Ayaqlarınızdakı bu əlamətlər qəfil ölümün xəbərçisi ola bilər - DİQQƏT

Ayaqlarınızdakı bu əlamətlər qəfil ölümün xəbərçisi ola bilər - DİQQƏTXolestrol bir sıra xəstəliklərin səbəbidir. Yüksək xolesterol infarkt və insult riskini artırır. İnsanlar tez-tez müayinə olunmadıqları üçün xolesterolunun yüksək olduğunu bilmir.
Bəs xolestrolun yüksək olduğunu adi şəraitdə necə bilmək olar?
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, gündəlik həyatda izlənə biləcək əlamətlər xüsusilə ayaqlarda özünü göstərir. Ən çox rast gəlinən simptom hərəkət zamanı hiss edilən ayaq ağrısıdır.
Ayaqların soyuq olması, barmaqların keyiməsi və ayaqlara qan dövranının zəifləməsi də bu əlamətlərdəndir.
Xolesterol bədənimizin fəaliyyət göstərməsi üçün lazım olan yağlı maddədir. Ancaq səviyyəsi yüksək olduqda, bu yapışqan maddə qan damarlarında yığıla bilər və qan dövranını məhdudlaşdırır.
Yüksək xolesterolu olan insanlarda bəzən periferik arterial xəstəlik (PAD) adlanan bir vəziyyət inkişaf edir, burada ayaq və ya qol damarları tutulur. PAD diaqnozundan beş il sonra xəstələrin 20 faizində infarkt və ya insult baş verir.
Ayaqlarınızdakı bu əlamətlər qəfil ölümün xəbərçisi ola bilər - DİQQƏTPeriferik arterial xəstəliyin əlamətləri ilk olara ayaqlarda görünə bilər. PAD olan insanların 60 faizində ən çox rast gəlinən simptom hərəkət edərkən və ya idman edərkən hiss edilən ağrılı, sıxıcı və ya sancı verən hissdir, bu isə istirahət etdikdə keçir. Gəzən zamanı ağrı ilə yanaşı, PAD-ın digər əlamətləri arasında əzələ zəifliyi, tüklərin tökülməsi, dəri parlaq və soyuq olması, ayaqlarda nəbz zəifləməsi və ya olmaması, sağalmayan yaralar, soyuq və keyimiş barmaqlar yer alır.
Kardioloq Dr. Amy Pollak bildirib ki, gündəlik həyatda belə simptomlar ilə rastlaşdıqda bunun səbəbi araşdırmalı, bu xəstələri ciddi tibbi terapiya ilə müalicə etməli və onları daha yaxından izləmək lazımdır.
Yüksək xolesterol geniş yayılıb və genetik səbəblərdən, həmçinin qeyri-sağlam qidalanma tərzindən qaynaqlana bilər. Məsələn, qırmızı ət, süd məhsulları və qızardılmış yeməklər kimi heyvan yağları ilə zəngin qidalar xolesterol səviyyəsini artırır.
Xolesterolu öz-özünə hiss etmək mümkün deyil, buna görə də insanlar tez-tez bu problemi gözardı edirlər. Ancaq zaman keçdikcə bu yağlı maddənin yüksək səviyyələri bədəndə təsirlərini göstərməyə başlaya bilər.
Siqaret çəkənlər, yüksək qan təzyiqi, diabet və ya piylənmə problemi olanlar PAD inkişafı üçün daha yüksək risk altındadırlar. 60 yaşdan sonra isə PAD riski artır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1605   Tarix: 01 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

gozel gorunmek adlarin menasi makiyaj etmek qaydalari döşlər balqabaq plov zeytun yağının faydaları kəklikotunun faydası kosmetika zəhmət qızlıq pərdəsi tapmacalar sevda pizza