Azərbaycana hələ də dəhşətli xəstəliklər yaradan GMO məhsullar gətirilir
Genetik modifikasiya olunmuş-geni dəyişdirilmiş (GMO) qida məhsulları yetişdirilərkən onlara müxtəlif heyvanların, həşaratlarin, orqanizmlərin genlərindən, bakteriyalardan vurulur. GMO məhsulların istifadəsi insanlarda xərçəng, sonsuzluq, allergik və digər ciddi xəstəliklərin yaranmasına səbəb olur.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi Aida Bəndəliyeva ANS TV-nin efirində GMO məhsullarının necə istehsal edildiyi barədə dəhşətli məlıumatlar açıqlayıb və bunun insan orqanizmi üçün hansı fəsadlar yarada biləcəyini söyləyib və artıq dünyanın 37 ölkəsinin GMO məhsullarından imtina etdiyini vurğulayıb.
O bildirib ki, xarici ölkələrdə GMO məhsulları ekoloji təmiz mallardan ucuzdur, amma Azərbaycanda vəziyyət əksindədir: "Təsəvvür edin, ən yaxşı meyvələrə qurdlar, həşarətlər daha çox müdaxilə edirlər. Amma belə bitkilərə müdaxilə etmirlər. Azərbaycanda 9 pomidor növündən cəmi biri qalıb. Səkkiz qarpız növündən biri qalıb. Bu hal GMO-nun nə dərəcədə təhlükəli olduğundan xəbər verir. GMO məhsulları təkcə insan sağlamlığına yox, eləcə də torpağın da münbitliyini ciddi təsir edir. Fikir verin, GMO-dan bol məhsul ala bilərsən, amma həmin məhsuldan toxum kimi istifadə etmək mümkün deyil. Bu həm də kənd təsərrüfatı ilə məşğul olanları xaricdən asılı vəziyyətdə saxlayır".
Onun sözlərinə görə, kartof bitkisinə müxtəlif bakteriyalar, pomidora xərçəngin genini köçürməklə məhsuldarlığı artırırlar. Aida Bəndəliyeva əlahinin, xüsusən hamilə qadınların broyler toyuğundan istifadə etməməsini tövsiyyə edib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı