Azərbaycanda azyaşlı qızlara kişi hormonu vurulur? - Həkim elə şeylər dedi ki

Azərbaycanda azyaşlı qızlara kişi hormonu vurulur? - Həkim elə şeylər dedi kihəkimdən valideynlərə ciddi xəbərdarlıq: "Bu hormonlar prosesi gücləndirir və..."
Türkiyədə yeni aparılan araşdırmada uşaq və gənclərin apteklərdən reseptsiz aldıqları hormonal dərmanlarla cinsiyyətlərini dəyişə bildikləri iddia edilib. Almaniyada apteklərdə 5 hormon dərmanından 3-nü həkim icazəsi olmadan almaq mümkün deyil. Lakin Türkiyədə son illərdə tələbatı artmış bu dərmanları istənilən zaman əldə etmək mümkündür. Nəzərə alsaq ki, azərbaycanlıların əksəriyyəti əsasən Türkiyədən dərman sifariş verərək əldə edirlər. Ailələr xüsusilə də uşaq qidaları və dərmanlarını qardaş ölkədən sifariş edirlər. Azərbaycanda isə reseptsiz buraxılan dərman vasitələrinin siyahısı açıqlansa da, insanlar çox zaman bu reseptlərə ya əhəmiyyət vermir, ya da ümumiyyətlə bu siyahıdan xəbərsizdirlər. Bu, uşaqların sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? Son dövrlər cinsi azlıqların sayının çoxalmasının səbəbi budurmu? 
Milli.Az xəbər verir ki, Bakı Baza Tibb Kollecinin müəllimi, həkim-nutrisioloq Vəfa Əsgərli mövzu ilə bağlı "Yeni Müsavat"ın suallarını cavablayıb.
- Bəli, cinsiyyət hormonlarının qəbulu ilə onlarda bir sıra dəyişikliklər baş verə bilər. Çünki kişi cinsiyyət hormonlarını qəbul etdikcə testeronun miqdarı artır, xarakterin dəyişkənliyinə səbəb olur. Eləcə də qadın cinsiyyət orqanları ilə bağlı bunu demək olar. O uşaqlarda ki meyllilik var, onlar qadın cinsiyyət hormonlarını qəbul edirlər, sinə hissələrində də böyümə baş verir. Onsuz da onların xarakterində dəyişkənlik və meyllik var, bu hormonlar da prosesi gücləndirir. Sonra isə əməliyyat olunurlar, cinsiyyətlərini dəyişirlər. Bu preparatların qəbulu ilə prosesi gücləndirmək mümkündür.
- Son vaxtlar oğlan uşaqlarının sinəsinin böyük olması ilə bağlı valideynlərin narahatlığı var. Bu həmin uşaqların artıq çəkili olması ilə bağlıdır, yoxsa hansısa dərmanların, ya da qidaların təsirindədir? 
- İnsulin dirəncinin varlığı prolaksinin miqdarının artmasına səbəb olur. Ona görə də döş hissəsi bir az böyümüş olur. Belə xəstələrim çox olub, bunun hormon dərmanları ilə əlaqəsi yoxdur. Oğlan uşağıdır, kökdür, sinə hissəsi ətlidir. Sinə və qarınla yanaşı bel nahiyəsində qadınlaşmış bədən forması olur, bu, uşaqlarda kompleks yaradır. Əslində bir çox endokrinoloq buna dərman təyin edir. Amma qida və idman üsulu ilə bunu həll etmək olur. Sinə nahiyəsi də öz yerinə oturur.
- Azərbaycanda satışa çıxarılan dərmanlar uşaq sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? İnsanlar nələrə diqqət etməlidirlər?
- Aptekdə bu dərmanların satılıb-satılmamasından  xəbərim yoxdur. Ümumilikdə isə əgər o dərmanlarda hormon varsa, reseptsiz verilməməlidir. Elə adından baxın, hormon - hərəkətə gətirən deməkdir. Hormonların dispalansı orqanizmi pozur. Bizi hormonlarımız mərkəzi sinir sisteminin təsiri altında idarə edir. Mənim  tələbəm var idi, Seymur Kərimli (ad şərtidir), kolleci bitirəndə Sabrina Kərimli oldu. Mən ona bildirmişdim ki, kömək edək, preparatlar təyin olunsun, sağalsın. Amma dedi, bağışlayın, özümü kişi kimi hiss edə bilmirəm. O, sonra əməliyyat olundu, cinsini dəyişdi, adını da dəyişdirdi.
- Bəziləri bildirir ki, azyaşlı qızlara əqli inkişafı artırmaq üçün kişi hormonu vurulur. Həmin uşaqlarda tükləşmə və digər dəyişikliklər müşahidə edilir...
- Açığı bu cür faktla rastlaşmamışam. Bu suala yalnız belə cavab verə bilərəm. Əgər qadın cinsiyyət hormonlarında xərçəng xəstəliyi olarsa, biz bu zaman kişi cinsiyyət hormonları ilə bu prosesi dayandırırıq. Kişi cinsiyyət hormonlarından istifadə edirlər ki, qadınlarda bu xəstəliyin yayılması prosesi dayansın. Eləcə də kişilərdə cinsiyyət orqanlarında problem olarsa, bu zaman qadın cinsiyyət hormonları ilə bu prosesi zəiflədirlər.
