Azərbaycanda 3 xəstəlik tüğyan edir

Azərbaycanda 3 xəstəlik tüğyan edirƏgər Avropa və Rusiyanı bürüyən xəstəlikləri, bu ölkələrdə yayılan informasiyaları nəzərə alsaq, Azərbaycanda hər nə qədər epidemioloji vəziyyət sabitdir deyilsə də, vəziyyət qırmızı xəttə yaxınlaşır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Rusiya, Gürcüstan mətbuatı xəstəxanaların göyöskürək, yeni növ kovid, yeni tip pnevmoniyalı xəstələrlə dolub daşdığını yazırsa, deməli, Azərbaycanda da vəziyyət eynidir.
Artıq təcili yardıma xəstəxanaya aparılmaq üçün təkid edən xəstələr çoxalır. Valideynlər uşaqlarının sonradan ağırlaşacağından qorxur.
Xəstələrin bir qrupu - uşaqlar, gənclər qızılca tutur, uşaqlar, yeniyetmələr göyöskürəkdən əziyyət çəkir. Eləcə də Bakıda və bir çox rayonlarda sarılıq ocaqları var.
Həkimlərimizin "naməlum mənşəli pnevmoniya" dedikləri mikoplazma sətəlcəmi də unudulur.
Bu pnevmoniya ötən ilin sonunda Çində alovlanıb, uşaqları daha çox yoluxdurub və xəstəxanalar xəstə ilə dolu idi.
Bu xəstəlik hava-damcı yolu ilə sıx kollektivlərdə, məktəblərdə, qapalı yerlərdə asanlıqla yoluxa bilir. Ən çox uşaqlar, gənclər, hamilələr yoluxur.
Rusiyada ikinci aktiv xəstəlik göyöskürəkdir. Rusiya səhiyyə qurumları artıq xəstəxanalarda bu xəstələrin sayının artdığını, yerlərin dolduğunu bildirir.
Eləcə də Azərbaycanda artıq 3 aydır uşaqlarda sadəcə öskürək və boğulma ilə gedən virusun yayıldığı bildirilir.
Bakıda uşaq infeksion şöbələrində belə xəstələr çoxdur. Analar müalicələrin təsir etmədiyini bildirir.
Eləcə də dünən aparıcı İlkin Həsəninin həyat yoldaşı 2 övladının da göyöskürək diaqnozu ilə neçə vaxtdır mübarizə apardığını, xəstəxanada yatsalar da, tam sağalmadıqlarını, indi isə uşaqları özəl klinikaya yatızdırdıqlarını açıqladı.
Belə uşaqlar təkcə Bakıda yüzlərlədir. Sadəcə kütləvi tədbirlər görülmür və əldə etdiyimiz məlumata görə, sahə həkimləri uşaqların xəstəlik kitabçasına göyöskürək və qızılcanı yazmır, bundan yayınır və beləliklə, gerçək epidemioloji vəziyyət aydın olmur.
Eləcə də valideynlər sosial şəbəkələrdə təcili yardımın qızılcalı və 39 dərəcədə olan qızdırmalı uşaqları hospitəlizə etmədiyindən və övladlarını hara aparacaqlarını bilmədiklərindən şikayətlənir. 
Milli.Az

Xəbərlər     Baxılıb: 1028   Tarix: 21 yanvar 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi sac duzumleri toy makiyaji sekilleri zaur gunay gozlerin bezedilmesi 2026 payiz geyimleri hicab ortukleri kosmetika rus dili haqisda haxisda intim munasibetler novruza aid hakistalar