Ayan 14 yaşlı hamilə qızdan yazdı: "Onu tək qoymaq nakişilikdir"
Müğənni Ayan Babakişiyeva 14 yaşında qoşulub, qaçan və 6 aylıq hamilə olsa da, oğlanın ailəsi tərəfindən evdən atıldığını deyən yeniyetmənin sosial şəbəkədə tənqid olunmasına etiraz edib.
Musavat.com xəbər verir ki, sənətçi fikirlərini sosial şəbəkədə bölüşüb: "6 aylıq hamilə olan yeniyetmə qız haqda sosial şəbəkədə məlumatlar paylaşılıb. Hamı yazıb ki, kül sənin qız başına. O qızı təhqir ediblər. O 14 yaşındadır, onu qaçıran namussuz qızdan 13 yaş böyükdür. Bu, bilmir ki, ən böyük günahı boynuna alıb? Birincisi qız təmiz, saf olub, ikincisi hamilə qadını tək qoymaq nakişilik, vicdansızlıq və insan adına layiq olmayan bir hərəkətdir. Görəsən,həmişə niyə qadınlar, qızlar qınaq atəşinə tutulur? Kişi istəsə, qadını mələk də, fahişə də edər. O qızcığazı qınayanların çoxu qadınlardır. Bir özünüzü onun yerinə qoyun, burada deməyin ki, mən elə şey etməzdim, tərbiyəli qadınam. Sabah başımıza nəyin gələcəyini bir Allah bilir. Sahiblənməyi bacaraq, onsuz da baltalamaq asandır. Unutmayın ki, kimdə nə yoxdursa, ondan danışır".
Qeyd edək ki, ötən gün "Xəzər TV"də yayımlanmış "Bizə danış" verilişində yeniyetmə qız 14 yaşında qoşulub, qaçdığını və 6 aylıq hamilə olmasına rəğmən, oğlanın ailəsi tərəfindən evdən atıldığını bildirib. Özündən 13 yaş böyük oğlana qoşulub, qaçan yeniyetmə Xoşqədəm Hidayətqızından kömək istəyib.
Verilişin ekspertlərinin və aparıcının tənqidlərinə tuş gələn qız göz yaşlarını tuta bilməyib.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Qabığında elə faydası var ki
XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar
İspaniya Avroviziyanı yayımlamaqdan İMTİNA ETDİ
Ağamirzə: 'Gənclər nəsihətə qulaq asmır
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər