Aytən Səfərova: "Dərman gətirmirlər
"İki gündür bilinir ki, Covid 19-a yoluxmuşam. Mənimlə müvafiq bir tibb ocağı maraqlanmır. Bircə TƏBİB-dən zəng etdilər. Onlar da ancaq ağırlaşma olanda, xəstəxanaya yerləşdirmək təklifi etdilər. Covid 19 xəstələri üçün lazım olan dərman paketini belə mənə gətirib verən olmadı".
Bu sözləri koronovirus infeksiyasına yoluxan aparıcı Aytən Səfərova deyib.
O bildirib ki, müalicə üçün lazım olan dərmanları özü alıb: "Sosial şəbəkədə paylaşdığım dərmanları həyat yoldaşımın tanışı olan başqa bir həkimdən özümüz almışıq. İndiyənə qədər bir nəfər belə əlaqə saxlamayıb ki, özünüzü necə hiss edirsiz, nəsə lazımdır? Bəlkə, pisəm xəstəxanaya yerləşdirilməliyəm? Hələ mən tanınmış adamam, jurnalistəm... Mənə belə laqeyid yanaşılırsa, görün adi insan necədir. Bəlkə bir ailə hamısı yoluxub, dərmanı gedib ala bilmirlər? Belə məsuliyyətsizlik olar? Vaxtında dərmanları çatdırılmayan nə qədər insan ağırlaşır. Səhiyyə Nazirliyinin nəzdində olan tibb ocaqlarının heç birinin koronavirus xəstəsi vecinə deyil". /open.az









Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?