"Azərbaycana bu uğur çox yaraşır" - Xalq artisti

"Azərbaycana bu uğur çox yaraşır" - Xalq artisti"Xalqımız çox böyük zəfər qazanıb və bu qələbə münasibətilə böyük sevinc hissi keçirir. Mən bu möhtəşəm Qələbənin qazanılmasında Azərbaycan xalqının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun böyük xidmətini xüsusilə qeyd etmək istərdim".
Open.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Qarabağ münaqişəsində erməni işğalçıları üzərində əldə edilən Qələbəni şərh edərkən deyib:
"Etiraf edək ki, son 200 ildən artıq bir dövrdə Azərbaycan xalqı sahib olduğu əraziləri itirə-itirə gedirdi və buna görə hətta bir sıra dairələrdə öz torpaqlarını müdafiə edə bilməyən zəif və gücsüz xalq imici formalaşdırmışdı. Lakin son ay yarımda baş verən hadisələr xalqımızın əsl gücünü, iradəsini və birliyini ortaya qoydu. Müdrik dövlət başçısının rəhbərliyi altında müzəffər ordumuzun çox qısa vaxtda öz gücünü nümayiş etdirərək 30 ilə yaxın erməni qəsbkarlarının tapdağı altında olan tarixi torpaqlarını işğaldan azad etməsi bunun bariz nümunəsidir. Bu, çox qürurverici və iftixar hissi doğurur! Məhz bu möhtəşəm Qələbədən sonra xalqımız başını dik tuta bilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin çox böyük səyləri, uzun illər ərzində apardığı düzgün, məqsədyönlü və ardıcıl siyasəti nəticəsində ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi sahəsində çox böyük işlər görüldü. Hələ 2003-cü ildə İlham Əliyev ölkə Prezidenti seçiləndən sonra söylədiyi "Mən bütün azərbaycanlıların Prezidenti olacağam" sözlərini öz işi, əməli ilə doğrultdu. O, öz fəaliyyəti ilə ölkəmizin bütövlüyünə xidmət edən rəhbər olduğunu sübut etdi. İndi ölkəmiz siyasi, iqtisadi, sosial, həm də hərbi sahədə çox güclü bir dövlətə çevrilib. Bu gün dünyanın hər yerində "mən Azərbaycanlıyam" sözlərini səsləndirmək qəlbimizi fərəh hissi ilə doldurur".
Siyavuş Kərimi Qarabağ torpaqları uğrunda davam edən 44 günlük müharibədə Azərbaycan hərbi gücünü ona şəkk edənlərə sübut etdiyini bildirib:
"Azərbaycan əsgəri Vətənə olan çox böyük sevgisi, məhəbbəti ilə və heç nədən qorxmadan ölümün üstünə getmək məharəti ilə əzəli torpaqlarımızı fədakarlıqla azğın düşməndən azad etdi. Ermənilərin neçə illərdən bəri "keçilməz sədd" haqqında formalaşdırdığı yalançı mif elə döyüşlərin ilk günündə iflasa uğradı. Sonrakı uğurlu döyüş əməliyyatları ordumuzun qarşısıalınmaz gücünü bir daha nümayiş etdirdi. Alınmaz qala hesab edilən Şuşa uğrunda Azərbaycan əsgər və zabitinin göstərdiyi şücaət yəqin ki, uzun illər hərb tarixində öyrənilməyə, nümunə götürülməyə layiq örnək kimi araşdırılacaqdır. Bu müharibədə uca dağlar qoynunda yerləşən qədim Şuşa qalasının milli qüvvələrin nəzarəti altına götürülməsi ən peşəkar və təcrübəli hərbçiləri də heyrətləndirən səhifələrdən biri oldu. Müharibə itkisiz olmur. Müqəddəs yolda əbədiyyətə qovuşan şəhidlərimizə Ulu Tanrıdan rəhmət, valideynlərinə, yaxın və doğmalarına səbir diləyirəm. Bizə bu böyük sevinci bəxş edən Müzəffər Ali Baş Komandana, əsgərlərimizə, bu yolda əməyi keçən hər kəsin ünvanına hamımızın çoxlu təşəkkür və minnətdarlığı var. Yaşa, var ol, Azərbaycan! Sənə bu uğur çox yaraşır! Sən buna layiqsən!".

Şou Biznes     Baxılıb: 1721   Tarix: 12 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

.

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

turlar.az

geyim seçimi maskalar qadin sayti qadinda cinsi isteksizlik yumurta qabiginin xeyri xına bəzəkləri xina haqqinda melumat kosmetika kahfe fali azərbaycan vetene aid bayatilar terezi burclər