Azərbaycan gözəli 2-ci oldu - FOTOLAR
Azərbaycanlı model Nərmin Səfərova Tayvanın paytaxtı Taipei şəhərində keçirilən "Queen of Brilliancy International" müsabiqəsində ikinci olub.
Publika.az xəbər verir ki, bu barədə model özü sosial şəbəkədə məlumat verib. Azərbaycanı təmsil edən model "Ən gözəl ziyafət paltarı" nominasiyası üzrə mükafatlandırılıb. Model Azərbaycanı təmsil etməkdən qürur duyduğunu və 60 ölkənin iştirak etdiyi müsabiqədə ikinci yerə layiq görüldüyü üçün özünü xoşbəxt hiss etdiyini etiraf edib. Onun sözlərinə görə, dünyada bu qədər dövlətlərin arasında özünü layiqincə göstərmək, Azərbaycan haqqında müsbət təəssürat formalaşdırmaq kifayət qədər çətindir:
"Ancaq əminəm ki, bu işin öhdəsindən gələ bildim. Çünki mənim üçün ilk növbədə vətənimin gözəlliyindən danışmaq, ölkəmizin zəngin mədəniyyəti, incəsənəti haqqında danışmaq, dadlı mətbəxi, musiqisi, həmçinin xalqımızın qonaqpərvər olması barədə tam və ətraflı məlumat vermək daha vacib idi. Bütövlükdə xalqımızı və ölkəmizi təmsil etdiyim üçün çox şadam! Dəstək olan bütün doğma və yaxınlarıma minnətdaram. Xoşbəxtəm ki, vətənə əliboş gəlmədim.".
Xatırladaq ki, Nərmin "Miss Maxim 2014" beynəlxalq model müsabiqəsinin dünya üzrə qalibidir.














Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları