DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər.
Medicina.az xəbər verir ki, elmi araşdırmalara görə, avokadonun tumu dəriyə botoks effekti verir.
Avokado tumunun sərt quruluşda olması onun istifadəsini çətinləşdirir. Buna görə bir çox insan bu tuma heç əhəmiyyət vermədən atır. Lakin dermatoloqlar dəri üçün ən faydalı vasitələrdən biri olduğunu deyirlər. Belə ki, dərini bərpa edən tum yeni hüceyrələrin meydana gəlməsini də dəstəkləyir.
Avokado tumu, həmçinin dərinin səthindən ölü hüceyrələri təmizləyir, məsamələri daraltma qabiliyyəti sayəsində yeni sızanaqların əmələ gəlməsinin qarşısını alır.
Xüsusilə ləkələri azaltmağa kömək etdiyi üçün daha parlaq və qüsursuz dəri görünüşü əldə etmək istəyənlər üçün əvəzolunmazdır.
Tərkibindəki Omeqa-3, Omeqa-6 və Omeqa-9 yağ turşuları dərinin əsas ehtiyaclarını ödəyir.
Avokado tumu ilə zeytun yağının birləşməsi sayəsində dəri və saç problemlərindən xilas olmaq çox asandır.
Bir çox insanı maraqlandıran məsələ isə avokado tumunun kollagen təsiridir. Müəyyən yaşdan sonra orqanizmdə kollagen istehsalı azalmağa başlayır və arzuolunmaz qırışların əmələ gəlməsinə səbəb olur. Yaşlanma əlaməti sayılan bu halları yüngülləşdirmək üçün avokado toxumundan istifadə edə bilərsiniz. O, kollagen ehtiyacını tam ödəyərək dərini sıxır, sallanmaların qarşısını alır.
Avokado tumunun kollagen təsirindən faydalanmaq üçün onu zeytun yağı ilə birgə istifadə etmək lazımdır. Dərinin kollagen ehtiyacı qarşılanır və parlaqlığı təmin edilir. Dəri botoks effekti əldə edərək dartılmağa başlayır.
Avokado tumundan əl və üz baxımında istifadə edərək nəmləndirici ehtiyacınızı da qarşılaya bilərsiniz. Avokado yağında olan nəmləndirici xüsusiyyət quru və zədələnmiş saçlar üçün də idealdır. Saç köklərinə nüfuz edir, onları içəridən nəmləndirir və saçları yumşaldır. Bundan sonra saçlar güclənməyə başlayır. Bu müalicə üsulu saçın təbii parıltısını bərpa etməyə imkan verir.
Avokado tumundan necə istifadə etmək olar?
1 ədəd avokado tumunu əvvəlcə yaxşıca təmizləməli və üst qabığını soymalısınız. Qabıqdan tamamilə təmizləndikdən sonra onu rəndələməyə başlayın. Rəndələnmiş avokado tumuna saf zeytun yağı əlavə edib 7 gün qapalı və sərin yerdə saxlayın. Bundan sonra qarışım istifadəyə hazır olacaq.
Parlaq və təmiz dəri üçün müntəzəm olaraq bu qarışımdan istifadə edə bilərsiniz. Qarışımı üz və ya saça tətbiq edib 10 dəqiqə gözləmək, sonra isə ilıq su ilə təmizləmək lazımdır.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 19967   Tarix: 27 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

kosmetik vasiteler donlar 2026 qaşların formalari salatlar ayaqqabı qohum evlilik heyatda oz yerini tapan insan xosbextdir kosmetika həmidə novruz bayramina aid hakistalar salam rus dili 2ci ders novruz bayramına aid hakışta