Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqındaPartladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətinə və xeyrinə inandırır.

Popkorn böyüklər və kiçiklər tərəfindən sevilən bir qidadır.

Popkorn ilk dəfə Amerikanın yerli əhalisi tərəfindən icad olunub. İlk vaxtlar pis qüvvələri yox etmək üçün partladılan qarğıdalı bir müddət sonra həqiqətən dadlı çərəz olaraq insanların diqqətini çəkib. Qısa bir müddətdə idman və kino salonlarının əvəzolunmaz çərəzi halına gələn qarğıdalı daha sonra yerli əhali tərəfindən də əkilərək istifadə olunmağa başlayıb. Faydaları sırasında qeyd olunur ki, tərkib etibarilə yüksək miqdarda olan polifenol maddəsi partladılmış qarğıdalını bir sıra meyvə və tərəvəzdən də vacib edir. Zərərləri sırasında isə qarğıdalının GMO olması, eyni zamanda müxtəlif zərərli üsullarla partladılması və düzgün saxlanma şəraitində saxlanmaması qeyd edilir.

Marketlərdə hazır, bağlama şəklində satılan popkornların üzərindəki reklamxarakterli mətn də eynilə bu cürdür. Mətndə qeyd olunur ki, partladılmış qarğıdalı insan orqanizmi üçün xeyirlidir, uşaqların boyunun uzanmasına və böyüklərin gözəl bədən quruluşuna sahib olmasına kömək edir, tərkibində olan polifenollar faydalı antioksidant olduğundan bir bağlama popkorn yemək 300 qram quru meyvə yeməkdən də üstün hesab oluna bilər. Quru meyvələrin faydasının saysız olmasını nəzərə alsaq, popkorn kimi quru və zərərli görünən bir qidada bu qədər faydanın olması da şübhə yaradır. Elə isə popkornun faydaları və ziyanı nədir? Həqiqətən quru çərəz sayılan partladılmış qarğıdalının faydası bu qədər yüksəkdirmi?

Həkim-terapevt Xatirə İsayevanın sözlərinə görə, partladılmış qarğıdalının faydaları xeyrindən o zaman çox olur ki, onun partladılma və saxlanma şəraiti normal olsun. Əks halda, ziyanlı üsul, maddələrlə partladılıb düzgün şəraitdə saxlanılmayan bu qida olduqca zərərli hesab oluna bilər və ev üsulu ilə hazırlanmayan bütün qidalar kimi partladılmış qarğıdalı da uşaqlar üçün məsləhətli deyil: "Sağlamlıq baxımından desək, partladılmış qarğıdalı olduqca yüksək kalorili bir qidadır. 100 qramında 450 kalori olur. Bir porsiyada olan kalori miqdarı 1700-ə yaxındır. Eyni zamanda tərkibində olan doymuş yağ faizi də qidanın qramı artdıqda artır. Bu da onu göstərir ki, ev şəraitində porsiyanın miqdarını keçib 2-3 qab partladılmış qarğıdalı yemək oturmuş vəziyyətdə yüksək kalori qəbul etməkdir. Ortayaşlı bir insanın gündəlik qida kalorisinə bərabər olan bu dəyər olduqca yüksəkdir. Bu da onu göstərir ki, bir porsiyalıq qarğıdalını azyaşlılar ayda 1-2 dəfədən artıq yeməməlidirlər. Yağsız, mikrodalğalı sobada partladılan qarğıdalı faydalı olsa da nəzərə almaq lazımdır ki, heç bir müəssisə bu gec və əziyyətli üsuldan istifadə etmir".

Terapevtə görə, parladılmış qarğıdalı həddindən artıq yeyildikdə nəfəs yollarında tıxanmalara, quru öskürəyə, nəfəs darlığına səbəb olur ki, bunun da səbəbi qidanın tərkibində olan "diasedil" maddəsidir. Bu maddə qarğıdalıya və ona vurulan yağa xüsusi dad verdiyindən əksər partladılma üsullarında ondan istifadə edilir: "Daimi olaraq popkorn yemək bir müddət sonra nəfəs yollarında problemlər yaradacaq. Partladılmış qarğıdalı o zaman faydalı qida sayıla bilər ki, ev şəraitində, normal yağla, ədviyyatları azaldılmış halda və ən çox bir porsiya yarım qəbul edilsin. Əks halda uzun boya, gözəl bədən quruluşuna, sağlam sümüklərə və bu kimi keyfiyyətlərə partladılmış qarğıdalı ilə nail olmaq mümkün deyil".

Sağlamlıq     Baxılıb: 8169   Tarix: 23 mart 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

turlar.az

yay geyimləri 2026 yaz geyimleri 2026 adlarin menasi yuxu yozmalar uz ucun cavanlasdirici maskalar çanta biz və kişilər kosmetika dieta tut ağacı tutdudu əfsanələr xerçeng şirin qoğal