- Uşaqların boy artımı üçün də bəzi hormonal preparatlardan istifadə olunur. Bunun uşaq orqanizminə mənfi təsirləri varmı?
- Boy uzatmaq üçün A vitamin tərkibli dərmanlar təyin olunur. Amma bu hormonal deyil, vitamin terapiyadır. Boy artımı üçün hormonal müalicə yanlışdır, vitaminlə müalicə mümkündür, yan təsiri də yoxdur.
- Gənclər, yeniyetmələr əzələ gücünü artırmaq üçün hormonal dərmanlardan istifadə edirlər, bunun da fəsadları ola bilərmi?
- Bəli, əzələ gücünü çoxaltmaq üçün edilir. Çünki kişi cinsiyyət hormonları, eyni zamanda əzələ kütləsinin toplanmasına gətirib çıxarır. Diqqət edirsinizsə, kişilərin bədəni əzələlidir, amma qadınlar incədir, onların bədənində əzələ kütləsi daha azdır. Ona görə kişi cinsiyyət hormonlarından istifadə edib əzələ kütləsini artıra bilərlər. Sadəcə, düzgün təyin olunmazsa, bu da təhlükəli ola bilər. Çünki hormonal balansı pozurlar. Bu cür preparatları həkim-endokrinoloq təyin etməlidir, məşq müəllimləri deyil...
- İdman müəllimlərindən söz düşmüşkən, onlar da müəyyən qidalanma rejimləri təyin edir, bəzilərinin səhhətində problem yaşanır.
- Bəli, kişilərdə cinsi zəiflik problemi son vaxtlar çoxalıb. Bunun da bir səbəbi qidalanma ilə bağlıdır. İdmançılar yağsız qidalanma, çox vaxt həkimlər də xolesterinin səviyyəsini aşağı salırlar. Xolesterinin özü də bütün hormonların anasıdır. Yəni bütün hormonlar xolesterindən doğur. Ən çox idmançılarda sonsuzluq olur. Çünki onlar qidaları ancaq soyutma kimi yeyirlər, qida rasionunda yağı kənar edirlər. "Fastfood"lar, enerji içkiləri, stress cinsi zəiflik yaradır.
- Son zamanlar gənclər arasında cinsi oriyentasiyasını dəyişənlərin sayı çoxalıb. Bunu sosial mediada, ətrafda açıq-aşkar görmək mümkündür. Sizcə, bunun səbəbi qidalanma ilə, hansısa dərman preparatları ilə bağlıdır, yoxsa...
- Bu, qidalanmadan çox, həyat tərzi ilə bağlıdır. Öndə olanların həyat tərzinə baxırlar, kim ki, çətinə düşür, saçını uzadır, rəngini dəyişir. Bu cür təbliğatların ilk olaraq qarşısı alınmalıdır, sonra qidalanmadan danışmaq olar.
- Cinsi azlıqlar belə  açıqlama da verirlər ki, onlarda anadangəlmə (ya kişi, ya da qadın) bu problem olur, sonradan yaranmır. Hətta qeyd edirlər ki, valideynləri onları həkimə aparsalar da, nəticəsi olmayıb. Allahın onları belə yaratdığını iddia edirlər. Bu fikirlə razısınızmı?
- Bu düz fikir deyil. Olurdusa, əvvəllər də belə kütləvi şəkildə olardı də... Onların arxivini araşdırsanız, görərsiniz ki, bu anadangəlmə deyil. Əksəriyyəti belə deyir.
- Valideynlərə bu məsələdə nə kimi tövsiyələr verərdiniz?
- İlk olaraq orqanik qidalara üstünlük verilməlidir, ət, toyuq, balıq, yumurta, tərəvəz, ləpələr, toxumlar qida rasionunda olmalıdır. Paketlənmiş qidalardan, "fastfood"lardan, enerji içkilərindən imtina edilməlidir. Bir də uşaqları izləmək lazımdır, əgər körpə vaxtından valideyn bir dəyişiklik hiss edirsə, o zaman endokrinoloqa müraciət etsə, onun üzərində işləsə, gələcəkdə belə problemlərlə üzləşməzlər.
- Valideynlər hansı əlamətlərdən anlamalıdırlar bunu?
- Oğlandır, amma qız kimi saçları ilə oynayır, müəyyən əl hərəkətləri edir, danışıq tərzi dostları ilə eyni deyil. İlk əlamətləri görürsə, mütləq endokrinoloqa müraciət etməlidirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1663   Tarix: 04 oktyabr 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

kosmetik vasiteler qadin sayti yaz geyimleri 2026 milli yemekler hamiləlik həftələri kökəlmə sirləri bilik haqqinda atalar sozleri kosmetika englishdilində qulaq paxlava masqalar gulmeli hakista hakışta