Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsinOvulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir.
Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır.
Progesteronun təsiri altında uşaqlığın divarı (endometrium) getdikcə qalınlaşmağa, böyüməyə başlayır, ödemləşir, qan damarları ilə zənginləşir ki, gələcəkdə lazım olduqda mayalanmış hüceyrənin qidalandırılması üçün burada münbit şərait yaranmış olur.
Ovulyasiyadan 10-14 gün sonrakı müddət ərzində hamiləlik baş vermədiyi halda sarı cismin dağılması baş verir. Hamiləliyin baş hormonu olan progesteron məhz sarı cisim tərəfindən hazırlandığı üçün, onun dağılmasından sonra bu hormonun hazırlanması prosesi də dayanır. Bunun nəticəsində qalınlaşmış endometrium qatı kifayət qədər qan ilə təchiz olunmur ki, bunun da nəticəsində bu qat məhv olaraq xaricə axmağa başlayır. Bu, məhz menstruasiyadır.
Beləliklə, hər menstruasiyanın sonunda uşaqlığın içərisində bir əl səthi qədər açıq yara sahəsi əmələ gəlir. Bundan sonra bu sahə təbii yolla bərpa olunaraq digər menstruasiyaya qədər yenidən inkişaf etməyə başlayır.
Normal halda menstruasiya zamanı qanaxma 3-7 gün davam edir. Bu zaman qadın orta hesabla 50-100 qram həcmində qan itirir. Menstruasiya dövrü 3 gündən az, 7 gündən çox davam etmiş olarsa, bu zaman baş verən qanaxma çox az və ya həddindən artıq çox olarsa, tez bir zaman ərzində həkim-ginekoloqa müraciət etmək tövsiyə edilir.
Menstruasiya zamanı ifraz olunan qan öz görünüşünə görə nisbətən daha tünd olur. Bu qan həmçinin tərkibinə görə, qan damarlarında dövr edən qan kütləsindən də fərqli olur.
Menstrual (aybaşı) tsikl zamanı qadın orqanizminin hormonal fonunda olan dəyişiklik ancaq cinsi sistemdə deyil, qadının digər orqan və sistemlərində də baş verir. Bəzi qadınlarda menstruasiya zamanı ürəkbulanma, ümumi zəiflik, baş gicəllənməsi, əsəbilik, süd vəzilərinin bir qədər bərkləşməsi və ağrılı olması baş verir. Bu zaman həmçinin, qan dövranı sistemində, arterial təzyiq göstəricilərində, tər ifraz edilməsində, həzm sisteminin bir sıra funksiyalarında da müxtəlif dəyişikliklər baş verir. Aybaşı günlərində vegetativ sinir sistemi də daha tez qıcıqlanma dərəcəsində olub, digər günlərə nisbətən daha gec sakitləşmiş olur.
Bütün bu əlamətlər, bir daha onu sübut edir ki, cinsiyyət hormonları yalnız cinsi orqanlara deyil, bütünlükdə qadın orqanizminin digər üzvlərinə də təsir edir.
Normal aybaşı tsiklinin (dövrünün) əsas əlaməti onun mütəmadi - requlyar şəkildə olmasıdır. Yəni aybaşı mütəmadi olaraq yalnız müəyyən müddətdən sonra (norma olaraq 28 gün hesab edilir) baş verir. Məsələn, sentyabr ayında olan aybaşı ondan qabaqkı aya görə 28 gündən sonra, oktyabr ayında isə 23 və ya 33 gündən sonra (əvvəlki aydan 5 gün əvvəl və ya 5 gün sonra) baş verərsə, bu, normal hal hesab olunur. Aybaşı gözlənilən tarixdən 10 gün və daha çox olmaqla tez və ya gec baş vermiş olarsa, mütləq həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Tsiklin bu şəkildə pozulması ciddi patoloji prosesin olmasının ilkin əlaməti ola bilər.
Əlbəttə ki, heç də bütün qadınlarda aybaşı tsikli 28 gün təşkil etmir. Əgər sizdə aybaşı tsikli 24 gün və ya məsələn, 32 gün təşkil edirsə, bu da normal fərdi menstrual tsikl hesab edlir. Bu zaman əsas göstərici menstruasiyaların mütəmadi (requlyar) şəkildə olmasına diqqət yetirmək lazımdır! Yəni abaşı 5 gündən artıq olmamaqla tez və ya gec baş vermiş olmasın.
Hər bir qadın öz aybaşı tsiklinin müddətini yaxşı bilməli və yazılı şəkildə öz tsiklinin təqvimini aparmalıdır (yəni, hər dəfə tsiklin başlanma və qurtarması tarixlərini qeyd etmək). Bu qadına aybaşı tsiklinin başlanmasından öncəki günlər ərzində ağır fiziki işlərlə məşğul olmaqdan çəkinməkdə, hamiləlik baş verdikdə onun müddətini düzgün təyin etməkdə kömək etmiş olur. Aybaşı tsiklinin təqviminin aparılması, həmçinin aybaşı tsiklində olan hər hansı bir pozğunluqların vaxtında müəyyən edilməsinə və gecikmədən həkimə müraciət olunmasına imkan verir.
Aybaşı dövrü – funksiya etibarı ilə bir neçə "quruluşlar" (baş beyini qabığı, hipotalamus, hipofiz), həmçinin qadın cinsiyyət üzvləri (yumurtalıqlar, uşaqlıq) tərəfindən tənzimlənir. Bu sistemlər bir-biri ilə əlaqəli olduğundan növbəti aybaşı tsiklinin pozulması onların hər birindən asılı ola bilər.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 15284   Tarix: 21 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

qaşların formalari qadın geyimi hamilelikde qidalanma hakışta xınayaxdı gəlinlik və toy dəbi aksesuarlar kesmikli blincik kosmetika kondom rus dili 2ci ders irem derici bürclər burclər