Aygün Bəylərin qardaşı törətdiyi dəhşətli cinayətdən elə şeylər danışdı ki...

Aygün Bəylərin qardaşı törətdiyi dəhşətli cinayətdən elə şeylər danışdı ki...Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xanim.az-ın apa-ya istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Elmir Alxazov ifadə verərək bildirib ki, digər təqsirləndirilən Fuad Məmmədzadə ilə sinif yoldaşı olub. Onun sözlərinə görə, F. Məmmədzadə bir gün ona narkotik vasitə əkməyə yer lazım olduğunu deyib: "Ona dedim ki, Abbas və digər tanıdığım uşaqlar var, onların vasitəsi ilə yerlə maraqlanaram. Sonra Abbasla onun işlətdiyi internet klubda görüşdüm və ona Fuadın dediyi məsələni danışdım. Həmin vaxt mərhum Elnur Hümmətov da orada idi. Onlara Cavid Alxazovun Qala qəsəbəsində evi olduğunu, həmin evi kirayə götürməyi təklif etdim. Sonra Abbas və Elnurla birlikdə Fuadla görüşdük. Cavidin evini kirayə götürmək və orada narkotik becərmək barədə razılaşdıq".

Elmir Alxazov qeyd edib ki, kirayə götürdükləri evdə dibçəkdə marixuana əkiblər: "Cavidin bundan xəbəri olmayıb. Elnur və Abbas növbəli şəkildə marixuanalara nəzarət ediblər. Bütün bunlar 2013-cü ilin yaz aylarında olub. Sonradan Ramil əkdiyimiz narkotiklərlə bağlı problem olduğunu və təcili bağa gəlməyimizi bildirdi. Mən də bunu Abbasa dedim, Abbasın maşını ilə yolüstü Suraxanıdan Fuadı da götürərək bağa gəldik".

Onun sözlərinə görə, bağa gələndə E.Hümbətovun qətlə yetirildiyini görüb: "Ramilin ağladığını, ortalıqda meyit olduğunu gördük. Ramil dedi ki, Elnuru öldürüb. Meyiti görəndə hamımız şok keçirdik. Abbasla Fuadın vəziyyəti daha da pis idi. Abbas Fuadı maşını ilə apardı. Sonra mən və Ramil meyiti bağda basdırdıq".

Elmir Alxazov suallara cavab verərkən digər təqsirləndirilən Ramil Əsirovun Elnur Hümmətovu qətlə yetirməsini belə izah edib: "Ramillə Elnur arasında qız söhbəti olub. Elnur Ramilin tanış olduğu qızla telefonda danışıb. Buna görə də onların arasında söyüş olub. Ramil də onu vurub. Bağ evinin həyətində quyu var idi. Meyiti həmin quyuda basdırdıq. Bizim qətli əvvəlcədən planlaşdırmaq fikrimiz olmayıb".

Prokuror Eldar Həmzəyev isə bildirib ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaqa ifadəsi arasında kəskin ziddiyyət var. Prokuror onun ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib və Elmir Alxazovun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi barədə qərar qəbul edib.

Elmir Alxazov 28 iyul 2016-cı ildə şübhəli şəxs qismində verdiyi ifadəsində göstərib ki, narkotik vasitəni satış məqsədi ilə əkiblər. O istintaqda deyib ki, E.Hümbətovu narkotik vasitələr barədə başqa adama nəsə dediyindən şübhələndikləri üçün qətlə yetiriblər.

Proses iyunun 29-da davam edəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E.Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilənElnur Hümbətov isə əmisi nəvəsidir.

Xəbərlər     Baxılıb: 1678   Tarix: 17 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

hamiləlik geyim şəkilləri qadın geyimi suni usaq yemekleri quru deri ucun maska şəbəkə sənəti piroq reseptləri kosmetika novruz hakısdası arxadan olmag tapmacalar mekteb novruz bayramına aid bakışta