Azərbaycan Hava Yolları QSC-nin prezidentinin qızı ingilisə ərə getdi - TOYDAN FOTOLAR
Ötən gün Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov qızına toy edib.
Xanim.az qafqazinfo.az-a istinadən xəbər verir ki, "Azal" prezidentinin bu qızı da əcnəbi ilə ailə qurub. Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur.
Toy mərasimi Bakıda baş tutub.
Qeyd edək ki, Mila Əsgərova Londonda tanınmış incəsənət mütəxəssislərindən biridir, "Gazelli Art House" incəsənət qalereyasının təsisçisi və rəhbəridir. Həyat yoldaşı Robert Norton isə Sedition art və Saatchi Online şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar Reuters agentliyində müxbir olaraq da çalışıb.
Onu da əlavə edək ki, Əsgərovun digər qızı Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir.














Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir