Azərbaycanda DƏHŞƏTLİ QƏTL! Arvadını telefonda başqa kişiylə yazışan görüb, QANINA QƏLTAN ETDİ

Azərbaycanda DƏHŞƏTLİ QƏTL! Arvadını telefonda başqa kişiylə yazışan görüb, QANINA QƏLTAN ETDİHəyat yoldaşını öldürməkdə təqsirli bilinən Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ramin Qurbanov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 2009-cu ildə Ağstafa rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəyanət

Həbsdən çıxan Ramin Qurbanov həyat yoldaşı Dilbazi Qurbanovun ona xəyanət etməsindən, "Nadir" adlı şəxslə intim münasibətdə olmasından şübhələnib. Bu səbəbdən Ramin Qurbanov arvadından evdən çölə çıxmamasını tələb edib. Buna görə də ər-arvad arasında dəfələrlə mübahisə yaranıb.
Dilbazi Qurbanova ərinin bu tələblərindən bezib və sərbəst yaşamaq istəyində olub. Buna görə də o, qətl hadisəsindən bir neçə gün əvvəl Ramindən ayrılaraq "Həzi Aslanov" metrostansiyası yaxınlığında, Xətai rayonu, M.Hadi küçəsi, ev 72, mənzil 39 ünvanında kirayədə yaşamağa başlayıb.

Ər-arvadın mübahisəsi

Ramin Qurbanov həyat yoldaşının kirayədə yaşadığı ünvanı öyrənib. O, 16 iyun 2014-cü il tarixdə, saat 12 radələrində həmin ünvana gəlib.
Bu zaman Ramin Qurbanov orada mənzilin giriş qapısının yanında dayanıb və qapının açılmasını gözləyib. Qapı açıldığı zaman isə cəld mənzilə girib. O. mənzildə Dilbazi ilə yanaşı uşaqları, Dilbazinin əmisi qızı Səfa və rəfiqəsi Gülər Nuriyevanın da olduğunu görüb.

Telefonda tapılan mesajlar

Daha sonra Ramin Qurbanov Dilbazi Qurbanovanı qucaqlayaraq hər şeyi unutmağa və yenidən barışmağa çağırıb. Lakin Dilbazidən rədd cavabını aldıqdan sonra ondan daha əvvəldən xəyanət etməsi barədə şübhələndiyi "Nadir" adlı şəxslə danışıb-danışmadığını soruşub. O, Dilbazidən "Nadir"lə əlaqə saxlamadığını eşidib.
Ramin Qurbanov onun dediklərini yoxlamaq məqsədilə otağa keçib və oradakı masanın üzərində olan mobil telefonu götürüb. O, telefona daxil olan və çıxan zənglərə baxıb.

Qətl

Bu zaman Dilbazi Qurbanovanın Nadir Qədimovla həmin gün mobil telefonda danışdıqlarını görüb. Ramin Dilbazinin ona yalan danışdığı üçün xəyanət etməsindən əmin olub.
Ramin Qurbanov Dilbazini azyaşlı uşaqları – Emin Qurbanov, Mehin Qurbanovanın və əmisi qızı Səfa Kərimovanın gözü qarşısında öldürmək qərarına gəlib. Ramin Qurbanov Dilbaziyə özü ilə gətirdiyi bıçaqla çoxsaylı xəsarətlər yetirib. Dilbazi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ramin Qurbanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Cəza: 15 il

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Ramin Qurbanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti onun kasasiya şikayətini təmin etməyib.

Xəbərlər     Baxılıb: 3321   Tarix: 06 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları

Tibbi statistikaya görə, diaqnozunun qoyulması bəzən 3 ildən çox vaxt tələb edən və bir çox fərqli xəstəliklərlə səhv salınan "Kuşinq sindromu" müasir dövrün ən təhlükəli daxili xəstəliklərindən biri hesab olunur

turlar.az

gözəllik məhsulları aksessuarlar geyim dəbləri yemək 2026 donlari gavalinin faydasi mətbəx qaydaları kosmetika terezi sekis qiz evi ucun burclerin uyumu kley lekesi