Azərbaycanda əhali arasında "tutuquşu" qızdırmasına yoluxma halları artır?
İnsanlar arasında "tutuquşu" qızdırmasına yoluxma halları sürətlə artır. Psittakoz bakteriyasının törətdiyi virusa görə ölüm xəbərləri Avropanı təşvişə salıb. Avstriya, Danimarka, Almaniya, İsveç və Niderlandda artıq 30 yoluxma, beş ölüm faktı təsdiqlənib.
Bəs virusun simptomları nələrdir?
Milli.Az Baku TV-yə istinadən bildirir ki, infeksionist Mərdan Əliyev bildirib ki, quş fermalarında işləyən şəxslərdə bu xəstəliyə rast gəlinə bilir:
"Quşlardan insanlara hava yolu ilə yoluxa bilir. Simptomları koronavirusa oxşayır. Qızdırma, titrətmə, sinir-əzələ ağrıları, halsızlıq kimi simptomlar müşahidə edilir. Qorunmaq üçün quşlardan uzaq durmaq lazımdır. Şübhəli hallar olarsa, tənəffüs yollarını qoruyan maskalardan istifadə etmək olar".
İnfeksionist Vasif Əliyev isə qeyd edib ki, virusun yayılma riski o qədər də yüksək deyil:
"Çünki nəticə etibarilə bu, bakterial infeksiyadır. Azərbaycan üçün təhlükəli vəziyyətin olduğunu düşünmürəm".
Qeyd edək ki, xəstəliyin nadir hallarda insandan insana keçdiyi bildirilir. Mütəxəssislər deyirlər ki, düzgün diaqnoz qoyulduqda virus antibiotiklərlə müalicə edilə bilər.
Milli.Az









Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
Səyahət edənlər daha çox yaşayırlar
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar
Ər çörəyi yeyəndə kökələcəm' - Səmra
Deniz Akkaya saxlanıldı
Elgiz Əkbərin anası vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO