Azərbaycana AĞIR İTKİ üz verdi - FOTO
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Əməkdar müəllimi vəfat edib.
Xanim.az "Report"a istinadən bildirir ki,ADPU-nin İbtidai təhsil fakültəsinin Riyaziyyat və onun ibtidai kursunun tədrisin metodikası kafedrasının uzun müddət müdiri olmuş, pedaqoji elmlər doktoru, professor Seyidağa Həmidov Sail oğlu bu gün dünyasını dəyişib.
S.Həmidov 1938-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün riyaziyyat dərsliklərinin rus dilindən tərcümə edilməsində və nəşrə hazırlanmasında da mühüm xidmətləri olub. Ona 1994-cü ildə professor elmi adı verilib. Elmi rəhbərliyi altında 14 nəfər namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. ADPU-nun Pedaqoji fakültə həmkarlar təşkilatının sədri, ilk partiya təşkilatının katibi, universitet Elmi şurasının elmi katibi (1994-2000), ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertasiya şurasının elmi katibi (2000-2005), Ali Attestasiya Komissiyasında ekspert şurasının elmi katibi (1995-2000) vəzifələrində çalışıb. Uzun müddət riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasının müdiri olub. O, 1973-cü ildən indiyə kimi namizədlik və doktorluq dissertasiyalarının müdafiə şuralarının üzvü olub. Təhsil Nazirliyinin fəxri fərmanı (1973) və "Qabaqcıl təhsil işçisi" (2011) döş nişanı ilə təltif olunub, əməkdar müəllim fəxri adına (2006) layiq görülüb. O, bu gün doğulduğu Boladi kəndində dəfn edilib.
Allah rəhmət eləsin!
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin