Ayaqqabısız idman təhlükəlidir? - Podoloqlardan XƏBƏRDARLIQ

Ayaqqabısız idman təhlükəlidir? - Podoloqlardan XƏBƏRDARLIQSon illərdə fitnes dünyasında ayaqqabısız məşqlər - istər yoqa, istər funksional idman növləri populyarlıq qazanıb. Bu yanaşmanın tərəfdarları ayaq əzələlərinin daha yaxşı aktivləşdiyini, bədənin özünü daha dərindən hiss etməyə kömək etdiyini və balansın yaxşılaşdığını iddia edirlər. Lakin ayaqqabısız idman həqiqətən sağlamdırmı?
Milli.Az xəbər verir ki, mütəxəssislər bu suala cavab verir.
Ayaqqabısız gəzmək sağlamdırmı?
Podoloq Con Roy Senatore bildirir ki, ayaqqabısız məşq zamanı insan ayaqları kəsiklərə, qabar və su toplamasına məruz qala bilər. Bu səbəbdən də corab, içlik və ya idman ayaqqabıları ilə qorunmaq vacibdir.
"Mən yalnız qumlu sahildə qaçarkən və ya yoqa zamanı ayaqqabısız olmağı məqbul hesab edirəm. Bununla kifayətlənmək lazımdır," - deyə o vurğulayır.
Ayaqqabısız gəzmək insanda torpaqla təmasdan doğan xoş hisslər oyatsa da, bu yalnız nadir hallarda faydalı ola bilər.
Yüksək keyfiyyətli ayaqqabılar komfort, amortizasiya və zədələrdən, infeksiyalardan, ekstremal temperaturlardan qoruma təmin edir. Uşaqlıqdan bəri ayaqqabısız gəzməyə alışmamış insanlar üçün ayaqsız gəzmək təhlükəlidir, çünki ayaqlar dəstək və qorunmaya uyğunlaşıb.
Nyu-Yorkdan podoloq Bred Şeffer qeyd edir:
"Biz elə bir cəmiyyətdə yaşayırıq ki, corab və ayaqqabı geyinmək adi haldır. Ona görə də ayaqqabısız gəzməyə alışmamışıq".
Ayaqqabısız idman etmək olarmı?
Bu, fəaliyyətin növündən və şəxsin ayaq sağlamlığı vəziyyətindən asılıdır.
Xüsusilə şəkərli diabet xəstələrinə ayaqqabısız gəzmək qətiyyən tövsiyə edilmir - hətta evdə belə. Diabetik neyropatiya adlı ağırlaşma ayaqlarda hissiyyat itkisinə səbəb ola bilər və bu da təhlükəli nəticələrə yol aça bilər.
Ayaqqabısız təmiz bir otlu sahədə və ya çimərlikdə gəzmək qəbulediləndir. Lakin orada belə kəsik və digər təhlükələr mövcud ola bilər. Şəhər ərazisində isə ayaqqabısız gəzmək son dərəcə təhlükəlidir - şüşə qırıqları, zibillər, iynələr və digər zərərli əşyalarla qarşılaşmaq mümkündür. Yay aylarında asfaltın həddindən artıq qızması isə ayaqları yandıra bilər.
Həkimlər ayaqqabısız qaçmağı da məsləhət görmürlər. Çünki yüksək intensivlikli məşqlər zamanı ayaqlara güclü dəstək və amortizasiya tələb olunur. Ayaqqabısız qaçış sümüklərdə qırığa səbəb ola bilər.
Qaçış zamanı ayaqlara düşən yük, bədənin çəkisindən dəfələrlə çox olur - bu, həm sürətdən, həm də səthin xüsusiyyətindən asılıdır.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 24 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

kosmetoloq kosmetika mehsullari aksessuarlar xiyar tursusunun hazirlanmasi qaydasi toyuqlar haqqinda atalar sozleri veten haqqinda milli yeməklər kosmetika rəksanə haxışda babasil gozellik intim