Azərbaycanda dəhşət — Beşinci arvadını və 35 günlük körpəsini qətlə yetirdi

Azərbaycanda dəhşət — Beşinci arvadını və 35 günlük körpəsini qətlə yetirdiArvadını və 35 günlük körpəsini öldürən şəxs Ali Məhkəməyə müraciət edib.

Xanim.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 20 il azadlıqdan məhrum edilən1979-cu il təvəllüdlü Rafiq Əliş oğlu Ələkbərovun məhkəmə prosesi mart ayının 19-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2018-ci ilin iyun ayında arvadını və 35 günlük körpəsini öldürən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub. Təqsirli bilinən R.Ələkbərova Qeyd edək ki, R.Ələkbərov beşinci həyat yoldaşı olan, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı çomaqla döyərək onu qətlə yetirib. Hadisə zamanı qadının qucağında saxladığı 20 günlük körpəsi də çomaq zərbələri alaraq ölüb. Ələkbərov qadının və körpə uşağının öldüyünü bildikdən sonra hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb.

Saxlanılan 1979-cu il təvəllüdlü Ələkbərov Raqif Əliş oğlu istintaqa verdiyi ifadəsində bildirib ki, üç ay əvvəl həyat yoldaşını döyüb. Qadın isə polisə şikayət edib. Nəticədə R.Ələkbərov məhkəmə qərarı ilə 500 manat məbləğində cərimələnib.

Ələkbərov ifadəsində qeyd edib ki, həmin gündən bəri o qədər pulu necə ödəyəcəyini düşünüb və psixoloji sarsıntı keçirib. Hadisəni törətdiyi gün sərxoş olan R.Ələkbərov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədova ilə mübahisə edib:

"Mən Kamiləyə dedim ki, niyə belə elədin, nə üçün polisə şikayət etdin? Vəziyyətimizin yaxşı olmayan vaxtında niyə 500 manat cərimə ödəyim?! "Niva" markalı avtomobilimi satmaq istədim. Həmin vaxt Kamilə mənimlə sərt danışdı. Mən də içkili idim, ağlım başımda deyildi. Qadın uşaqları götürüb rayonun Dardərə kəndindəki ata evinə getmək istədi, ancaq qoymadım, başladım ona təpik və yumruqla zərbələr vurmağa. Əsəblərim sakitləşmədi, sonra onun başına çomaqla vurdum. Mən uşağı vurmamışam. Heç uşağı görməmişəm də. Sonra bildim ki, mən Kamiləni vuranda uşaq qucağında olub. Əvvəl bilmədim öldüyünü. Çarpayıda uzanmışdı. Bir də baxdım ki, nəfəsi gəlmir. Qorxdum, evdən çıxaraq qaçdım. Göygöl rayonunun Zurnabad kəndində yaşayan əmim oğlanlarının yanına".

O, qaçarkən meşəlikdə tutulub. Hadisə zamanı evdə Kamilənin əvvəlki ərindən olan 6 yaşlı qızı olub.

İstintaq zamanı məlum olub ki, Rafiq spirtli içki düşkünü olub. O, bundan əvvəlki arvadlarını da döyüb, onlara zülm edib. Ona görə də bundan əvvəlki arvadlarının hərəsi 1-2 il qalıb, sonra baş götürüb qaçıblar. Rafiqin isə arvad alıb boşaması adi hala çevrilib. Rafiq bundan əvvəlki arvadı İnci Vəliyevanı da çomaqla döyüb. O vaxt qonşular arvadı vaxtında xəstəxanaya çatdırdılar. Arvad polisə şikayət etdi və Rafiqi həbs etdilər. Həbsdən çıxandan sonra isə Kamilə Məmmədova ilə evləndi. Kamilə Məmmədova da boşanmış qadın olub.

Xəbərlər     Baxılıb: 1813   Tarix: 19 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geymler 2026 geyim və ayaqqabılar yaz geyimleri 2026 azadqadin baliq qulagi displaziya cinsi münasibətlər kosmetika babasil azerbaycanli is adami amerikada gullelendi bir arzum var qurd xəstəliklərinə qarşı mualicə sirin qogal