Ayrı-ayrı mikroelementlər və onların faydası

Ayrı-ayrı mikroelementlər və onların faydası"Ayrı-ayrı mikroelementlər və onların faydası barədə məlumatlar əhali arasında olduqca aşağı səviyyədədir və müalicə həkimlərinin əksəriyyətinin belə, bu haqda bilik dairələri kifayət qədər deyil".
Bunu Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti, Tədris Terapevtik Klinikasının həkimi Temraz Nəbiyev "Mikroelementlərin sağlamlığımızda rolu" adlı məqaləsində bildirib.
Milli.Az e-tibb.az-a istinadən həmin məqaləni təqdim edir:
"Аргументы и факты" qəzetinin 2020-ci il 4-cü nömrəsinin 37 -ci səhifəsində Aleksandr Melnikovun dərc etdirdiyi orqanizmdə mikroelementlər catışmazlığına həsr olunmuş məqalə diqqətimi cəlb etdi. Onun müəyyən məqamlarının dəyərli olduğunu nəzərə alaraq əlavə məlumatlar da daxil etməklə onu oxucularımızın diqqətinə çatdırmağı lazım bildim.
Ayrı-ayrı mikroelementlər və onların faydası barədə məlumatlar əhali arasında olduqca aşağı səviyyədədir və müalicə həkimlərinin əksəriyyətinin belə bu haqda bilik dairələri kifayət qədər deyil. Mikroelementlərin diaqnostikası üçün onların laborator analizi aparılmalıdır. Birinci sırada tüklərin, sonra qanın və sidiyin analizi aparılır. Aşağıda göstərilən əlamətlərə əsasən də bir sıra mikroelementlərin çatışmazlığını müəyyənləşdirmək mümkün olur.
Manqan (Mn) hüceyrədaxili orqanellalar olan mitoxondrilər uçun çox vacib mikroelementdir. Mn bədən hüceyrələrinin energetik stansiyasıdır. Bu element sink və mislə birlikdə antioksidant funksiyasını yerinə yetirir. Mərkəzi sinir sisteminin funksiyalarına, immunitetə müsbət təsir göstərir, orqanizmi infeksiyalardan qoruyur. Onun defisiti olduqda iştaha pozulur, enerji azalır. Uşaqlar inkişafdan qeri qalaraq yaşa uyğun olmurlar.
Kalium (K) çatışmazlığı asteniyaya, psixi və fiziki inkişafın ləngiməsinə, əzələ zəifliyi, spazm və qıcolmalara gətirib çıxarır, halsızlığa, tez yorulmalara səbəb olur. Dəri quru, tüklər zəif, tutqun görünür, dölsüzlük, hamiləliyin pozulması, uşaqlıq boynunun eroziyası, ürək ritminin pozulması, güclü ürəkdöyünmələri, mədə-bağırsaq pozulmaları, immunitet çatışmazlığı, hipertoniya kimi xəstəliklərlə müşaiyət olunur.
Maqnezium (Mg). Əgər insan özünü ruhən yüngülləşdirə bilmirsə, həmişə stresdə qalırsa, onda Mg catışmazlığının yüksək riski olur. Bu cür hal adətən mənsəbpərəst, rəhbər vəzifəli şəxslərdə daha çox rast gəlir. Top menecerlərin 90 %-ində Mg çatışmazlığı olur. Bu, ürək-damar sistemi üçün təhlükəlidir. Belə halda ürəyin işemik xəstəliyinin, aterosklerozun, depressiyanın inkişaf riski artır.
Maqnezium və kaliumun effektivliyi qarşılıqlı əlaqədardır və onları həmişə birgə yoxlamaq məsləhət görülür.
Sink(Zn) uşaqlar və qocalar üçün "vitamindir. "Tez-tez xəstələnən uşaqlar fenomeni"ində ildə 4-6 dəfə xəstələnən uşaqlar nəzərdə tutulur. Çox gümanki, belə uşaqlarda Zn çatışmazlığı olur. Bu böyüklərə də aiddir. Ümumilikdə Zn 200-ə qədər orqanizm üçün lazım olan fermentləri aktivləşdirir. Zn normal immunitet üçün mühüm mikroelementdir. Onun defisiti bir çox xəstəliklərin inkişafı üçün lazımi şərait yaradır. Zn testesteronun sintezi və spermatozoidlərin aktivliyi üçün də vacib elementdir.Yaşlı insanlarda Zn çatışmazlığı ölümə işarədir. 65 yaşdan yuxarı insanların Zn qəbul etməklə ömürlərinin uzanması xüsusilə qeyd edilir.
Mis (Cu) Uşaq danışmır, valideynlər narahat olurlar. Yada salırlar ki, Eynşteyn də 5 yaşında danışıb. Gözləmək lazım deyil, bu, mis çatışmazlığından ola bilər. O mielinin sintezi üçün lazımdır, ondan sinir liflərinin qişaları əmələ gəlir. Cu çatışmazlığından ümumiyyətlə uşaq danışmaya bilər. Qızlarda menstruasiya başlamır və ya tsikl çox uzun olursa bu mis çatışmazlığı ilə əlaqədar ola bilir. Daha sonra bu element beyində və sinirlərdə oyanmanın ötürülməsi üçün çox vacibdir,  birləşdirici toxumanın strukturunda,anemiyaların inkişafında rol oynayır.
Selen (Se) hamıya lazımdır. Bu element bütün orqanizmdə sərbəst radikalları dağıdan antioksidant fermetlərin tərkibinə daxildir. Ona görə də Se bütün növ xərçəng xəstəliklərində,bütün yaş xəstəliklərində(infarkt,insult və s.) əhəmiyyətli vasitələrdəndir. O spermatozoidlərin sağlamlığı üçün də vacibdir. Onun çatışmazlığı sonsuzluğa gətirib çıxara bilir. Se defisiti soyuq zonada yaşayan insanlar arasında və 70 yaşdan yuxarı insanlarda daha çox rast gəlir.
Fosfor (F)-gücdür. Tez-tez deyilir ki, beynin fəaliyyəti üçün fosfor vacib elementlərdəndir. Bu enerjinin universal donorunda ehtiyat qüvvələri akkumulyasiya olunur. Ona görə də onun çatışmazlığının tipik əlaməti əzələ zəifliyi, bədəndə ağrılar, dişlərdə karies, sümük boşalmaları və tez yorulmadır.
Xrom (Xr)-bu element bədənə çox az miqdarda lazım olur.Lakin onun xroniki çatışmazlığında çəki artır, II tip şəkərli diabet inkişaf edir. Belə hallarda qanda xromu yoxlatdırmaq lazımdır.Diabetin inkişafının qarşısını almaq və hətta xəstəlik varsa belə onun gedişini yüngülləşdirmək məqsədilə xrom qəbulu məsləhətdir.
Mikroelementlərin defisitinin qarşısını müəyyən qidaların qəbulu ilə də aradan qaldırmaq mümkün ola bilər.Lakin hansı qidalarda hansı mikroelementlərin daha çox olması və onların düzgün mənisənilməsi barədə yəqinki, qida gigiyenası ilə məşğul olan mütəxəssisləri daha mükəmməl məlumatlar verə bilərlər.
Bu mikroelementlərin orqanizmdə artıq miqdarı da ,bəzi hallarda,müəyyən patologi halların yaranması ilə nəticələnə bilir.Ona görə də mühitlərdə onların miqdarının düzgün təyini həmişə diaqnostika, müalicə və profilaktika proseslərinin əsasını təşkil etməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1528   Tarix: 16 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi