraciət etmiş 43 yaşlı Bobinya sakininin ölkədə ilk koronavirus xəstəsi olub-olmamasıdır: "Bunu öyrənmək üçün bütün ölkə üzrə pasiyentlərin pnevmoniya analizlərini yenidən incələmək lazımdır"deyəifadə edib.
Qeyd edək ki, ilk yoluxma halları barədə məlumat epidemiyanın gedişatını anlamaq üçün vacibdir.
Bu xəbərdən sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Kristian Lindmayer ölkələrin səhiyyə qurumlarını xəstəxanaların kartotekalarını yenidən gözdən keçirməyə səsləyib. O, xüsusilə dekabr və noyabr aylarındakı pasiyentlərin analizlərini araşdırmağa çağırıb. K.Lindmayerin sözlərinə görə, qəbul edilmiş beynəlxalq praktikaya əsasən, həkimlər atipik və ya qeyri-müəyyən pnevmoniyaların nümunələrini saxlayırlar.
BBC-nin məlumatın görə, Fransadakı hadisə ilə bağlı ölkənin Səhiyyə Nazirliyi araşdırmaya başlayıb. Bununla belə, Fransa erkən yoluxma faktlarının qeydə alındığı ilk ölkə deyil. 2 həftə öncə Kaliforniyada aparılan araşdırmada ABŞ-da koronavirusdan ölüm faktlarının hələ fevralın əvvəli və ortasında olduğunu müəyyənləşdirib. Buna baxmayaraq, ölkədə rəsmi ilk ölüm faktı fevralın 26-sı qeydə alınıb. Bundan başqa, bir neçə həftə öncə eyni ştatın Santa-Klara dairəsində 3,3 min yerli sakində koronavirusa qarşı antikorun olub-olmamasını araşdırmaq üçün nümunələr alınıb. Hesablamaya görə, eksperimentdə iştirak etmiş 2,5% - 4,2% insanda koronavirusa qarşı antikorun ola biləcəyi qənaətinə gəlinib:
Qeyd edək ki, hələ aprelin 9-da Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycanda pandemiyanın başlanğıc tarixinin daha öncə olması ehtimalını vurğulamışdı.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda koronavirusa ilk yoluxma faktı fevralın 28-də qeydə alınıb. Ölkədə indiyədək bu virusa 2 060 nəfər yoluxub. Onlardan 1 508 nəfər sağalsa da, 26 nəfər vəfat edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1461   Tarix: 07 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti