Aysel keçmiş ərinə qarşı ifadə verəcək

Aysel keçmiş ərinə qarşı ifadə verəcəkakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkənin vəkili İsmayıl Kəngərli prosesdə jurnalistlərin iştirakının olmasına etiraz edib. O bildirib ki, cinayət işində ailə sirri var. Beləliklə, media nümayəndəsinin zaldan çıxarılmasını istəyib.

Prokuror da bu vəsatəti müdafiə edib. E.Əsgərlinin vəkili Ceyhun Yusifov isə buna etiraz edib. Hakim bildirib ki‚ məhkəmə prosesi açıq keçirildiyi üçün jurnalist zaldan çıxarıla bilməz.

Prosesdə zərərçəkmiş kimi tanınan yol polisi əməkdaşı Rəsul Ağayev ifadəsində bildirib ki‚ həmin gün yol kənarda "Porsche Cayenne" və "Porsche Panamera" markalı avtomobillərin dayandığını görüb:

"Onlara yaxınlaşdıq‚ sakit dayanmışdılar. Onlardan birinin əlində nəsə alət var idi. Bir müddət sonra gördük Elşən bizə tərəf qaçır‚ arxasıyca da 2-3 nəfər gəlirdi. Elşən gəlib bizə sığındı‚ digər şəxslər də bizim yanımıza çatanda dayandılar və Elşənlə bir-birini söyməyə başladılar. Onların heç biri‚ nə Oqtay‚ nə əmisi‚ nə də Elşən əmrimizə tabe oldu. Biz də post patrul çağırdıq‚ gəlib bunları bölməyə apardılar. Məni təhqir etməyiblər‚ fiziki təzyiq‚ xəsarət də yetirməyiblər. Sadəcə əmrimizə tabe olmadıqları üçün bizi zərərçəkmiş kimi tanıyıblar".

E.Əsgərlinin suallarına cavab verən R.Ağayev onun kəmərindən tutub saxladığını‚ sonra isə kəmərin qırılıb əlində qaldığını deyib.

Prokuror bildirib ki‚ E.Əsgərli məhz polisə tabe olmayıb və kəməri qırıb qaçdığı üçün YPX əməkdaşları zərərçəkmiş kimi tanınıb.

Vəkil C.Yusifov isə digər 2 təqsirləndirilən şəxsin kəmərindən tutulmadığını deyərək onlara niyə eyni ittihamın verildiyini sual edib. Bu zaman prokuror və hər iki tərəfin vəkilləri arasında söz mübahisəsi yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Digər YPX əməkdaşı İlkin Həbibov da eyni məzmunlu ifadə verib. O əlavə edib ki‚ O.Əhmədovun əmisi Şahin Əhmədov da onların əmrinə tabe olmayıb və mübahisə edənləri sakitləşdirməyə çalışmayıb.

Digər zərərçəkmiş şəxs və şahidlər prosesdə iştirak etməyib. O.Əhmədovun vəkili bildirib ki‚ növbəti iclasda müvəkkili‚ onun həyat yoldaşı Aysel Şükürova və əmisi Şahin Əhmədov məhkəməyə gələrək ifadə verəcəklər.
Proses aprelin 30-da davam etdiriləcək.

Qeyd edək ki‚ A.Şükürova öncə E.Əsgərli ilə evli olub. Boşanandan sonra isə O.Əhmədoval ailə həyatı qurub. İttihama görə‚ mübahisə E.Əsgərlinin sosial şəbəkələrdə O.Əhmədovun ailəsi barədə təhqiredici ifadələr işlədib. Bu səbəbdən görüşüblər və orada aralarındakı mübahisə davaya çevrilib.

Xatırladaq ki, Qüdrət Şükürovun qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb.

Xəbərlər     Baxılıb: 2008   Tarix: 20 aprel 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

aksessuarlar toy makiyajlari geyim və ayaqqabılar bolqar biberinin faydasi qidalanma qaydaları uşaq xəstəlikləri soyuqdəymə kosmetika tanisliq dolca nağıllar novruz hakisdalari maraqli hakistalar