Ay tutulması insan orqanizminə necə təsir edir? - Həkimlər AÇIQLADI

Ay tutulması insan orqanizminə necə təsir edir? - Həkimlər AÇIQLADI"Orta əsrlərdən başlayaraq Günəş və Ay tutulmasına adətən mistik don geyindiriblər. Deyirdilər ki, hansısa bəlalardan xəbər verir, bəşəriyyəti qiyamət günü gözləyir və ya ciddi fəsadları olacaq. Odur ki, insanlar o dövrlərdə Günəş və Ay tutulması ilə bağlı müxtəlif rituallar yerinə yetirirdi. Məsələn, Ay və Günəş tutulması zamanı qab-qacaq döyəcləyirdilər, ya da dəmiri döyürdülər, cürbəcür səslər çıxarırdılar". 
Publika.az xəbər verir ki, bu barədə həkim-nevroloq, Avropa Nevroloji Akademiyasının üzvü Qalib Əsədov danışıb. 
O bildirib ki, Günəş və Ay tutulmasının adətən orqanizmə hər hansı ciddi bir təsiri yoxdur:
"Sırf psixoemosional sferada təsiri var. İnsanlar qorxurlar ki, hansısa bədbəxtlik başına gələcək, hansısa fəlakətlə üzləşəcək. Nəticə etibarə ilə həyəcan keçirir və təşvişə düşürlər. Xüsusilə əgər bu barədə internetdə çox məlumatlar oxuyublarsa. Günəş və Ay tutulması haqqında çoxlu mistik miflər gəzir, təəssüf ki, insanlarımız elmdən çox mistikaya meyl edirlər. Odur ki, isterika yaranır, yuxuları qaçır. Tarix boyu dəfələrlə Günəş də, Ay da tutulub, göründüyü kimi, bəşəriyyət öz həyatına davam edir. Həyatımız göydəki cisimlərin necə olmasından asılı deyil, həyatımız ağıl, verdiyimiz qərar və düşüncələrimizdən asılıdır". 
Ay tutulması insan orqanizminə necə təsir edir? - Həkimlər AÇIQLADIProfessor Adil Qeybulla isə qeyd edib ki, Günəş və Ay tutulması təbiət hadisəsidir və bunlar astrofizikanın qanunları əsasında baş verir:
Ay tutulması insan orqanizminə necə təsir edir? - Həkimlər AÇIQLADI"Bu, Ayın Yerlə Günəş arasında qalması zamanı Günəş diskini örtməsi hadisəsidir. O, müxtəlif variantlardan asılı olaraq tam hissəvi və həlqəvari ola bilər. Bu, uzun sürən proses deyil və Yer kürəsindəki canlılara, insan orqanizminə xüsusi bir təsiri yoxdur. İnsanlar  göydəki hadisələrin qanunauyğunluğunu bilmədiyi dini xurafat dövründə buna mifik yanaşırdı. Odur ki, müxtəlif şayiələrin yaranmasına yol açırdı. Astrofizikanın qanunları tam dəqiqləşdikcə Göydə və Kainat haqqında elmi araşdırmalar artdıqca orada baş verən hadisələrin bütün mexanizmləri aydınlaşdı və aydın oldu ki, bu, bir təbiət hadisəsidir və Ay Günəş ətrafında fırlanır. Elə bir zaman gəlir ki, Ay Yerlə Günəş arasında qalır. Bu zaman Ay tutulması baş verir və müvəqqəti olaraq bu proses davam edir. Ay tutulmasının insan orqanizminə heç bir təsiri yoxdur, əksinə, müəyyən olunub ki, Ay Yerin bir peyki olaraq Yer kürəsindən təxminən 1 sm uzaqlaşmaqdadır. Gələcəkdə bunun neqativ nəticələri ola bilər, çünki Ayın özünün Yer kürəsindəki həyata çox böyük təsiri var. Amma fizioloji baxımdan danışırıqsa, canlılara elə bir neqativ təsirdən söhbət gedə bilməz. Bu, artıq aydınlaşdırılmış, dəqiq vaxtı bilinən bir məsələdir. Hələ bir neçə ay öncə demişdilər ki, bu il may ayının 16-da Bakı vaxtı ilə saat təxminən 8:12-də baş verəcək və belə də oldu". 
Məlumat üçün bildirək ki, ilin ilk Ay tutulması hadisəsi dünən saat 07:29-da başlayıb, saat 08:53-də sona çatıb.

Sağlamlıq     Baxılıb: 2344   Tarix: 17 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

yay kolleksiyasi toy makiyaji sekilleri makiyaj etmek qaydalari meyvələrin faydası 2026 yaz geyimleri veten haqqinda bayatilar asan ariqlamagin yollari kosmetika sekisler anabaci vətənə aid bayatılar hakistalar kley lekesi